AK-74M
AK-74M (Mənası:(rus. Автомат Калашникова 74 (AK-74) Mодернизированный) (Azərbaycanca: Avtomat Kalaşnikov 74 (AK-74) Modernizasiyası)), 1994-cü ildə Mixail Kalaşnikov tərəfindən yaradılmış avtomatdır. Kalaşnikov avtomatlarının AK modellərinin günümüzdəki təmsilçisi olan bu silah Rusiya Silahlı Qüvvələrinin 1994-cü ildən bəri əsas avtomat silahı hesab olunur. AK-74 avtomatlarının modernizasiya edilmiş versiyasıdır. İlk dəfə AK-74M avtomatlarında AK-74 avtomatlarında istifadə edilmiş 5.45x39 mm-lik güllələrdən istifadə edilmişdir. Bu silahı AK-74 avtomatından ayıran xüsusiyyətləri isə aksesuarları (qundağ, qəbzə və əl qundağı), süngüsü və silahın standart görünüşündə belə sabit görünən qatlanan qundağın olmasıdır. Sökülməsi AK seriyasında olduğu kimidir.
AK-74M | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
İstehsalçı firma: İjmaş
Növü: avtomat
İstehsal tarixi: 1994 – davam edir
İstismar tarixi: 1994– davam edir
Aksesuarları
Snayper durbini, gecə durbini, termal kamera, optik nişangah, lazer hədəfləyici, qumbaraatan, süngü, taktiki fənər, səsboğucu
Modelləri
- AK-74M: Standart model.
- AK-105: AK-74M-in qısa lüləli modeli.
Xüsusiyyətləri
Boş olarkən çəkisi: 3.6 kq
Dolu olarkən çəkisi,süngü bıçaqla: 4.1 kq
Uzunluğu: 945 mm
Açıq qundaq və birləşdirilmiş süngü bıçaqla birlikdə uzunluğu: 1089 mm
Yığılmış qundaqla birlikdə uzunluğu: 705 mm
Lülənin uzunluğu: 415 mm
Lülənin kalibri - 5.45 mm
Giliz: 5.45x39 mm
Atış tipi: Qaz dövriyyəsi
Nişangah məsafəsi – 1000 metr
Təsirli atəş məsafəsi – 800 metr
Güllənin zədələyici təsir məsafəsi – 1500 metr
Güllənin maksimal uçuş məsafəsi – 3150 metr
Güllənin başlanğıc sürəti – 910 metr\saniyə
Atəş tezliyi – 650 atəş\dəqiqədə
Atəş rejimi – avtomatik və tək-tək
Daraqın tutumu – 30 ədəd
Nişangah – nizamlana bilən adi nişangah
Üzərinə qoşula bilən qumbaraatan – QP-25, QP-30, QP-34
Xarici keçidlər
- İngiliscə rəsmi səhifəsi Arxivləşdirilib 2005-11-04 at the Wayback Machine
- AK-47 Museum Arxivləşdirilib 2011-07-07 at the Wayback Machine virtual tour (İngiliscə)
- Modern Firearms