Abşeron dəmir yolu stansiyası
Abşeron dəmir yolu stansiyası — Bakı şəhərinin Qaradağ rayonunun ərazisində yerləşən dəmir yolu stansiyası[1].
Bu stansiya Bakı şəhərinin Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyasına bitişik hissədə inşa edilmişdir. Beynəlxalq standartlara cavab verən, geniş əraziyə və müasir infrastruktura malik, yeni informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş bu dəmir yolu stansiyası Azərbaycan Respublikasının Prezidenti 6 iyun 2018-ci il tarixli Sərəncamı ilə "Abşeron" adlandırılmışdır[1]. Eyni Sərəncamla Heybət dəmir yolu stansiyası ləğv edilmişdir.
Həmçinin bax
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.