ABŞ universitetləri

Amerika Birləşmiş Ştatlarında universitetlər - ABŞ-də bakalavrmagistr təhsilini nəzərdə tutan tədqiqat yönümlü müəssisələr. Tarixi səbəblərə görə, Boston Kolleci, Dartmut Kolleci, Uilliam və Meri Kolleci kimi bəzi universitetlər "kollec" terminini qoruyub saxlayır. "Universitet" terminindən istifadə edən Qərb Universiteti kimi bəzi institutlar bir neçə bakalavr dərəcəsi verir. Məzun proqramları Fəlsəfə doktoru (Ph.D) kimi müxtəlif doktorantura dərəcələrindən əlavə, İncəsənət magistrı (M.A), Dəqiq elmlər üzrə magistr (M.S), Biznesin idarəsi olunması üzrə magistr (M.B.A) kimi müxtəlif magistr dərəcələri verir. Bəzi universitetlərdə elmi təqdiqatçılar əvəzinə, təcrübə aparan şəxslər tərəfindən təşkil olunmuş çoxlu sayda xüsusi məktəblər var. Misal olaraq, jurnalistika, biznes, tibb məktəbləri, hüquq, baytarlıq, stomatologiya kimi məktəblər buraya daxildir.

Univeristetlər digər ölkələrdə fakültələrə bölündüyü halda, Amerikada məktəblər və ya kolleclər kimi müxtəlif bölmələrə ayrılır. Liberal kolleclər antropologiya kimi şöbələrə bölünür, daha böyük univesitetlər isə təbiət elmləri kimi müxtəlif şöbələrə ayrılır. Amerika Birləşmiş Ştatlarında federal hökumət xidmət akademiyaları və işçi kollecləri istisna olmaqla, universitetlərə birbaşa nəzrət etmir, buna baxmayaraq, onlara maliyyə yardımı edir. Ştat universitetlərinin bir hissəsi olan dövlət universitetlərinin əksəriyyəti ştatlar və onların əraziləri tərəfindən idarə olunur. Hər ştat ən azı bir dövlət universitetini, bəziləri isə daha çox universiteti dəstəkləyir. Dövlət universitetləri böyük tələbə heyətindən ibarət olur. Dövlət tərifindən rəsmən tanınmış bəzi tayfaların hindu şərtləri altında idarə etdiyi tayfa kollecləri də həmçinin dövlət institutlarıdır.

Bir çox özəl universitetlər də mövcuddur. Bunlar arasında bəziləri dünyəvi, bəziləri isə dini təhsil verir. Bəziləri məzhəb fərqi olmayan, bəziləri isə Roma katolikliyi, lüteranlıq və ya mormonizm kimi dinlərin müəyyən məzhəbi və ya kilsə ilə bağlı təshil verir. Seminariyalar tələbələri ruhanilər birliyinin üzvlüyünə hazırlayan özəl müəssisələrdir. Dövlət məktəbləri kimi özəl məktəblərin bəziləri qeyri-kommersiya, qalanları isə kommersiya müəssisələridir. Təhsil haqqı bütün Amerika universitetlərində alınır. Lakin xidmət akademiyalarının maliyyələşdirdiyi 5 universitet istisnadır. Belə ki, burada tələbələr məzun olduqdan sonra ABŞ silahlı qüvvələrində xidmət etmək müqabilində pulsuz və təqaüdlə təhsil alırlar.

Özəl universitetlərə nisbətən, dövlət universitetlərində təhsil haqqı aşağı olur, çünki universitetləri dəstəkləmək üçün ayrılan vəsait dövlət və prezident tərəfindən təmin edilir. Tələbələr təhsil haqqı ödəməkdən daha çox təqaüd, tələbə kreditləri yaxud qrantlardan istifadə etməyə üstünlük verirlər. Bir neçə ştat tələbələrə pulsuz yaxud az təhsil haqqı ilə təqaüd təklif edərək təhsil almaqlarına imkan yaradır. Əksər dövlət və özəl universitetlər tələbələrə xüsusi yardımlar göstərirlər. 29 milyard dollar məbləğində ən böyük ianə Harvard Universiteti tərəfindən ayrılıb.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.