ARB Günəş
ARB Günəş — "Günəş TV" adıyla fəaliyyətə başlayan, Azərbaycannın ilk uşaq televiziya kanalıdır.
ARB Günəş | |
---|---|
Ölkə | Azərbaycan |
Yayım ərazisi | Azerspace-1 peykinin əhatə dairəsi |
Dil | Azərbaycan dili |
Baş qərargah | Mirzə Fətəli Axundov 45A, Xaçmaz, Azərbaycan |
Yaranma tarixi | 1 aprel 2015 |
Keçmiş adları | Günəş TV (1 aprel 2015 - 19 sentyabr 2016) |
Şüar | Günəşi yandır |
Qardaş kanallar |
ARB Kəpəz TV ARB Şimal ARB Cənub Kanal-S EL TV ARB 24 Kəpəz FM |
Sayt | arbgunesh.az |
Tarixçə
Azərbaycanın ilk uşaq televiziya kanalı olan “ARB Günəş” 1 aprel 2015-ci il tarixindən etibarən peyk yayımına başlayıb.[1] Bir neçə əməkdaşla işə başlayan telekanal qısa zaman ərzində kollektivi ilə yanaşı, efir proqramını da genişləndirə bilib.
Hazırda “ARB Günəş”in efir proqramına müxtəlif cizgi filmləri ilə yanaşı, 12 uşaq verilişi də daxildir. Efir vaxtını bütünlüklə uşaqlara həsr edən televiziyanın yayımında şiddət, pis vərdişlər aşılayan cizgi filmi və kadrlara yer verilmir.
MTRŞ-nin qərarı ilə 2011-ci ildə “ARB Günəş”ə yayım lisenziyası verilib.[2]
"ARB Media Qrup"un tərkibinə daxil olan telekanal 19 sentyabr 2016-cı il tarixinədək "Günəş TV" adlandırılıb. Qeyd olunan tarixdən etibarən isə brendini "ARB" brendinə uyğun şəkildə yeniləyərək "ARB Günəş" adı ilə fəaliyyətini davam etdirməkdədir.
Loqoları
- Günəş TV adıyla yayımlandığı müddətdə istifadə etdiyi loqo
- 19 sentyabr 2016-cı il tarixindən istifadə olunan loqo
İstinadlar
- ""ARB Günəş" 9 yaşında! - VİDEO". Oxu.Az (az.). 2024-04-01. 2024-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
- "Arxivlənmiş surət". 2020-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-16.