AWS (qrup)

AWS — 2006-cı ildə Macarıstanda Bens Braker, Daniel Kökenyes, Örs Siklosi və Aron Veress tərəfindən yaradılmış metal və post-hardkor qrupu. Onlar əsasən metal, post-hardkor, psixodelik rokalternativ rok janrlarında ifa etdikləri musiqilərə və güclü performans qabiliyyətlərinə görə tanınırlar. İndiyədək qrupun üç sinqlı, üç albomu və yeddi videoklipi təqdim olunmuşdur. Onların şiddət və zorakılığın əks etdirildiyi musiqi videolarında dünyanın üzləşdiyi problemlərə toxunulur.[1] Qrup Macarıstanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər.

AWS
AWS 2018-ci ildə
AWS 2018-ci ildə
Əsas məlumatlar
Üslub
  • Metalkor
  • Post-hardkor
Fəaliyyət illəri 2006–h.h.
Ölkə  Macarıstan
Şəhər Budakesi
Leybl EDGE Records
Heyət Bens Braker
Daniel Kökenyes
Aron Veress
Soma Şisler
Keçmiş üzvlər Marsell Varqa
Qerqö Varqa
Örs Siklosi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Musiqi karyerası

Qrupun yaranması ilə AWS bir çox festivallarda çıxış etmişdir. Onlar Macarıstan ilə yanaşı eyni zamanda Avstriya, İngiltərə, RumıniyaSloveniyada da konsert proqramları ilə çıxış etmişdirlər. 2015-ci ildə qrup MTV mükafatına layiq görülmüşdür. Daha sonra onlar Blind Myself qrupu ilə birlikdə turlarda iştirak etmişdirlər.

2017-ci ilin dekabr ayında AWS qrupunun "Viszlát nyár" mahnısı ilə Macarıstanın MTVA telekanalının 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak edəcəyi təsdiqlənmişdir. Fevral ayında baş tutan seçim turunun finalında AWS qrupu səsvermədə rəqiblərini məğlub edərək, qalib gəlmiş və "Viszlát nyár" mahnısı ilə Macarıstanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ qazanmışdır.[2][3]

Uzun sürən çalışmalardan sonra AWS 10 may tarixində baş tutan müsabiqənin ikinci yarımfinal mərhələsində 13-cü səhnə almışdır. Nəticədə qrup finala yüksəlməyə nail olmuşdur. 26 ölkə təmsilçisinin mübarizə apardığı final mərhələsində bir daha çıxış edən AWS ümumi nəticədə 93 xal toplayaraq, 21-ci yerdə qərarlaşmışdır.

Avroviziya 2018-də iştirakları zamanı Avqust ayında Wacken Open Air festivalında çıxış etmək üçün dəvət olunduqları açıqlandı. Həmin ilin oktyabrında AWS bir həftə sonra Macarıstan albom çartlarında ikinci yerdə qərarlaçacaq sayca dördüncü studiya yazıları olan Fekete Részem-i yayımladı.

6 fevral 2021-ci ildə qrup Instagram səhifələrində 5 fevral tarixində qrupun solisti Örs Siklosinin 29 yaşında leykozdan dünyasını dəyişdiyini açıqladı.

Diskoqrafiya

  • Fata Morgana (2011)
  • Világposztolás EP (2012)
  • Égésföld (2014)
  • Kint a vízből (2016)
  • Viszlát nyár (2017)
  • Fekete részem (2018)

İstinadlar

  1. "AWS: Talán segítünk gondolatot ébreszteni! [interjú]" (macarca). Antropos.hu. 11 oktyabr 2015. 2018-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-25.
  2. "Hungary: AWS will fly to Lisbon!". ESCToday. 24 fevral 2018. 2018-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-25.
  3. "Hungary: AWS to Eurovision 2018". Eurovoix. 24 fevral 2018. 2018-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-25.
Əvvəlki:
Yoçi Papai
"Origo"
Macarıstan Avroviziya Mahnı Müsabiqəsində

2018
Sonrakı:
Yoçi Papai
"Az én apám"

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.