ABŞ milli parklarının siyahısı
ABŞ milli parkları — ABŞ-də yerləşən 59 milli parka verilən ümumi ad.
ABŞ Daxili işlər nazirliyinin tabeliyindəki Milli Park Xidməti tərəfindən idarə olunan və milli park adlandırılan xüsusi statuslu 59 qoruq ərazisi mövcuddur (2013). ABŞ-dəki milli parklar ABŞ Konqresinin qərarları ilə yaradılır. İlk ABŞ milli parkı 1872-ci ildə qəbul edilən qanunla və ABŞ prezidenti Uliss Qrantın təsdiqi ilə yaradılan Yellouston Milli Parkıdır. Bundan sonra 1875-ci ildə Mekkinak Milli Parkı yaradılmış, lakin 1895-ci ildə statusunu itirmişdir. Üçüncü və dördüncü milli parklar 1890-cı ildə qurulan Yosemit milli parkı və Sekvoya milli parkıdır. 1916-cı ildə ABŞ Konqresində qəbul olunan "Milli parklar" qanunu ilə federal dövlət adından milli parkları idarə etmək üçün ABŞ Daxili işlər nazirliyinin tabeliyində Milli Park Xidməti quruldu. Qanunda hədəf belə açıqlanmışdır:[1]
"Milli parklardakı təbii mənzərələr və təbii dekorasiya ilə tarixi və təbii ünsürlərin qorunması. Parkların idarəetməsinin hazırda insanların həzz alması üçün təşkili. Müasir dövrümüzdə bu idarəetmə elə bir üsulda və elə bir şəkildə olmalıdır ki, gələcək nəsillər eyni şəkildə milli parkdan həzz alsınlar."
Müasir dövrümüzdə milli park adı ilə qorunan parkların çoxu ABŞ Konqresinin qanunu ilə qurulmuşdan qabaq xüsusi qanunla ABŞ prezidentinin təsdiqi ilə Milli Abidə statusu alaraq federal hökumətin qorunmasına alınmışdılar. Ən son milli park statusu almış park Pinnakles Milli Parkıdır.
6-sı Alyaskada olmaqla 7 milli park həmçinin Milli Qoruma Bölgəsi statusunu da almışdır. Teorik və hüquqi baxımdan hər iki status da fərqlidir.
Hər hansı bir ərazi milli park statusu alması üçün vacib şərtlərə cavab verməlidir. Bu kriteriyalara təbii gözəllik, geoloji quruluşlar, inanılmaz ekosistemlər və ziyarətçilərə turizm imkanı daxildir. Amma bu kriteriyaların hamısı bütün milli parklar üçün əhəmiyyətli deyil, hətta bəzi milli parklar bu kriteriyaların bir neçəsinə cavab vermir.
ABŞ-nin 50 ştatının ancaq 27-si milli parka sahibdir və iki milli park da (Amerikan Samoası Milli Parkı və Amerikan Virgin Adaları Milli Parkı) ştatlarda deyil, ABŞ-yə bağlı ərazilərdə yerləşir. Ən çox milli parka sahib ştat 9 milli parkla Kaliforniyadır. İkinci yerdə 8 milli parkla Alyaska ştatı, üçüncü yerdə 5 milli parkla Yuta ştatı və dördüncü yerdə 4 milli parkla Kolorado ştatıdır.
Ən böyük milli park Alyaskada yerləşən və sahəsi 44.313 km² olan Vranqell-Sent-Elias Milli Parkıdır. Bu milli park ABŞ-nin ən kiçik 9 milli parkının ümumi sahəsindən də böyükdür. Böyüklük sırasında növbəti 3 yerdə də yenə Alyaskada yerləşən milli parklar gəlməkdədir (Artika Darvazaları Milli Parkı (29.405 km²) , Denali Milli Parkı (19.121 km²) və Katmai Milli Parkı 14.616 km²). Ən kiçik milli park isə 20 km² sahə ilə Hot Sprinqs Milli Parkıdır. Bütün milli parkların sahəsi isə 210.000 km²-dir. Orta hesabla hər milli parkın sahəsi 3.620 km²-dir
Ən çox ziyarətçi cəlb edən milli park Şimali Karolina və Tennesi ştatlarında yerləşən Böyük Tüstü Dağları Milli Parkıdır. Bu milli parkı 2011-ci ildə 9.008.830 nəfər ziyarət etmişdir. Ziyarətçi baxımından ikinci yerdə Arizona ştatındakı Böyük Kanyon Milli Parkıdır və bu parka 2011-ci ildə gələn ziyarətçi sayı 4.298.178 nəfər olmuşdur. Ən az ziyarətçiyə ev sahibliyi edən milli park Alyaskadakı Klark Gölü Milli Parkıdır. Bu milli parkı 2011-ci ildə cəmi 5.158 nəfər ziyarət etmişdir.
59 ABŞ milli parkından 14-ü YUNESKO-nun Dünya irsi siyahısındadır.[2]
Xəritə
Siyahı
Qeyd: Açıq mavi fon milli parkın YUNESKO-nun Dünya irsi siyahısında olduğunu göstərir.
