Aapravasi-Qhat

Aapravasi-Qhat (hind. आप्रवासी घाटİmmiqrasiya deposu) — Mavrikinin paytaxtı Port-Luizdə yerləşən və Hindistandan məcburi və ya müqaviləli işçi qüvvəsi alan ilk İngilis koloniyası olan bina kompleksidir.[1] 1849-1923-cü illərdə yarım milyon hindistanlı məcburi köçkün Britaniya İmperiyasındakı plantasiyalara aparılmaq üçün İmmiqrasiya deposundan keçdi. İşçilərin genişmiqyaslı miqrasiyası bir çox keçmiş Britaniya koloniyalarının cəmiyyətlərində silinməz iz buraxdı və hindlilər milli əhalinin əsas hissəsini təşkil etdi.[2] Təkcə Mavritaniyada indiki ümumi əhalinin 68 faizi hind mənşəlidir. Beləliklə İmmiqrasiya Anbarı Mavritaniyanın tarixində və mədəni kimliyində əhəmiyyətli bir istinad nöqtəsinə çevrildi.[3][4]

Aapravasi-Qhat
Aapravasi Ghat [* 1]
Ölkə Mavriki Mavriki
Tip Mədəni
Kriteriya (vi)
Keçid 1227
Region Afrika [* 2]
Daxil edilməsi 2006  (30-cu sessiya)
Aapravasi-Qhat xəritədə
Aapravasi-Qhat
Aapravasi-Qhat

Ərazidəki bütün kompleksdən üç daş binanın yalnız qismən qalığı qalmışdır.[5] Bunlar indi Mavritaniya milli irsi qanunvericiliyinə əsasən milli bir abidə olaraq qorunur.[6] İmmiqrasiya Anbarının sosial tarixdəki rolu 2006-cı ildə UNESCO tərəfindən Ümumdünya irsi elan edilərək tanınıb.[7] Bəzi zəif binaların 1860-cı illərdəki halına qaytarılması üçün mühafizə işləri aparılır.[6]

Etimologiya

Qhat sözü Kannadaca Qatta (dağ silsiləsi) tamilcə Kattu (dağ yamacı, bənd, silsilə) və Teluquca Kattagattu (bənd, sahil) kimi bir çox Dravid etimonları ilə izah olunur.[8]

Adı

1987-ci ildən bəri istifadə olunan Aapravasi-Qhat adı birbaşa olaraq "İmmiqrasiya Deposu" ifadəsinin hind dilindən tərcüməsidir.[6] Aapravasi hindcə "immiqrant", qhat sözü isə əsl mənasında "interfeys" deməkdir. Bu söz əslində quru və dəniz arasındakı quruluşun mövqeyini əks etdirir və köhnə həyat və yeni gələn immiqrantlar üçün yeni bir keçidə istinad edir.[6]

Mənbə

İstinadlar

  1. Deerpalsingh, Saloni. "An Overview of Indentured Labour Immigration in Mauritius". Global People of Indian Origin (GOPIO) Souvenir Magazine, July 2007. 2013-08-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 September 2009.
  2. "The Caribbean" (PDF). High Level Committee on Indian Diaspora. 2009-06-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 11 September 2009.
  3. Torabully, Khal. "Coolitude and the symbolism of the Aapravasi ghat". 2 November 2007. 26 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 September 2009.
  4. "Mauritius: History and Remembrance". allAfrica. 2 November 2004. 11 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 November 2004.
  5. Bunwaree, V. K. "Speech By Hon. V. K. Bunwaree, Minister of Education, Culture & Human Resources: 174th Anniversary of Arrival of Indentured Labourers 2nd November2008". 2 November 2008. 2010-11-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 September 2009.
  6. "ICOMOS Evaluation of Aapravasi Ghat World Heritage Nomination" (PDF). World Heritage Centre. 19 August 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10 September 2009.
  7. "Aapravasi Ghat". World Heritage Centre. 2012-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 September 2009.
  8. Jaini, Padmanabh S. Jainism and Early Buddhism. Jain Publishing Company. 2003. 523–538. ISBN 9780895819567.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.