Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) —dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı.

Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Təşkilatı
ATƏT
OSCE
Organization for Security and Co-operation in Europe
Loqonun şəkli
Növü Regional təşkilat
Yaranma tarixi 4 aprel 1975
Rəsmi dili
Mərkəzi Avstriya Avstriya, Vyana
Sədr Avstriya Sebastian Kurc
Üzvləri 57 üzv, 11 tərəfdaş dövlət
OSCE.Org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞKanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır.[1]

ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir.

ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər[2].

Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür. Həmin il martın 24-də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılmışdır.

İştirakçı olan dövlətlər

ATƏT-in iştirakçıları

Dövlət Dövlət
Avstriya AvstriyaMalta Malta
Albaniya AlbaniyaMonako Monako
Andorra AndorraMonqolustan Monqolustan
Azərbaycan AzərbaycanNiderland Niderland
Ermənistan ErmənistanBelarus Belarus
Belçika BelçikaPolşa Polşa
Bolqarıstan BolqarıstanPortuqaliya Portuqaliya
Bosniya və Herseqovina Bosniya və HerseqovinaRusiya Rusiya
Vatikan VatikanRumıniya Rumıniya
Böyük Britaniya Birləşmiş KrallıqSan-Marino San-Marino
Macarıstan MacarıstanSerbiya Serbiya
Almaniya AlmaniyaSlovakiya Slovakiya
Yunanıstan YunanıstanSloveniya Sloveniya
Gürcüstan GürcüstanABŞ ABŞ
Danimarka DanimarkaTacikistan Tacikistan
İrlandiya İrlandiyaTürkmənistan Türkmənistan
İslandiya İslandiyaTürkiyə Türkiyə
İspaniya İspaniyaÖzbəkistan Özbəkistan
İtaliya İtaliyaUkrayna Ukrayna
Qazaxıstan QazaxıstanFinlandiya Finlandiya
Kanada KanadaFransa Fransa
Kipr KiprXorvatiya Xorvatiya
Qırğızıstan QırğızıstanMonteneqro Monteneqro
Latviya LatviyaÇexiya Çexiya
Litva Litvaİsveçrə İsveçrə
Lixtenşteyn Lixtenşteynİsveç İsveç
Lüksemburq LüksemburqEstoniya Estoniya
Şimali Makedoniya Şimali MakedoniyaMoldova Moldova
Norveç Norveç

Əməkdaşlıq üzrə tərəfdaşlar

Aralıq dəniziİl Asiya İl Okeaniya
Əlcəzair ƏlcəzairƏfqanıstan Əfqanıstan2003
Misir Misir19952009
İsrail İsrail2002 Cənubi Koreya Cənubi Koreya2001
İordaniya İordaniya00000 Tailand Tailand2000
Mərakeş Mərakeş1988 Yaponiya Yaponiya1992
Tunis Tunis777 Avstraliya Avstraliya

Həmçinin bax

Mənbə

  1. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: (Çoxcildliyin I–IX cildlərinin köməkçi aparatı).- Bakı, 2008.- 339 səh.
  2. "Ermənistan küncə sıxışdırılıb: "2+5" ssenarisindən necə qaçmalı?". 2010-11-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-24.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.