Şəkil | Adı | Yeri | Qurulma tarixi | Sahəsi (km²) | Məlumat |
---|---|---|---|---|---|
Akadiya Milli Parkı[3] | Men | 26 fevral 1916 | 192 | Səhra dağı adası və sahilə yaxın digər adalarla Akadiya Milli Parkı ABŞ-nin Atlantik okeanı sahillərindəki ən yüksək dağa, okean sahillərinə, meşə sahələrinə və göllərə ev sahibliyi edir. Şirin sular, meşələr və qabarma-çəkilmə zamanı ortaya çıxan bataqlıqlar milli parkın əsas görməli yerləridir. | |
Amerikan Samoası Milli Parkı[4] | Amerikan Samoası | 31 oktyabr 1988 | 36.4 | Ən cənubda yerləşən bu milli park üç Samoa adasını əhatə edir. İçində mərcan rifləri, ekvatorial meşələri, vulkanik dağları və çimərlikləri var. Bu parkda uçan tülkü, yarasalar, boz sula quşları, dəniz tısbağaları və 900 növ balıq yaşayır. | |
Arçz Milli Parkı[5] | Yuta | 12 noyabr 1971 | 310 | Bu milli parkda 2000-dən çox qumdaşı qayasından ibarət təbii kəmər yerləşir. Çöl iqlimində bu quruluşlar milyon illər ərzində eroziya nəticəsində yaranıblar. Parkdakı quraq ərazidə quru torpaq, torpaq dolu təbii çuxurlar və su toplayan təbii hövzələr diqqət çəkir. Digər geoloji quruluşlar arasında baca tipli qaya sütunlar, iti qüllələr və dik qayalar vardır. | |
Badlands Milli Parkı[6] | Cənubi Dakota | 10 noyabr 1978 | 982,4 | Bu parkda masa dağ tipi qayalar, qüllələr ve prayri tipli otlaq sahələr mövcuddur. 33,5 milyon il əvvələ aid olan böyük heyvan qalıqlarına ev sahibliyi edir. Bizon, amerikan vəhşi qoyunu, qara ayaqlı gəlincik, ova tülküsü kimi heyvanlar milli parkda yaşayan canlılar arasındadır. | |
Biq-Bend Milli Parkı[7] | Texas | 12 iyun 1944 | 3.242 | ABŞ-Meksika sərhədi olan Rio Qrande çayında olan təbii quruluşdan adlandırılmışdır. Bu park Çixuaxuan səhrasının bir hissəsini əhatə edir. Milli parkda bir çox yaxşı halda qorunmuş heyvan qalıqları var. Milli parkda həmçinin yerli xalqa aid kiçik sənət əsərlərini görmək də mümkündür. | |
Biskeyn Milli Parkı[8] | Florida | 28 iyun 1980 | 700 | Bu park Biskeyn körfəzində, Florida Keys adalarının şimalında yerləşir. Parkda bir-birilə bağlı 4 ekosistem var: manqrov meşələri, körfəz, Keys adaları və mərcan rifləri. Parkda qorunan heyvan növləri arasında Karib manatisi, Amerika timsahı, müxtəlif növ dəniz tısbağası və bayağı quşlar vardır. | |
Brays Kanyonu Milli Parkı[9] | Yuta | 28 fevral 1928 | 145 | Bris kanyonu Paunsauqunt platformasında yerləşən nəhəng bir təbii amfiteatr şəklindədir. Bu ərazidə eroziya nəticəsində ortaya çıxan yüzlərlə baca şəklində Haduu adlandırılan qayalar vardır. Bu ərazidə əvvəllər yerli xalqlar məskunlaşmışdılar. Sonradan Yutaya qaçan Avropa əsilli Mormon məzhəbinə mənsub olanlar burada məskunlaşmışdılar. | |
Böyük Kanyon Milli Parkı[10] | Arizona | 26 fevral 1919 | 4.779 | Böyük Kanyon Kolorado çayı tərəfindən əmələ gətirilmiş olub 446 km uzunluğunda, 1,6 km dərinliyində və 25 km genişliyindədir. Kolorado platformasında milyonlarla il ərzində eroziya nəticəsində əmələ gələn bu kanyonda çox rəngli divarlar və maraqlı qaya quruluşları ortaya çıxmışdır.
| |
Böyük Tüstü Dağları Milli Parkı[12] | Şimali Karolina, Tennesi |
15 iyun 1934 | 2.109 | Böyük Tüstü dağları Appalaç dağlarının bir hissəsidir. Böyük Tüstü dağlarında müxtəlif hündürlükdə zirvələr vardır. Bu dağlarda 400 növ onurğalı heyvan, 100 növ ağac və 5000 növ bitki mövcuddur. Bu park ABŞ-nin ən çox ziyarətçi cəlb edən milli parkıdır. Parkda 1.300 km uzunluğunda yürüyüş zolağı mövcuddur. ABŞ-nin 3.500 km uzunluğunda olan Appalaç Yürüyüş Zolağı 110 km-lik hissəsi bu milli parkdan keçir. Ziyarətçilər burada balıq ovu, atçılıq kimi fəaliyyətlərlə məşğul ola və 80-ə qədər tarixi binanı ziyarət edə bilərlər.
| |
Kanyonlands Milli Parkı[14] | Yuta | 12 sentyabr 1964 | 366 | Bu parkdakı ərazilər Kolorado çayı, Yaşıl çay və yaxınlıqdakı digər çaylar tərəfindən milyonlarla illər ərzində eroziyaya uğradılaraq böyük masa tipli təpələr və qrabenlər ortaya çıxarmışdır. Milli park 3 hissədən ibarətdir. Parkda baca tipli sütunlar və digər geoloji quruluşlar vardır. Həmçinin milli parkda qədim Anasazi xalqına aid arxeoloji qalıqlar tapılmışdır. | |
Kapitol Rifi Milli Parkı[15] | Yuta | 18 dekabr 1971 | 976 | Bu parkda yerləşən Vatepoket Fold 160 km uzunluğunda yeraltına doğru bükülmüş geoloji quruluş olub, bu quruluşda yer üzünün üst-üstə olan geoloji təbəqələrini görmək mümkündür. Bu parkdakı digər təbii quruluşlar arasında baca tipli sütunlar, monolitik sütunlar, qübbə şəkilli qayalar da vardır. Qübbəli qayalar ABŞ Konqresinin binasına oxşadıldığı üçün milli park Kapitol adlandırılmışdır. | |
Karlsbad Mağaraları Milli Parkı[16] | Nyu Meksiko | 14 may 1930 | 188 | Karlsbad mağaraları sistemində 117 mağara vardır və bu mağaraları bir-birinə bağlayan dəhlizlərin ümumi uzunluğu 190 km-dir. Bu mağaralardan Biq Rum mağarası 1200 m genişliyindədir. Bu mağaralar sistemində 400.000-ə qədər Tadarida brasiliensis növündə yarasa və 16 növdə heyvan yaşamaqdadır. Bu parkın yerüstü hissəsində Çixuaxuan səhrası və Zınqırovlu İlan çayı yerləşir.
