ABŞ Hərbi Donanması

ABŞ hərbi donanması ABŞ silahlı qüvvələrinin hissəsi. Hazırda 335,000 nəfər xidmətdə və 128,000 nəfər ehtiyatdadır. 280 gəmi və 4 mindən çox təyyarə var. Rütbələri: ensayn (O-1), kiçik leytenant (HDQ) (O-2), leytenant (HDQ) (O-3), kapitan-leytenant (O-4), komandan (O-5), kapitan (O-6), kontr-admirallar (O-7, O-8), vitse-admiral (O-9) və admiral (O-10). Donanma admiralı rütbəsi (O-11) yalnız hərb vaxtında mövcuddur. Donanmasında aviadaşıyıcıların növbəti şərti təsnifi işlədilir:

  • CV — aviadaşıyıcı
  • CVA — zərbə aviadaşıyıcısı
  • CVB — ağır aviadaşıyıcı
  • CVE — mühafizə aviadaşıyıcısı
  • CVL — yüngül aviadaşıyıcı
ABŞ hərbi donanması
ing. United States Navy
Loqonun şəkli
Növü Hərbi dəniz qüvvələri
Yaranma tarixi 13 Oktyabr 1775-günümüzə
Ölkə ABŞ ABŞ
Tabedir ABŞ Dəniz Qüvvələri Departamenti
Daxildir
  • Navy Special Warfare Trident insignia worn by qualified U.S. Navy SEALs ABŞ HDQ-nin Xüsusi Təyinatlıları
  • The insignia of United States Naval Special Warfare Command. ABŞ Hərbi Dəniz Xüsusi Əməliyyat Komandanlığı
  • Seal or Crest of the United States Naval Academy ABŞ-nin Hərbi Dəniz Akademiyası
  • Insignia of the United States Third Fleet. ABŞ Üçüncü Donanması
  • ABŞ HDQ Desant Kəşfiyyat Baxıcısı;
Tərkibi
Vəzifəsi Güc proyeksiyası və böhrana cavab
Sayı 325,143 aktiv personal
107,355 ehtiyat personal
Hissə Dəniz Donanma
Qərargah Pentaqon
Arlinqton Dairəsi, Virciniya
Şüarı " Özü üçün yox,yalnız ölkə üçün !"
Rəngləri Mavi,Qızılı
Təchizatı 272 gəmi
3,700 Təyyarə
10 təyyarə daşıyıcılar
9 desant gəmisi
10 amfibiya nəqliyyat doklar
12 tərsanə desant gəmisi
22 kreyser
62 hərb gəmi
5 freqat
4 tərsanə döyüş gəmisi
71 Sualtı qayıq
Müharibələr ABŞ İstiqlal müharibəsi
Birinci Barbar Müharibəsi
1812-ci il müharibəsi
İkinci Barbar Müharibəsi
Seminol müharibəsi
Patriot Müharibəsi
Meksika-ABŞ müharibəsi
ABŞ Vətəndaş müharibəsi
Vyetnam müharibəsi
Döyüşlər
Komandanlıq
Komandir Admiral Conatan Greenert
Məşhur komandirləri Admiral Mişel C. Hovard
navy.mil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

ABŞ hərbi donanması bayrağı

Amerika hərbi-dəniz donanmasının yaranması təklifi 1775 il oktyabrın 3-də irəli sürülmüşdür. 1776-cı il yanvarın əvvəlində Kontinental donanma əmələ gəldi. 1798-ci ildə üç qüvvətli freqat ("Konstityuşn", "Konstelleyşn" və "Yunayted Steyts") suya enilmişdir. Donanmasının ilk katibi Bencamin Stoddert, ilk başçısı isə Con Barri oldu. 18–19 əsrlər görkəmli Amerika donanmaçıları arasında Stefen DekaturAleksander Koçreyndir. 1856-cı ildən sonra bütün Amerika hərbi gəmiləri Dalqren topları ilə təchiz edilmişdir. ABŞ Vətəndaş müharibəsi ərəfəsində (1860) ABŞ şimali ştatlarında 90 gəmi var idi. Konfederasiya donanması isə 1862 ildə dörd qüvvətli zirehli gəmi ("Arkanzas", "Luiziana", "Missisipi" və "Virciniya") itirmişdir. Bu dövrdə cənubi ştatların dəniz blokadası başlandı. Qrover Klivlend prezidentliyi zamanda donanma artmışdır.

ABŞ Hərbi Dəniz Qüvvələri Akademiyasının kursantları buraxılış mərasimində, 2005-ci il

1897-ci ildən sonra "İndiana", "Massaçusets" və "Oreqon" xətti gəmiləri, 7 kreyser, 4 monitor, bir təcrübə sualtı qayığı və 6 kanoner qayığı əmələ gəldi. 1908 il mayın 13-də HDQ-nin tibb bacıları xidməti yarandı. 1914 ildə Amerika donanmasının tərkibində 33 xətti gəmi, 50 eskadra minadaşıyıcısı, 12 zirehli və 17 zirehligöyərtə kreyser, 1 eskadra minadaşıyıcıları üzən bazası, 3 kəşfiyyat kreyseri, 38 sualtı qayıq və 2 üzən sualtı qayıq bazası olmuşdur. Buna baxmayaraq yalnız bir üzən qospital və bir üzən gəmitəmir emalatxanası var idi. Birinci dünya müharibəsi dövründə ABŞ-də qayıqəleyhinə gəmi layihəsi hazırlamışdır və göyərtə aviasiyası əmələ gəldi. Yaponiyanın Pyorl-Harbora hücum nəticəsində 6 xətti gəmi, 2 eskadra minadaşıyıcısı, 1 mina hasarlayan və 2008 dənizçi məhv edilmişdir. Faciədən sonra ABŞ-də hərbi-dəniz inşaat batalyonu (dəniz arıları) yarandı. İkinci dünya müharibəsi vaxtında bu batalyon ilk növbədə Sakit okeanda fəaliyyət göstərmişdir. Həmin dövrdə HDQ-ya xidmət üzrə qadın könüllü təşkilatı (WAVE) meydana gəldi. 1947-ci ildə ABŞ-də Aralıq dənizi hərbi-dəniz qüvvələri, 1954-cü ildə isə ilk Amerika superaviadaşıyıcısı ("Forrestal") əmələ gəldi.

Admiral Arlay Burke zamanda atom sualtı qayıqlarına nüvə döyüş başlıqlarını qoyması üzrə proqram başlandı. 1961-ci ildə donanma ilk atom aviadaşıyıcısı və növbəti ildə atom kreyseri aldı. Kuba böhranı ilə əlaqədar prezident Con Kennedi Kuba sahilinin dəniz blokadası elan etdi. 1978-ci ildə Sovet İttifaqında 740 hərbi gəmi, ABŞ-də isə yalnız 436 olmuşdur, lakin Amerikada aviadaşıyıcılar üzrə üstünlük var idi (21 aviadaşıyıcı 3 Sovet vertolyot aviadaşıyıcına qarşı). "Səhrada fırtına" əməliyyatı vaxtinda "İndependens", "Saratoqa", "Con F. Kennedi" və "Dvayt D. Eyzenhaver" gəmilərində göyərtə aviasiyası yerləşmişdir, "Missuri" və "Viskonsin" xətti gəmilərindən isə "Tomaqavk" raketləri buraxılmışdır.

Həmçinin bax

İstinadlar

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.