Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi — Azərbaycan Milli Elmlər Akademiyasının bölmələrindən biri.
AMEA Naxçıvan Bölməsi | |
---|---|
| |
Yaranma tarixi | 2002 |
Rəsmi dili | Azərbaycan dili |
Mərkəzi | Naxçıvan şəhəri |
Sədr | İsmayıl Hacıyev[1] |
ameanb.az |
Tarixi
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ümummilli liderimiz Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli "Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında" sərəncamına müvafiq olaraq yaradılmışdır.
Strukturu
Bölmə nəzdində üç ixtisas üzrə müdafiə şurası fəaliyyət göstərir. Şuranın fəaliyyəti dövründə həm muxtar respublikada yaşayan, həm də Azərbaycanın müxtəlif regionlarından olan 40-a yaxın dissertant tarix, arxeologiya və iqtisadiyyat elmləri üzrə dissertasiyalar müdafiə etmişdir.
2003–2012-ci illərdə bölmənin 50 nəfər əməkdaşı müvəffəqiyyətlə müdafiə etmiş, 6 nəfəri elmlər doktoru, 44 nəfəri isə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Təkcə 2010-cu ildə bölmənin 13 nəfər əməkdaşı müdafiə etmiş, alimlik dərəcəsinə layiq görülmüşdür. Hazırda bölmədə 2 akademik, 4 müxbir üzv, 5 elmlər doktoru, 50 fəlsəfə doktoru, doktorant və dissertantlar vardır.[2].
AMEA Naxçıvan Bölməsinin "Xəbərlər" və "Axtarışlar" elmi jurnalları ildə 4 nömrə olmaqla mütəmadi olaraq işıq üzü görür.[2]
Elmi-tədqiqat institutları və tabe qurumlar
Elmi Kitabxana
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Elmi Kitabxanasının əsası 1972-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının filialı kimi Naxçıvan Regional Elmi Mərkəzinin nəzdində qoyulmuşdur.
2002-ci ildən ümummilli lider Heydər Əliyevin 7 avqust tarixli sərəncamı ilə yaradılan Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin tərkibində sərbəst elmi kitabxana kimi fəaliyyətini davam etdirir. 4 sentyabr 2013-cü ildə kitabxana Elektron Kitabxana statusu alaraq fəaliyyətini bu istiqamətdə aparmağa başlamışdır.
Hazırda kitabxana universal xarakterli elmi kitabxana olaraq fondları elmi-texniki, ictimai-siyasi və ədəbi-bədii ədəbiyyatlarla komplektləşdirilmişdir. Kitabxana əsasən müxtəlif elmi müəssisələrdə çalışan alimlərə, elmi işçilərə, universitet müəllim və tələbələrinə, xalq təsərrüfatının müxtəlif sahələrində çalışan mütəxəssislərə xidmət göstərməktədir.
Oxuculara xidmət
- Elektron oxu zalında internet vasitəsilə;
- Müxtəlif çap məhsullarını əhatə edən fondlar vasitəsilə;
- Elektron və ənənəvi kataloq-kartoteka sistemi vasitəsilə;
- Müxtəlif mövzuları əhatə edən və yeni kitablardan təşkil olunmuş sərgilərin vasitəsilə.
Kitabxana Fondlarının komplektləşdirilməsi
- Abunə yolu ilə alınmış qəzet və jurnallar;
- Pul köçürmə yolu ilə alınmış müxtəlif kitablar vasitəsilə;
- Müəlliflər tərəfindən hədiyyə edilmiş kitablar vasitəsilə;
- Müxtəlif şəxslərin fərdi kitabxanalarından hədiyyə edilmiş ədəbiyyatlar vasitəsilə;
- Müxtəlif müəssisə və təşkilatların hədiyyə etdiyi kitablar vasitəsilə.
Məlumat- Biblioqrafiya işləri
- Soraq-biblioqrafiya işlərinin təşkili və aparılması
- Məlumat-biblioqrafiya işlərinin təşkili və aparılması
Fondlar
- Kitab fondlarının həcmi- 41081;
- Jurnal fondunun həcmi- 19611;
- Avtoreferat fondunun həcmi- 8280;
- Dissertasiya fondunun həcmi-107;
- Elektron kataloqlaşdırılmış kitablar- 37988;
- Elektron kartotekaya yazılmış qəzet və jurnal məqalələri-20951;
- Elektron kataloqlaşdırılmış avtoreferatlar-8280;
- Elektron kataloqlaşdırılmış dissertasiyalar-107;
- Skaner olunmuş kitablar-1984.
Təşkilatlar
İstinadlar
- Görkəmli tarixçi alim və elm təşkilatçısı
- "Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi rəsmi səhifəsi". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-14.
- "Elmi-tədqiqat institutları və tabe qurumlar". http://www.ameanb.az/?st=2. 2023-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-07.
- "Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin "Tusi" nəşriyyatı". 2023-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-14.
- "Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elmi Kitabxanası". 2023-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-14.