| |
Çannel Adaları Milli Parkı[18] | Kaliforniya | 5 mart 1980 | 1.009 | Cənubi Kaliforniyanın sahillərində yerləşən 8 Çannel adasından 5-i bu milli parkı əmələ gətirməkdədir. Sahili və adaların ətrafını qorumaq məqsədi güdüldüyündən milli parkın yarısı sudur. Bu adalar tipik olmayan Aralıq dənizi iqliminə sahibdir. Bu parkda sayı 2.000-dən çox olan quru heyvanı və bitki növü yaşamaqdadır. Bunlardan 145-i adalar üçün olduqca nadir növdür. Avropalılar Amerikaya gəlməzdən qabaq Çumaş adlı bir yerli Amerika qəbiləsi burada məskunlaşmışdı. | |
Klark Gölü Milli Parkı[19] | Alyaska | 2 dekabr 1980 | 13.881 | Milli park Klark gölündən və gölün ətrafında yerləşən 4 aktiv vulkandan ibarətdir. Bunlar arasında Redabt vulkanı da var. Milli parkda üç dağ silsiləsi kəsişir. Milli parkda bir çox şəlalə, buzlaq, çay var. Milli parkda tundra iqlimi hakimdir. | |
Konqari Milli Parkı[20] | Cənubi Karolina | 10 noyabr 2003 | 88 | Bu milli park Konqari çayı üzərində yerləşmiş olub Şimali Amerikanın "əl dəyməmiş" meşələrini əhatə edir. Bu parkda bitən bəzi ağaclar ABŞ-nin şərqində ən hündür ağaclardır. | |
Suyahoqa Vadisi Milli Parkı[21] | Ohayo | 11 oktyabr 2000 | 134 | Bu milli park Suyahoqa çayının hər iki sahilini əhatə edir. Parkda şəlalər, təpələr və burdakı keçmiş həyatı əks etdirən sərgilər vardır. Bu parkda çoxlu sayda tarixi evlər, körpülər və digər tarixi abidələr vardır. Bu parkda həmçinin dar dəmiryolu xətti də var. Bu xətt üzərində işlədilən lokomotiv keçmiş dəmiryolu haqqında ziyarətçilərə məlumat verməkdədir. | |
Ölüm Dərəsi Milli Parkı[22] | Kaliforniya, Nevada |
31 oktyabr 1994 | 13.451 | Moyave səhrasının bir hissəsi olan Ölüm dərəsi ABŞ-nin ən isti, ən alçaq yeridir. Burada maksimum temperatur 54 °C olduğu müəyyən olunmuşdur. Əvvəllər buranın ən alçaq yer olduğu düşünülürdü, amma 2001-ci ildə ən alçaq yerin Argentinadakı Karbon laqunu olduğu məlum olmuşdur. Qərbi Amerika tavasının qraben qismində yerləşən Ölüm dərəsində 1000 növ qeydə alınmışdır. Bu parkda həmçinin duz düzənlikləri, dik masa tipli qayalar da görmək mümkündür. | |
Denali Milli Parkı[23] | Alyaska | 26 fevral 1971 | 19.121 | Denali Milli Parkının düz ortasında Şimali Amerikanın və ABŞ-nin ən hündür zirvəsi olan Makkinli dağı yerləşir. Bu parkda yerləşən Makkinli dağının və Alyaska dağlarının yamacları buzlaqlar və tayqa meşələri ilə örtülmüşdür. Bu parkda yaşayan nadir növlər arasında Şimali Amerika boz ayısı, Dall qoyunu, canavar vardır. Denali Milli Parkına cəmi bir yol vardır və həmin yol Uonder gölünün sahilindən keçməkdədir. | |
Dray Tortuqas Milli Parkı[24] | Florida | 26 oktyabr 1992 | 249 | Dray Tortuqas Milli Parkı Florida Keys adalarının qərbində yerləşən 11 qumsal adadan ibarətdir. Bu parkda bir adada yerləşən Fort Ceferson qalası qərb yarımkürəsində kərpicdən tikilmiş ən böyük tikilidir. Milli parkın diqqət çəkən tərəfi dənizdir. Parkın dəniz hissəsində bir çox mərcan rifi və batmış gəmi görmək mümkündür. Bu milli parka gedən quru yolu yoxdur, ancaq hava və dəniz nəqliyyatı mövcuddur. | |
Everqleyds Milli Parkı[25] | Florida | 30 may 1947 | 5.660 | * Everqleyds Milli Parkı ABŞ-nin ən böyük subtropik iqlimli vəhşi təbiət ərazisidir. Bu parkda manqrov ekosistemi mövcuddur və 26 qorumalı heyvan və bitki növü yaşamaqdadır. Bu qorunan növlər arasında Florida panterası, Amerika timsahı və Karib dəniz inəyi kimi növlər də vardır. Milli parkın bataqlıq hissəsinin bir qismi qurudulmuşdur. Hazırda isə bu ərazilərin yenidən bataqlaşdırılması üçün səylər göstərilir.
| |
Artika Darvazaları Milli Parkı[27] | Alyaska | 2 dekabr 1980 | 29.405 | Bu milli park ABŞ və Alyaskanın ən şimalda yerləşən milli parkıdır. Bruks dağlarının ekosistemini qorumaq üçün qurulmuşdur. Bu parkda ziyarətçilər üçün heç bir təsis yoxdur. Bu park ərazilərində yerli amerikalılar hələ də həyatlarına davam edirlər. Bu xalqlar bura 11.000 il əvvəl məskunlaşmışdırlar. | |
Qlasier Milli Parkı (Vaterton Milli Parkı)[28] | Montana Alberta |
11 may 1910 | 4.100 | Bu milli park Kanadanın Vaterton Gölləri Milli Parkı ilə birlikdə Vaterton Qlasier Milli Sülh Parkını əmələ gətirir. Rokki dağlarının ətrafında qurulmuş bu milli parkda 26 buzlaq və 130 adlandırılmış göl yerləşir. Bu parka daxil olan Rokki dağlarının ətrafı zəngin fosil yataqları kimi məşhurdur.
