Aaron Koplend
Aron Koplend (ing. Aaron Copland; 14 noyabr 1900[1][2][…], Bruklin, Nyu-York ştatı – 2 dekabr 1990[1][2][…]) — Amerikalı bəstəkar, pianoçu, dirijor və pedaqoq.
Aaron Koplend | |
---|---|
ing. Aaron Copland | |
Ümumi məlumatlar | |
Doğum adı | Aaron Copland |
Doğum tarixi | 14 noyabr 1900[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 2 dekabr 1990[1][2][…] (90 yaşında) |
Vəfat səbəbi | Altsheymer xəstəliyi, nəfəs çatışmazlığı[d] |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | dirijor, pianoçu, bəstəkar, xoreoqraf, musiqişünas, musiqi pedaqoqu[d], cazmen, film bəstəkarı, musiqi tənqidçisi[d] |
Janrlar | opera, simfoniya, klassik musiqi, balet |
Musiqi aləti | piano |
Albom şirkəti | Columbia Records |
Üzvlüyü |
|
Mükafatları | |
aaroncopland.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Əslən Litva yəhudisi olan Aron Koplend Nyu-Yorkun Bruklin məhəlləsində anadan olmuşdur. Ailəsi Amerikaya Şotlandiyadan köçmüşdür. Koplendin atası köçməzdən əvvəl "Kaplan" soyadını "Koplend"ə dəyişir.
15 yaşında o musiqi ilə məşğul olmağa başlamışdır. Leopold Volfson və Rubin Qoldmark onun müəllimləri arasında olmuşlar. Koplend 1921–1924-cü illərdə Paris yaxınlığındakı Fontenblo Musiqi Akademiyasında Nadya Bulanjedən təhsil almışdır.
Fəaliyyəti
Aron Koplend konsertlər və filmlər üçün bir çox musiqi əsərləri yazmışdır. O, müasir Amerikan musiqi stilini yaratmış və ona "Amerikalı bəstəkarların başçısı" ləqəbi verilmişdir. Koplend öz musiqisi ilə "modern Amerikan" ve "Amerikan folk" stilini sintez edərək yeni stil Amerikan musiqisinin təməlini qoymuşdur. Onun musiqisində olan uzun akkordlar və gec dəyişilən ahəng sanki Amerika təbiətini təsvir edir. Koplend eyni zamanda musiqi müəllimi idi.
70-ci illərdə Alzheymer xəstəliyinə tutulur, lakin 1983-cü ilədək dirijorluq fəaliyyətini davam etdirir.
1945-ci ildə Pulitser mükafatına layiq görülmüşdür.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Machlis J. Aaron Copland // Encyclopædia Britannica (ing.).