A sekko

A sekko və ya Fresko-sekko (it. a secco — "qurunun üzərinə", fresco-secco — "quru freska") — divar rəssamlığı texnikası. Freskadan fərqli olaraq, sərt, qurumuş və təkrar nəmləndirilmiş suvaq üzərinə çəkilir. Bu rəsm texnikasında bitki mənşəli yapışqana və ya yumurtaya ovxalanmış, yaxud da əhənglə qarışdırılmış boyalardan istifadə edilir.

Penvisdə Müqəddəs Jüst icma kilsəsinin daxili divarında a sekko texnikası ilə çəkilmiş rəsm. Rəsmdə əjdahanı öldürən Müqəddəs Georgi təsvir edilib. (Kornuoll, Böyük Britaniya, XV əsr)

Sekko işin sürətini artırmağa, iş günü ərzində freskaya nəzərən daha çox sahədə rəsm çəkməyə imkan verir, lakin freska qədər uzunömürlü deyil.

A sekko texnikası orta əsr rəssamlığında freska ilə eyni dövrdə yaranmış və xüsusilə XVII-XVIII əsrlərdə Avropada geniş yayılmışdı.

Məşhur sekko rəssamları

  • Cotto
  • Cun Makevan — şotland rəssamı.
  • Beohar Rammanohar Sinha — hind rəssamı.
  • Rudolf F. Zallinger (1919 — 1995) — amerikalı rəssam.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.