AM (albom)
AM — ingilis rok qrupu Arctic Monkeys-in beşinci studiya albomu. Ceyms Ford və Ross Ortonun prodüserlik etdiyi albom, Los-Ancelesdəki Sage Sound & Recording və Kaliforniyanın Coşua-Tri şəhərində yerləşən Rancho De La Luna studiyasında yazılıb. AM 2013-cü ilin sentyabr ayında Domino tərəfindən buraxılmışdır. "R U Mine?", "Do I Wanna Know?", "Why'd You Only Call Me When You're High?", "One for the Road", "Arabella", və "Snap Out of It" sinqllarında Coş Homm, Bill-Rayder Cons və Pit Tomas qonaq ifaçı kimi yer alıblar.
AM | ||||
---|---|---|---|---|
![]() | ||||
Növü | studiya albomu | |||
Yayımlanma tarixi | 9 sentyabr 2013 | |||
Yazılma tarixi | avqust 2012 – iyun 2013 | |||
Janr | indi-rok | |||
Müddət | 41:39 | |||
Dil | ingilis dili | |||
Leybl | Domino | |||
Prodüser |
Ross Orton |
|||
"Arctic Monkeys" albomlarının xronologiyası | ||||
|
||||
|
Psixodelik rok, blüz rok, hard rok, ağır metal, desert rok, R&B, soul və hip hop da daxil olmaqla, AM çeşidli janrlardan olan elementləri özünə birləşdirir. Qrupun, solisti Aleks Törnerin dediyinə görə, əvvəlki albomları olan Suck It and See-dən fərqli olaraq, bu dəfə albomun yaradılmasına başqa cür yanaşıblar. Qrup alboma piano, orqan, Hohner Guitaret və vintaj dram-maşina da daxil olmaqla yeni alətlər daxil etdi. Albomda çirkin romantika, seks və tənhalıq kimi mövzulara toxunulur.
Kommersiya baxımından albom Arctic Monkeys-in bu günə qədərki ən uğurlu albomlarından birinə çevrilib, bir neçə ölkədə siyahılarda birinci olub və bir çox başqa ölkələrdə ilk onluğa yüksəlib. BK albomlar hit-paradında birinci yeri tutaraq, ilk həftəsində 157.000-dən çox nüsxə satdı və eyni zamanda 73.000 ədəd sataraq on ilin ən çox satılan vinil albomlarından biri oldu.[1] Bundan əlavə, albom "Do I Wanna Know?" sinqlı ilə qrupun Billboard Hot 100-ə daxil olan ilk mahnısı və dörd Billboard hit-paradını üstələyərək qrupun ən uğurlusu oldu. AM 2017-ci ildə ABŞ-da Platin sertifikatına layiq görülüb.
Tənqidçilər qrupun əvvəlki albomları ilə müqayisədə onun daha tünd və gur səsini təriflədilər. Albom 2013-cü ilin ən yaxşı albomlarından biri kimi bəzi siyahılarda yer tutdu.[2] AM 2014 BRIT mükafatkarında qrupa – Ən yaxşı Britaniya albomu mükafatını qazandırdı. Eləcə də, 2013 Merküri Mükafatına namizəd oldu və "Do I Wanna Know?" mahnısı ilə Ən Yaxşı Rok Performansı nominasiyasını aldı. 2015-ci ildə 57-ci Qremmi mükafatlarında NME onu onilliyin ən yaxşı albomu elan etdi və buraxılışından cəmi bir ay sonra onu Bütün Zamanların 500 Ən Böyük Albomu siyahısında 449-cu yeri tutdu. Rolling Stone jurnalını bütün zamanların 500 ən böyük albomu siyahısının 2020-ci il nəşrində onu 346-cı yerə layiq gördü.
İstehsal
Adı
Qrupun solisti Aleks Törner BBC Radio 1-dən Zeyn Louya vetdiyi müsahibədə albomun adının Velvet Underground qrupunun 1985-ci ildə buraxılan albomu VU-dan ilhamlanaraq seçdiyini açıqladı.[3]
Törner daha sonra qrupun səsyazma prosesində istifadə etdikləri gitara gücləndiricisinə görə albomun adının az qala The New Black olacağını açıqladı: "Məndə çox istifiadə etdiyimiz köhnə Rickenbacker var. Düymələri yoxdur, sadəcə iki dəliyi var. Və bu The New Black kimi tanınan kiçik qara gücləndiricidr. Albomu belə adlandırmaq fikrim var idi."[4]
Trek siyahısı
Bütün sözlər Aleks Törner tərəfindən yazılmışdır., bütün musiqilər Arctic Monkeys tərəfindən bəstələnmişdir.
№ | Başlıq | Müddət | |||||||
---|---|---|---|---|---|---|---|---|---|
1. | Do I Wanna Know? | 4:31 | |||||||
2. | R U Mine? | 3:21 | |||||||
3. | One for the Road | 3:26 | |||||||
4. | Arabella | 3:27 | |||||||
5. | I Want It All | 3:04 | |||||||
6. | No.1 Party Anthem | 4:03 | |||||||
7. | Mad Sounds | 3:35 | |||||||
8. | Fireside | 3:01 | |||||||
9. | Why'd You Only Call Me When You're High? | 2:41 | |||||||
10. | Snap Out of It | 3:12 | |||||||
11. | Knee Socks | 4:17 | |||||||
12. | I Wanna Be Yours | 3:04 | |||||||
41:38 |
Polish[5] and Japanese bonus track | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
№ | Başlıq | Müddət | |||||||
13. | 2013 (hidden track; begins after approximately 1-minute silence) | 2:28 | |||||||
45:18 |
iTunes live EP bonus tracks[6] | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
№ | Başlıq | Müddət | |||||||
13. | Do I Wanna Know? (Live from the iTunes Festival) | 4:27 | |||||||
14. | Fireside (Live from the iTunes Festival) | 2:59 | |||||||
15. | Arabella (Live from the iTunes Festival) | 3:27 | |||||||
16. | One for the Road (Live from the iTunes Festival) | 3:28 | |||||||
17. | R U Mine? (Live from the iTunes Festival) | 3:23 | |||||||
59:27 |
Deluxe LP edition – exclusive 7" vinyl | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
№ | Başlıq | Müddət | |||||||
1. | 2013 | 2:26 | |||||||
2. | Stop the World I Wanna Get Off with You | 3:12 | |||||||
48:21 |
İstinadlar
- Myers, Justin. "Arctic Monkeys' Official biggest songs and albums". Official Charts Company. 11 May 2018. 13 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 May 2018.
- "Acclaimed Music". www.acclaimedmusic.net. 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-11.
- "Arctic Monkeys reveal they nearly named new album 'The New Black'". NME. 4 December 2013. 9 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2013.
- "Arctic Monkeys – AM (CD, Album) at Discogs". 22 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 October 2014.
- "AM (Live EP Bonus Edition) by Arctic Monkeys". iTunes. 6 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 January 2014.