| |
Qlasier Körfəzi Milli Parkı[30] | Alyaska | 2 dekabr 1980 | 13.043 | Bu milli park dənizə enən bir çox buzlağı, çayları ehtiva edir. Parkdakı mülayim iqlim meşələrin yaranmasına zəmin yaratmışdır. Milli parkda Şimali Amerika boz ayısı, dağ keçiləri, qartallar, balinalar, suitilər kimi heyvanlar yaşayır. 1784-cü ildə Corc Vankuverin ekspedisiyası zamanı körfəz tamamən buzla örtülü ikən, hazırda buzlaqlar 105 km geri çəkilmişdir. | |
Qrand Titon Milli Parkı[32] | Vayominq | 26 fevral 1929 | 1.245 | Qrand Titon milli parkı Titon dağlarının ən uca zirvəsidir. Park Cekson Houl vadisi, piedmont gölləri, otlaqları, buzlaq nəticəsində yaranmış relyef formaları ilə tanınır. | |
Böyük Basin Milli Parkı[33] | Nevada | 27 oktyabr 1986 | 312 | Bu park Nevadada yerləşən Vhiler dağının ətrafında olan ərazini əhatə edir. Bu parkda çox üzunömürlü olan və hətta 5.000 illik olan "Balfourianae" növündə şamlar qorunur. Əlavə olaraq milli parkda moren relyef quruluşlarını və Lehman mağaralarını görmək mümkündür. Ətrafda yaşayış məskəni olmadığından park gecələr göy üzü ABŞ-nin ən qaranlıq göy üzü sayılır . Parkda yaşayan nadir heyvanlara Taunsend böyük-qulaqlı yarasası, Amerika antilopu və Bonnevil alabalığı aiddir. | |
Böyük Barxanlar Milli Parkı[34] | Kolorado | 13 oktyabr 2004 | 164 | Bu parkda hündürlüyü 230 metrə çatan və Şimali Amerikada ən yüksək olan barxanları görmək mümkündür. Bu barxanlar Rio Qrande çayının San Luis vadisinə qum yığması nəticəsində əmələ gəlmişdir. Barxanların yaxınlığında bataqlıqlar, çayırlar yerləşir. Parkın diqqət çəkən digər yerləri alpin göllər, hündürlüyü 3.000 metrdən çox olan 6 dağ və keçmiş meşələrdir. | |
Quadalupe Dağları Milli Parkı[35] | Texas | 15 oktyabr 1966 | 349 | Bu milli parkda Texas ştatının ən yüksək nöqtəsi hesab olunan Quadalupe dağı yerləşir. Qərbi Amerikaya xas olan Böyükdiş ağcaqayınları ilə dolu olan və gözəl mənzərəyə sahib Makkitrik kanyonu, Çixuaxuan səhrasının bir qismi, Perm dövrünün heyvan qalıqları ilə zəngin olan yataqlar bu milli parkdadır. | |
Qanninson Blək Kanyonu Milli Parkı[36] | Kolorado | 21 oktyabr 1999 | 124 | Park Kembric dövründən qalma tünd rəngdə dik divarları olan Qanninson çayı kanyonunun ¼ hissəsini əhatə edir. Kanyondan axan çayın yatağı çox meyilli olduğundan burada salaminmə idmanı olduqca məşhurdur. Kanyonun dik divarlarında divaradırmaşma yarışları da keçirilir. Kanyon "Blək" (qara) adını dik divarlar gün işığının düşməməsi üzündən qazanmışdır. | |
Haleakala Milli Parkı[37] | Havay adaları | 1 avqust 1916 | 117 | Milli park Havay adalarının Maui adasındakı Haleakala vulkanını əhatə edir. İki hissədən ibarətdir. Haleakala zirvəsində böyük krater və yaxınlıqda çoxlu sayda kül krateri yerləşir. Dağ yamaclarında isə nadir növ ağaclar yetişməkdədir. Havay adalarına xas olan və bir zamanlar nəslinin kəsiləcəyi düşünülən Havay qazı bu yamaclarda yaşayır. Parkın ikinci hissəsi olan dağ yamaclarında çoxlu sayda şirin göl vardır. Göllərdə isə nadir şirin su balıqları yaşayır. Bu milli park ABŞ-də nəslinin kəsiləcəyi qorxusu olan növlərə ev sahibliyi edir. | |
Havay Vulkanları Milli Parkı[38] | Havay adaları | 1916 | 1.309 | Bu milli park Havay arxipelaqındakı Böyük adada qurulmuşdur. Dünyada ən aktiv iki vulkan olan Kilauea və Mauna Loa vulkanları bu milli parkdadır. Bu parkda dəniz səviyyəsindən 4.000 m yüksəklikdə olan ekosistem mövcuddur.
