Abıralı üsyanı
Abıralı üsyanı (qaz. Абыралы көтерілісі) — Şərqi Qazaxıstan vilayətinin Abralı bölgəsində 1931-ci il fevral, mart aylarında baş vermiş kəndli üsyanı. Üsyan məcburi kollektivləşdirməyə qarşı idi. 12 fevral 1931-ci ildə bölgənin bütün aullarında kəndlilərin üsyanı başladı. 4-cü və 6-cı aullarda (indiki Baktı və Enbek aulları) Esimbek Musabekulının rəhbərliyi ilə 300 nəfər kəndli Birləşmiş Dövlət Siyasi İdarəsinin qoşunlarına qarşı müqavimət göstərdilər. Onlar hökumətdən zorakılığı dayandırıb, müsadirə etdikləri mal qaranı və buğdanı xalqa qaytarmağı tələb edirdilər. 1931-ci ilin payızında Abralı üsyanının iştirakçıları Kempirbaevin dəstəsindən 274 nəfər həbs olundu, 85 nəfər isə güllələndi.[1][2]
Abıralı üsyanı | |||
---|---|---|---|
Qazaxların üsyanları | |||
Tarix | 1931-ci il fevral,mart ayları | ||
Yeri | Abralı bölgəsi, Şərqi Qazaxıstan vilayəti | ||
Səbəbi |
Aclıq Həddən artıq olan vergilər Məcburi kollektivləşdirmə İnsanların dini inanclarının təhqir olunması |
||
Nəticəsi | Üsyan bolşeviklər tərəfindən yatırılıb, 274 nəfər həbs olunub. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
Həmçinin bax
İstinadlar
- Burkitbay Ayaqan. Qazaxıstan. Milli Ensiklopediya. I. Alma Ata. 2004. səh. 85. ISBN 9965-9389-9-7.
- "Стыдные вопросы о коллективизации Зачем Советский Союз уничтожал крестьян? Сколько было жертв? И кто такие кулаки?" (rus. ). meduza.io. 1 sentyabr 2017. 20 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2020.