APA Group
APA Group — Azərbaycanda fəaliyyət göstərən, Azərbaycan dövlətinin/hökumətinin nəzarətində olan media holdinq.[1]
![](../I/ApaHoldinglogo.png.webp)
Əvvəlki adı ilə “APA Holdinq” 3 oktyabr 2012-ci il-də yaradılmışdır. Holdinq bir neçə media strukturu və struktur törəmələrinin birləşməsindən təşkil olunmuş qurumdur.
Fəaliyyəti
Holdinqin fəaliyyət istiqamətlərinə informasiya, reklam, rabitə, internet və provayder xidmətlərinin göstərilməsi daxildir. Qurum Azərbaycanda ilk xəbər şirkəti kimi öz brendlərini və əmtəə nişanlarını Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində sertifikatlaşdırıb və müvafiq patentlər alıb. Şirkət “Global Certification Limited” agentliyinin keyfiyyət və idarəetmə sertifikatına sahibdir.
3 oktyabr 2012-ci ilində “APA Holdinq” kimi yaradılan şirkət 2019-cu ilin fevral ayından “APA Group” adı altında fəaliyyət göstərir.
2018-ci ildə bir müddət fəaliyyətini dayandırıb.[2]
Tərkibi
“APA Group”a aşağıdakı qurumlar daxildir:
“Azəri-Press Agentliyi” MMC - APA
“Online News Agency|Online Nyus Agency” MMC - ONA
"Lent.az" saytı
"Vesti.az" saytı
"APASport.az" saytı
“Kulis.az” internet dərgisi
"APA Mark" MMC
Həmçinin bax
- Global Media Group
- Gündəlik Teleqraf (media qrup)
- Səs Media Qrupu
- Yeni Çağ (media qrup)
- Yeni Müsavat (media qrup)
- Modern Media Qrupu
- Day (media-şirkət)
İstinadlar
- ""Azerbaijan: Media · Azerbaijan · Caspiana"". 2023-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-04.
- "'APA Holding' fəaliyyətini dayandırıb". www.azadliq.org. www.azadliq.org. 2023-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 sentyabr 2018.
Mənbə
Xarici keçidlər
- apaholding.az — APA Group rəsmi saytı
- APA-da kadr dəyişiklikləri - Vüsalə Mahirqızı baş direktorluqdan azad olunub
- APA fəaliyyətini bərpa etdi
- Azərbaycanda prezidentin sözlərini təhrif edən informasiya saytlarının işi dayandırılıb
- APA İnformasiya Agentliyinin saytına giriş mümkün deyil
- APA Holding işini bərpa edə bilər?