| |
Hot Sprinqs Milli Parkı[40] | Arkanzas | 4 mart 1921 | 20 | Bu park şəhər bölgəsində yerləşən yeganə ABŞ milli parkıdır. Eyni zamanda ABŞ-nin ən kiçik milli parkıdır. Bu milli park XVIII əsrdən etibarən bu bölgədən çıxarılan isti suyu xalqa çatdıran qurumların qorunması məqsədi ilə Arizonanın Hot Sprinqs şəhərində qurulmuşdur. Bu parkda insan xəstəliklərinin müalicəsində əvəzsiz rol oynayan suların çıxdığı 47 mənbə qorunmaya alınmışdır. | |
Royal Adası Milli Parkı[41] | Miçiqan | 3 mart 1940 | 2.182 | Bu park Yuxarı göldə yerləşən Royal adasını və bu adanın 7,5 km uzaqlığındakı 400 irili-xırdalı adanı özündə birləşdirir. Bu adalarda əhali çox-çox seyrəkdir, demək olar ki, adalar kimsəsizdir. Adaların ətrafında batmış gəmilər görmək mümkündür. Bu milli parkda sadəcə 30 növ məməli yaşayır. | |
Çoşua Tri Milli Parkı[42] | Kaliforniya | 31 oktyabr 1994 | 3.112 | Bu park Kolorado səhrasının bir qismi, Moyave səhrası və Kiçik San Bernardino dağlarından ibarətdir. Milli park adını burda yetişən Yuşşa ağacından almışdır. Parkda barxanlar, quru göllər, sıldırım dağlar və qranit sütunlar kimi təbii quruluşlar yerləşir. | |
Katmai Milli Parkı[43] | Alyaska | 2 dekabr 1980 | 14.616 | Bu milli park Alyaska yarımadasında yerləşən Katmai dağını, On Min Duman vadisini və Novarupta vulkanını əhatə edir. 1912-ci ildə Novarupta vulkanının püskürməsi nəticəsində ətrafa yayılan vulkan külü hələ də milli parkın ərazisindədir. Bu parkın çaylarında yumurtlamaq üçün gələn qızılbalıqları ovlamaqdan ötrü hər il milli park ərazisinə 2.000-dən çox boz ayı gəlməkdədir. | |
Kenai Fiordları Milli Parkı[44] | Alyaska | 2 dekabr 1980 | 2.436 | Bu park Kenai yarımadasındakı Sevard şəhərinin yaxınlığında yerləşmiş olub, Harliq Buzluq Bölgəsini, 38 buzlağı və buzlaqlardan əmələ gəlmiş fiordları qorumaq üçün qurulmuşdur. | |
Krallar Kanyonu Milli Parkı[45] | Kaliforniya | 4 mart 1940 | 1.869 | Bu park bir neçə nəhəng sekvoya ağacını və dünyanın ikinci ən böyük ağacı olan General Qrant ağacını ehtiva etməkdədir. Milli parkda həmçinin Krallar Çayı vadisinin bir hissəsi mövcuddur və bu hissədə qranitdən olan dik divarlı Krallar kanyonu, San Coaquin çayı, Boyden mağarası yerləşməkdədir. | |
Kobuk Vadisi Milli Parkı[46] | Alyaska | 4 mart 1980 | 6.758 | Kobuk Vadisi Milli Parkı Kobuk çayını və vadisinin 94 km-lik hissəsini və üç qumluq ərazini birləşdirir. Bu üç qumluq ərazi Böyük Kobuk, Kiçik Kobuk və Hant çayı qumluqları olub, buzlaqlardan yaranmışdır. Burada bəzi barxanların yüksəkliyi 30 m-ə çatır və bu barxanlar Artika ərazisinin ən yüksək barxanları sayılır. Milli parkda temperaturun -38 °C-yə qədər düşdüyü müşahidə olunmuşdur. İldə iki dəfə bu qumluqların və çayların yanından yarım milyondan çox şimal maralı keçir. Çay sahilindən isə heyvan qalıqları tapılmışdır. Milli park tamamilə Şimal Qütb Dairəsində yerləşdiyindən bura quru yolu yoxdur. Parkda gediş-gəliş ancaq yürüyüşlə mümkün olduğundan bu milli parkı 2011-ci ildə cəmi 11.485 nəfər ziyarət etmişdir | |
Krater Gölü Milli Parkı[47] | Oreqon | 22 may 1902 | 741 | Krater gölü 7.700 il əvvəl Mazame vulkanının püskürməsi və kalderasına su dolması nəticəsində əmələ gəlmişdir. Bu göl ABŞ-nin ən dərin gölüdür. Suyu isə şəffaflığı və mavi rəngi ilə məşhurdur. Göldə iki ada vardır. Gölə heç bir çay tökülmür. Gölün səviyyəsi ancaq yağış sularından asılıdır. | |
Lassen Vulkanik Milli Parkı[48] | Kaliforniya | 9 avqust 1914 | 430 | Lassen vulkanı dünyada ən böyük lava qübbəli vulkandır. Bu parkda digər tipdə də vulkanlar mövcuddur (qalxanlı, kül qübbəli və qarışıq qübbəli vulkanlar). Lassen vulkanı sonuncu dəfə 1915-ci ildə püskürmüşdür. Bu vulkan səbəbi ilə ətraf ərazilərdə hidrotemal bulaqlar yaranmışdır. | |
Mamont Mağarası Milli Parkı[49] | Kentukki | 1 iyun 1941 | 210 | Mamont mağarası sistemi ümumi uzunluğu 631 km-ə çatan dəhliz, tunel, salon və mağaralardan ibarətdir. Dünyanın ən uzun mağara sistemi hesab olunur. Bu mağaralarda 7 növ yarasa, kor Kentukki kreveti, kor şimal mağara balığı, mağara salamandrası kimi işıqsız mühitə uyğunlaşmış heyvanlar yaşayır. Mağaranın üstündə isə Yaşıl çay, ümumi uzunluğu 100 km-dən çox olan yürüyüş zolaqları, bulaqlar yerləşir.
| |
Mesa Verde Milli Parkı[51] | Kolorado | 29 iyun 1906 | 210 | * Bu parkda antik Amerika xalqı olan anasazilərə aid 400-ə qədər arxeoloji qazıntı yeri vardır. Bu antik xalq burada 700 il əvvəl yaşamışdır. Milli parkda yüksəkdə tikilmiş, XII-XIII əsrə aid evlər vardır. Bu antik binalardan olan Yarğan Evinin 150 otağı vardır. Eyvan binasında isə qazılmış dəhlizlər, otaqlar görmək mümkündür.
