ATV International
Azad Azerbaijan International — 2009-cu ildə fəaliyyətə başlayıb, 2013-cü ildə adı dəyişdirilərək CBC olan, Azərbaycanın ilk və yeganə beynəlxalq telekanalı.
ATV International | |
---|---|
![]() | |
Ölkə |
![]() |
Yayım ərazisi |
![]() |
Dil |
Azərbaycan dili Rus dili İngilis dili Fars dili Erməni dili |
Baş qərargah | Abbas Mirzə Şərifzadə küçəsi 10, Bakı, Azərbaycan |
Yaranma tarixi |
5 oktyabr 2009 (test yayımı) 29 dekabr 2009 (əsas yayım) |
Bağlanma tarixi | 10 aprel 2013 |
Sahibi | Azad Azərbaycan Teleradio Yayım Şirkəti |
Rəhbərlik | Vüqar Qaradağlı |
Şüar |
Azərbaycandan dünyaya from Azerbaijan to the World |
Qardaş kanallar |
Azad Azərbaycan 106 FM 106.3 FM |
Sayt | atv.az |
Tarixçə
ATV International 2009-cu ilin oktyabr ayının 5-də "Hotbird 13" peykində test yayımına başladı. Həmin vaxt kanalın işçi heyətini formalaşdırmaq çətin olduğundan Azad Azərbaycan TV-də tez-tez bu kanalla əlaqədar iş elanı verilirdi. Test yayımı müddətində əsasən filmlər yayımlayırdı. 29 dekabr 2009-cu il tarixində əsas yayıma keçmişdir. Telekanalda xəbərlər 4 dildə - ingilis, rus, fars və erməni dillərində yayımlanırdı. Filmlər isə original dillərində nümayiş etdirilirdi. Sənədli filmlər əsasən, Ermənistanla informasiya müharibəsi ilə əlaqədar yayımlanırdı. Lakin kanalın gəlirlərinin olmaması, üstəlik populyarlığının az olması Azad Azərbaycan Teleradio Yayım Şirkətinin qənaət məqsədi ilə kanalı əlindən çıxarması fikrinə gətirib çıxartdı və bu məqsədlə 10 aprel 2013-cü il tarixində kanal SOCAR şirkətinin tabeliyinə verilmiş və kanalın adı dəyişdirilərək "CBC" (Caspian International Broadcasting Company) olmuşdur.[1][2][3]
ATV International "Televiziya Filmləri Studiyası"
"ATV International Televiziya Filmləri Studiyası" Azərbaycanda sənədli film istehsalçılarından biridir. Studiya Azad Azərbaycan Televiziyasının strukturuna daxil idi. Bədii və sənədli filmlərin istehsalı ilə məşğul olan "ATV International Televiziya Filmləri Studiyası" yarandığı gündən maraqlı filmlərin istehsalı ilə məşğul olub. Teleşirkətin ilk peşəkar telefilm studiyası 2011-ci ilin avqust ayında yaradılıb. Studiya Azad Azərbaycan TRYŞ-nın tarixində ilk sənədli televiziya filmlərinin çəkilişlərini həyata keçirmiş və bir il ərzində müxtəlif növdə 26 televiziya filmi istehsal etmişdir.
- Baş redaktor: Eldar İsgəndərzadə
- Kinorejissor: Elşən Zeynallı, Vasif Məmmədzadə
- Videoyazı mühəndisi: Tariyel Firudinoğlu;
- Prodüser: Röya Əliyeva
İstinadlar
- https://www.youtube.com/watch?v=3Wg5i_1Htv4
- "Arxivlənmiş surət". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-20.
- "Arxivlənmiş surət". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-20.