Abşeron boğazı

Abşeron boğazı[1][2] - Abşeron yarımadasının şərqini Pirallahı adasının qərb hissəsindən ayırır. Boğazın uzunluğu 12 km-dən bir qədər çoxdur. Eni şimaldan cənuba doğru kiçilir. Bölgə inzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir. Boğazda əsasən qış ayları xəzri, yayda isə gilavar küləkləri əsir.

Abşeron boğazı
Ümumi məlumatlar
Uzunluğu 12 km
Yerləşməsi
40°31′ şm. e. 50°20′ ş. u.
Ölkə  Azərbaycan
Akvatoriyası
Ayırır Pirallahı adasını Abşeron yarımadasından
Abşeron boğazı xəritədə
Abşeron boğazı
Abşeron boğazı

Tarixi

Tarixən boğaz gəmi və qayıqlar vastəsi ilə Pirallahı adası arasında əlaqə yaradılırdı. 1939-cu ildə Azərneftyağ Sənaye Nazirliyi tərəfindən Moskva şəhərində "Damba" tipli körpü tikilməsi üçün layihə təsdiq edilmişdir. Adanı sahilə birləşdirən dambanın tikintisi 1941-ci ildə başlanılmış, 1944-cu ildə başa çatdırılmışdır. Bununla da faktiki olaraq, Pirallahı adası yarımadaya çevrilmişdir. Abşeron körfəzi isə iki hissəyə bölünmüşdür. 2016-ci ildə boğaz üzərində körpü[3] inşa edilməsinə başlanılmışdır. Pirallahı körpüsünün açılışı 2017-ci ilin 11 mayında baş tutmuşdur. Körpünün uzunluğu 422 m, eni isə 14 km təşkil edir. Körpünün inşası ilə gəmilər boğazdan sərbəst şəkildə keçmə imkanı əldə etmişlər. Boğazın ada sahillərinə yaxın ərazidə müşahidə xarakteri daşıyan Pirallahı bürcləri olmuşdur. Hazırda isə onlar tamamən dağılmışlar.

Boğazın sahillərində Dübəndi, Gürgan, Pirallahı və Bilgəh kimi yaşayış məntəqələri var.

Ən böyük və tək limanı Dübəndidir

İstinadlar

  1. "Xəzər dənizinin sahil quruluşu və adaları". 2017-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-19.
  2. "Abşeron boğazı". 2018-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-19.
  3. "Youtube.com". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-31.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.