| |
Rayner Dağı Milli Parkı[53] | Vaşinqton | 2 mart 1899 | 954 | Rayner dağı Kaskad dağlarının şimalında yerləşən hündür dağdır. Bu dağ aktiv bir vulkandır. Bu dağın yamaclarında adlandırılmış 26 buzlaq yerləşir. Bu buzlaqlardan Emmos buzlağı 11 km2 sahəsi ilə Alyaska istisna olmaqla ABŞ-nin ən böyük buzlağıdır. Karbon buzlağı isə 9.2 km uzunluğu ilə Alyaska xaricində ABŞ-nin ən uzun buzlağıdır. Parkın yarısı meşələrdən ibarətdir. Dağın cənub yamacında yerləşən Paradis Ziyarətçi Mərkəzi dünyada ən çox qar yağan məskənlərdən biridir. Parkda dağçılıq və dırmaşma kimi idman fəaliyyətləri keçirilir. Müxtəlif yürüyüş zolaqları mövcuddur. Lonqmir Ziyarətçi Mərkəzindən başlayan Vunderland yürüyüş zolağı dağın ətarfını dolanır. | |
Şimali Kaskad Dağları Milli Parkı[54] | Vaşinqton | 2 oktyabr 1968 | 2.042 | Bu park Kaskad dağlarının şimalında yerləşən və iki ayrı hissədən ibarət kompleksdir. Bu iki park qismi arasında "Ross Gölü Milli Turizm Bölgəsi" və "Çalan Gölü Milli Turizm Bölgəsi" yerləşir. Bu parkda Şuksan, Triumf və Eldorado kimi dağlar, buzlaqlar vardır. | |
Olimpik Milli Parkı[55] | Vaşinqton | 29 iyun 1938 | 3.697 | Olimpik yarımadasındakı bu milli park qabarma-çəkilmə hadisələri zaman dolub-boşalan dağ hovuzları, mülayim iqlimi, meşələri, Olimpik dağı ilə tanınır. Bir tərəfdə buzlarla örtülü Olimpik dağları, bir tərəfdə isə ABŞ-nin materik hissəsində ən nəmli bölgəsi Hoh və Kvinolt meşələri yerləşir.
| |
Petrifid Forest Milli Parkı[57] | Arizona | 9 dekabr 1962 | 379 | Çinli quruluşunun bir hissəsi olan bu milli parkda 200 milyon illik ağac gövdələri vardır. Bu bölgənin ətrafında isə eroziyaya uğramış qırmızı rəngli Boyanmış çöl yerləşir. Həmçinin bir çox dinozavrlara aid qalıqlar da tapılır. Ərazidə 350 Amerika xalqlarına məxsus arxeoloji qazıntı yeri vardır. | |
Pinnakıls Milli Parkı[58] | Kaliforniya | 10 yanvar 2013 | 107.7 | Bu park ABŞ-nin ən yeni milli parkı olub pinnakıl adlandırılan baca tipli qaya sütunları ilə tanınır. Qayalar eroziya və vulkan fəaliyyəti nəticəsində yaranmışdırlar. Bu parkda qayaya dırmaşma idmanı çox populyardır. | |
Ridvud Milli Parkı[59] | Kaliforniya | 2 oktyabr 1968 | 315 | Bu park və bu parkla birlikdə idarə edilən 2 Kaliforniya ştat parkı ilə dünyada ən böyük ağac olan Sahil Ridvud ağaclarının yarısını qorumaq üçün yaradılmışdır. Bu park ərazisi tez-tez zəlzələlərə məruz qalmaqdadır. Milli parkda üç böyük çay sistemi vardır. Bu milli parkdakı 60 km-lık Sakit okean sahili qorunma alınmmışdır. Parkın içərisində müxtəlif növ heyvan və bitkilərin yaşadığı prayr tipli otlaqlar vardır.
| |
Rokki Dağları Milli Parkı[61] | Kolorado | 26 yanvar 1915 | 1.074 | Bu park Rokki dağlarının kiçik bir hissəsini ehtiva edir. Bu park üçün ərazi seçilərkən yüksəklikdəki ekosistemlər nəzərə alınmışdır. Parkda 150 göl vardır. Bu parkdakı vulkank təpələrdə və buz vadilərində qatır maralı, Amerika qoyunu, Amerika ayısı və puma yaşamaqdadır. Bu parkda diqqət çəkən coğrafi yerlərdən Lonqs dağı və Kolorado Ayı gölü hesab olunur. | |
Saquaro Milli Parkı[62] | Arizona | 14 oktyabr 1994 | 354 | Bu milli park Sonara səhrasında yerləşmiş olub iki hissədən ibarətdir: Rinkon dağları və Tukson dağları. Bu parkda 6 qrupda bitki növü yaşamaqdadır. Bu bitkilər arasında milli parka adını verən nəhəng Saquora kaktusları, Varil kaktusları, qaynanadili, çola kaktusu sayılır. Parkda nəsli kəsilmək üzərə olan Meksika ləkəli bayquşu və uzun burunlu yarasa qorunmaqdadır. | |
Sekvoya Milli Parkı [63] | Kaliforniya | 25 sentyabr 1890 | 1.635 | Bu parkda Nəhəng meşə adı verilən böyük sekvoya meşəsi qorunur. Bu meşədəki General Şerman ağacı dünyada mövcud olan ən böyük ağacdır. Bu park dünyada ən böyük 9 ağacın 4-nü birləşdirir. Parkda 240-dan çox mağara vardır. Parkda qitə cəhətdən ABŞ-nin ən yüksək zirvəsi olan 4.421 metrlik Uitney dağı yerləşir. 2.050 m hündürlüyündəki Moro Rok adlı dağ da buradadır. | |
Şenandoah Milli Parkı[64] | Virciniya | 22 may 1935 | 802 | Bu parkda yerləşən Mavi Ric dağları on minlərlə heyvana yuva olan ağaclardan ibarət meşələrlə örtülmüşdür. Bu dağlıq parkdan 169 km uzunluğundakı Skaylayn yolu keçməkdədir. Şərqi Amerikanın məşhur 3.500 metrlik Appalaç yürüyüş zolağının bir qismi buradan keçməkdədir. Həmçinin milli parkda ümumi uzunluğu 800 km olan yürüyüş zolaqları vardır. Şenandoah çayı və şəlaləri milli parka ayrı gözəllik verir. | |
Teodor Ruzvelt Milli Parkı [65] | Şimali Dakota | 10 noyabr 1978 | 282 | 36-cı ABŞ prezidenti olan Teodor Ruzvelt bu dağlıq ərazilərin mənzərəsinə heyran qalmışdı və burada yaşamaq üçün özünə ev də tikdirmişdi. Eroziyaya uğramış badlandslardan ibarət bu milli park prezidentin adını daşıyır. Prezidentin Malta xaçı adlı evi xeyli ziyarətçi cəlb etməkdədir. Parkda yürüyüş etmək mümkündür. Amerika bizonu, Amerika antilopu, Amerika qoyunu və vəhşi at milli parkın daimi "sakinləri"dir. | |
