ABŞ əhalisinin siyahıyaalınması (2010)

2010-cu il ABŞ əhalisinin siyahıyaalınması ABŞ-də 23-cü və hal-hazırda ən axırıncı əhalinin siyahıyaalınmasıdır. Siyahıyaalınma üçün hesablama günü 1 aprel 2010-cu il hesab edilmişdir.[1][2] Hesablamanın dəqiqliyini artırmaq üçün 635.000 müvəqqəti hesablayıcı işə alındı.[3][4] ABŞ əhalisi 2000-ci il siyahıyaalınmasına görə 9.7% artaraq 308,745,538 nəfər təşkil etmişdir.[5]

23-cü ABŞ əhalisinin siyahıyaalınması
2010-cu il əhalinin siyahıyaalınması loqosu
Ümumi məlumat
ÖlkəABŞ
Keçirilmə tarixi1 aprel 2010 (2010-04-01)
Ümumi əhali308,745,538
Fərq 9.7%
Ən çox əhalisi olan ştatKaliforniya (37,253,956)
Ən az əhalisi olan ştatVayominq (563,626)

Tanışlıq

Prezident Obama Oval Ofisdə öz siyahıyaalınma vərəqəsini doldurur, 29 mart 2010.

ABŞ Konstitusiyasına əsasən 1790-cu ildən hər on ildə bir ABŞ əhalisinin siyahıyaalınması həyata keçirilir. Bundan əvvəlki siyahıyaalınma 2000-ci il ABŞ əhalisinin siyahıyaalınması olmuşdu. ABŞ əhalisinin siyahıyaalınmasında iştirak ABŞ Kodeksi 13-cü maddəsinə əsasən nizamlanır.[6]

25 yanvar 2010-cu ildə Siyahıyaalma Bürosunun direktoru Robert Qrovs şəxsən Alyaskanın Nurvik şəhərinin sakini, ikinci dünya müharibəsi veteranı Klifton Ceksonu qeydə almaqla 2010-cu il siyahıyaalınmasını rəsmən açılışını etmişdi.[7] 15 mart 2010-cu ildən başlayaraq 120 milyondan artıq siyahıyaalma vərəqəsi ABŞ Poçt Xidməti vasitəsilə göndərilməyə başlandı.[8] 1 aprel 2010-cu ilə qədər poçt vasitəsilə gönədrilən və evlərə çatdırılan vərəqələrin sayı təxminən 134 milyon idi.[9]

2010-cı il siyahıyaalınmasında poçt vasitəsi ilə iştirak 74% təşkil etmişdir.[10]

Şəhər sıralaması

2010 ABŞ şəhərlərinin əhalisinə görə sırası[11]
SıraŞəhərŞtatƏhali
1Nyu-York Nyu-York8,175,133
2Los-Anceles Kaliforniya3,792,621
3Çikaqo İllinoys2,695,598
4Hyuston Texas2,099,451
5Filadelfiya Pensilvaniya1,526,006
6Finiks Arizona1,445,632
7San-Antonio Texas1,327,407
8San-Dieqo Kaliforniya1,307,402
9Dallas Texas1,197,816
10San-Xose Kaliforniya945,942
11Ceksonvill Florida821,784
12İndianapolis İndiana820,445
13San-Fransisko Kaliforniya805,235
14Ostin Texas790,390
15Kolumbus Ohayo787,033
16Fort-Uort Texas741,206
17Şarlott Şimali Karolina731,424
18Detroyt Miçiqan713,777
19El Paso Texas649,121
20Memfis Tennessi646,889
21Baltimor Merilend620,961
22Boston Massaçusets617,594
23Sietl Vaşinqton608,660
24Vaşinqton Kolumbiya dairəsi601,723
25Neşvill Tennessi601,222

İstinadlar

  1. "2010 Census Questionnaire Reference Book" (PDF). 2017-07-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 yanvar 2017.
  2. "Interactive Timeline". About the 2010 Census. ABŞ Siyahıyaalma Bürosu. 2011. Archived from the original on 2010-12-20. İstifadə tarixi: 6 yanvar 2016.
  3. "Census worker taken to court for trespassing". New York Post. 5 iyul 2010. 2017-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 yanvar 2017.
  4. Cox, Marty. "US Census Takers Attacked on the Job". The National Ledger. 28 may 2010. 24 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 yanvar 2017.
  5. "U.S. Census Bureau Announces 2010 Census Population Counts – Apportionment Counts Delivered to President". ABŞ Siyahıyaalma Bürosu. 21 dekabr 2010. Archived from the original on 2010-12-24. İstifadə tarixi: 6 yanvar 2016.
  6. Selby, W. Gardner. "Americans must answer U.S. Census Bureau survey by law, though agency hasn't prosecuted since 1970". politifact.com. 9 yanvar 2014. 2017-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 yanvar 2017.
  7. D'Oro, Rachel. "Remote Alaska village is first eyed in census - Boston.com". boston.com. 26 yanvar 2010. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 yanvar 2017.
  8. "2010 Census forms arrive, kicking off once-a-decade head count". NJ.com. 15 mart 2010. 2017-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 yanvar 2017.
  9. "Stand up and be counted". The Economist. 31 mart 2010. 2017-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 yanvar 2017.
  10. "Take 10 Map 2010 Census Participation Census Bureau". 20 avqust 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2016.
  11. "American FactFinder". Factfinder2.census.gov. 2015-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 yanvar 2016.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.