Virgin Adaları Milli Parkı[66] | Amerika Virgin adaları | 2 avqust 1956 | 52 | Bu park Amerika Virgin adalarındakı Sent-Con adasından ibarətdir. Sent-Con adası təbiət tarixi və insan tarixi haqqında dəyərli məlumatlar daşıyır. Tayno xalqına aid arxeoloji qalıqlar da tapılmışdır. Xristofor Kolumb Amerikaya çatdıqdan az sonra bu adada şəkər qamışı təsərrüfatı ilə məşğul olmağa başladılar. Milli parkda şəkər qamışı plantasiyası xarabalıqları qalmışdır. Park ərazisinə "əl dəyməmiş" çimərliklər, manqrov meşələri, dəniz yosunu yataqları və mərcan rifləri daxildir. | |
Voyagers Milli Parkı[67] | Minnesota | 8 aprel 1975 | 529 | Bu parkda dörd böyük göl vardır. Bu göllər idman fəaliyyətləri üçün geniş istifadə olunur. Ərazidə yerli Oyibva tayfasına və fransız əsilli kürk tacirləri olan "voyager"lərə (səyyah) aid qalıqlar, bir qızıl mədəninə hücumla bağlı xatirələr mövcuddur. Parkda buzlaqlar nəticəsində əmələ gəlmiş körfəzlər, təpələr, göllər vardır. | |
Külək Mağarası Milli Park [68] | Cənubi Dakota | 9 yanvar 1903 | 115 | Külək mağarası böyük mağara sistemidir. Bu mağaralar sistemi torpaqda olan bir çuxurdan külək əsmə səsi gəlməsi nəticəsində tapılmışdır. Ən sıx mağara sistemlərindən biridir. Mağaraların üstündə prayr tipli otlaqlar yerləşir və bu otlaqlarda bizon, qara ayaqlı gəlincik və çayır iti kimi məməlilər yaşayır. Qərbi sarı şam meşələrində puma və Kanada maralı kimi heyvanlar məskunlaşmışdır. | |
Rangel-Sent-Elias Milli Parkı[69] | Alyaska | 2 dekabr 1980 | 44.313 | Bu çox böyük Alyaska milli parkı Alyaska dağları, Çuqaş dağlarını və Rangel-Sent-Elias dağlarının kəsişdiyi yerdədir. Parkın 25 %-i buzlaqlarla örtülüdür. Bunlar arasında ən böyükləri Habbard, Malaspina və Nabesna buzlaqlarıdır. | |
Yellouston Milli Parkı[70] | Vayominq Montana Aydaho |
1 mart 1872 | 8.983 | Bu park Yellouston kalderasında yerləşir və dünyanın ilk milli parkıdır. Bu parkda çox aktiv geotermal yerlər vardır və bunlar yer üzünə qeyzerlər və su bulaqları şəklində çıxır. Old Faytful qeyzeri və Qrand Prismatik Sprinqs qaynar su mənbəyi ən tanınanlarıdır. Bu parkda 4 dağ sırası vardır. Yellouston çayının əmələ gətirdiyi Yellouston Qrand kanyonunda bir neçə Yellouston şəlaləsi yerləşir. Bu parkda Amerika boz ayısı, Kanada maralı, qurd kimi 60 növdə məməli yaşayır.
| |
Yosemit Milli Parkı[72] | Kaliforniya | 1 oktyabr 1890 | 3.074 | Yosemit parkında çox geniş, çox dəyişik geoloji və hidroloji bölgələri ehtiva edən yüksək qayalar, şəlalələr və sekvoya ağaclarını görmək mümkündür. Buzlaqlar tərəfindən qazılmış Yosemit vadisi ətrafında Half Dom və El Kapitan adı verilmiş dağlar və Şimali Amerika materikinin ən hündür şəlaləsi olan Yosemit şəlaləsi buradadır. Parkda üç böyük sekvoya ağacı mövcud olub müxtəlif heyvan və bitki növlərinə rast gəlmək mümkündür.
| |
Zayon Milli Parkı[74] | Yuta | 19 noyabr 1919 | 579 | Milli parkda çoxlu sayda kanyon, baca tipli sütunlar, çöl vardır. Bu milli park 4 fərqli ekosistemə ev sahibliyi edir. |
Statusları dəyişdirilmiş milli parklar
ABŞ-də XIX və XX əsrlərdə milli park statusu qazanmış bir neçə milli park daha sonra çıxarılan qərarlarla bu statuslarını itirmişdirlər:
Keçmiş milli park | Qurulma tarixi | Ləğv olunma tarixi | Qeyd |
---|---|---|---|
Abraham Linkoln Milli Parkı | 17 iyul 1916 | 11 iyul 1939 | Abraham Linkoln Doğum Yeri Milli Tarixi Yerinə çevrilmişdir. |
Fort MakHenri Milli Parkı | 3 mart 1925 | 11 avqust 1939 | Fort MakHenri Milli və Tarixi Abidəsinə çevrilmişdir. |
Havay Milli Parkı | 1 avqust 1916 | 13 sentyabr 1960 | Havay Vulkanları Milli Park və Haleakala Milli Park olaraq iki yerə ayrılmışdır. |
Makkinak Milli Parkı | 15 aprel 1875 | 2 mart 1875-ci ildə Miçiqan ştatının idarəsinə buraxılmışdır. 31 may 1895-ci ildə Ştat parkı olmuşdur. |
Makkinak adası Ştat Parkına çevrilmişdir |
Platt Milli Parkı | 29 iyun 1906 | 17 mart 1976 | Çikkasav Milli Turizm Bölgəsinə çevrilmişdir. |
Sallis Hill Milli Parkı | 27 aprel 1904 | 3 mart 1931 | Sallis Hill Milli Ov Heyvanları Qoruma Bölgəsinə çevrilmişdir. |
İstinadlar
- "The National Park Service Organic Act" (ingilis). National Park Service. 2008-04-26. 2014-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
- "World Heritage List" (ingilis). UNESCO. 2015-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
- "Acadia National Park". National Park Service. 2010-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
- "American Samoa National Park". National Park Service. 2010-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08-08-2013.
- "Arches National Park". National Park Service. 2010-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
- "Badlands National Park". National Park Service. 2010-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
- "Big Band National Park". National Park Service. 2010-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
- "Biscayne National Park". National Park Service. 2010-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
- "Bryce Canyon National Park". National Park Service. 2010-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
- "Grand Canyon National Park". National Park Service. 2010-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
- "Arxivlənmiş surət". 2018-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
- "Great Smoky Mountains National Park". National Park Service. 2012-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
- "Arxivlənmiş surət". 2018-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
- "Canyonlands National Park". National Park Service. 2013-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-18.
- "Capitol Reef National Park". National Park Service. İstifadə tarixi: 2015-01-18.
- "Carlsbad Caverns National Park". National Park Service. 2010-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-18.
- "Arxivlənmiş surət". 2018-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-18.
- "Channel Islands National Park". National Park Service. 2010-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-18.
- "Lake Clark National Park". National Park Service. 2010-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-18.
- "Çongaree National Park". National Park Service. 2010-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-18.
- "Cuyahoga Valley National Park". National Park Service. İstifadə tarixi: 08-08-2013.
- "Death Valley National Park". National Park Service. 2010-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-18.
- "Denali National Park". National Park Service. 2010-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-19.
- "Acadia National Park". National Park Service. 2010-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-19.
- "Everglades National Park". National Park Service. İstifadə tarixi: 2015-01-19.
- "Arxivlənmiş surət". 2018-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-19.
- "Gates of Arctic National Park". National Park Service. 2006-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-19.
- "Glacier National Park". National Park Service. 2010-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-19.
- "Arxivlənmiş surət". 2018-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-19.
- "Glacier Bay National Park". National Park Service. 2010-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08-08-2013.
- "Arxivlənmiş surət". 2014-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-19.
- "Grand Teton National Park". National Park Service. 2010-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-19.
- "Great Basin National Park". National Park Service. 2010-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-19.
- "Great Sand Dunes National Park". National Park Service. 2010-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-19.
- "Guadalupe Mountains National Park". National Park Service. 2010-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-19.
- "Günnison's Black Canyon National Park". National Park Service. 2010-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-19.
- "Haleakala National Park". National Park Service. 2010-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-19.
- "Hawaii Volcanoes National Park". National Park Service. 2010-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-19.
- "Arxivlənmiş surət". 2017-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-19.
- "Hot Springs National Park". National Park Service. 2010-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-20.
- "Isle Royal National Park". National Park Service. 2010-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-20.
- "Joshua Tree National Park". National Park Service. İstifadə tarixi: 2015-01-20.
- "Katmai National Park". National Park Service. 2010-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-20.
- "Kenai National Park". National Park Service. 2010-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-20.
- "Kings Canyon National Park". National Park Service. 2008-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-20.
- "Kobuk Valley National Park". National Park Service. 2010-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-20.
- "Crater Lake National Park". National Park Service. 2010-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-20.
- "Lassen Volcanic National Park". National Park Service. 2010-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-20.
- "Mammouth Cavern National Park". National Park Service. 2010-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-20.
- "Arxivlənmiş surət". 2018-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-20.
- "Mesa Verde National Park". National Park Service. 2010-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-20.
- "Arxivlənmiş surət". 2018-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-20.
- "Rainer Mount National Park". National Park Service. İstifadə tarixi: 2015-01-20.
- "North Cascades National Park". National Park Service. 2010-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-20.
- "Olimpic Nationa Park". National Park Service. 2006-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-20.
- "Arxivlənmiş surət". 2018-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-20.
- "Petrified Forest National Park". National Park Service. 2010-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-20.
- "Pinnacles National Park". National Park Service. 2010-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-20.
- "Redwood National Park". National Park Service. İstifadə tarixi: 2015-01-20.
- "Arxivlənmiş surət". 2018-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-20.
- "Rocky Mountain National Park". National Park Service. 2010-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-21.
- "Saguaro National Park". National Park Service. İstifadə tarixi: 2015-01-21.
- "Sequoia National Park". National Park Service. 2003-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-21.
- "Shenansoah National Park". National Park Service. 2010-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-21.
- "Theodore Roosvelt National Park". National Park Service. 2010-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-21.
- "Virgin Islands National Park". National Park Service. İstifadə tarixi: 2015-01-21.
- "Voyageurs National Park". National Park Service. 2010-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-21.
- "Wind Cave National Park". National Park Service. 2010-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-21.
- "Wrangell – St. Elias National Park". National Park Service. 2010-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-21.
- "Yellowstone National Park". National Park Service. 2010-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-21.
- "Arxivlənmiş surət". 2018-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-21.
- "Yosemite National Park". National Park Service. 2010-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-21.
- "Arxivlənmiş surət". 2018-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-21.
- "Zion Canyon National Park". National Park Service. 2010-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-21.
Həmçinin bax
Xarici keçidlər
- VikiSəyahətdə United States National Parks haqqında səyahət məlumatları var.
- Milli Park Xidməti
- Bir Milli Park tap
- USA Online Arxivləşdirilib 2014-05-18 at the Wayback Machine
- Fotoşəkillər Arxivləşdirilib 2014-03-17 at the Wayback Machine