ABŞ-yə immiqrasiya

ABŞ-də immiqrasiya — ABŞ-ni immiqrasiya ölkəsi adlandırırlar.

Tarixi

ABŞ ərazisinin sürətlə genişlənməsi, eləcə də ərazinin məskunlaşması və mənimsənilməsi külli miqdarda əhali tələb edirdi. Həmçinin dünyanın digər ərazilərində (əsasən də Avropada) sosial-iqtisadi şərait (aqrar, dini, milli vəziyyət, aclıq, siyasi təqib) əhali və əmək ehtiyatlarını ABŞ-yə cəlb etdi. Okean boyunca qitələrarası miqrasiyanın artması feodal məhdudiyyətlərinin ləğvinə səbəb oldu və əhali hüquqi cəhətdən müstəqillik qazandı. İmmiqrasiya dəniz və sonra hava nəqliyyatında olan proqreslə bağlı daha geniş vüsət aldı.

İmmiqrantların sayının qeydiyyatı 1820-ci ildən aparılır və 1820-ci ildən indiyə qədər ABŞ-yə 60 mln. nəfər əhali (Avropa 67 %, Asiya 10 %, Amerika 21 %, digər regionlar 2 %) immiqrasiya etmışdir. Aşağıdakı immiqrasiya dövrləri ayrılır:

Birinci dövr

I dövr – XVII əsrin əvvəllərindən 1820-ci ilə qədər davam etmişdir. İmmiqrantlar əsasən Böyük Britaniya adalarındandır (ingilislər, şotlandlar, irlandlar). Cənuba gələnlər varlı torpaq sahibləri olduğundan onlar özləri ilə plantasiyalarda işləmək üçün kasıb əhali gətirmişlər. Lakin tədricən plantasiyalarda işləyənlər çatışmır və buraya qara dərili qullar gətirilir. Hələ ilk dəfə 1619-cu ildə Ceymstauna hollandlar qaradərililər gətirmişlər. Daha sonra ingilis qul ticarətinucaq" yaranır: Liverpul, Afrikanın Qvineya sahili və Vest-Hind (Yamayka). Nəticədə XVIII əsrin əvvəllərində ABŞ-də Cənubda 10 min, həmin əsrin ortalarında 100 min, 1810-cu ildə 1 mln, 1860-cı ildə isə 4,5 mln. zənci vardı və ölkə əhalisinin tərkibində yeni etnik element yaranır. də "üçb

İkinci dövr

II dövr – XIX əsrin II yarısı və XX əsrin əvvəllərini əhatə edir. XIX əsrin II yarısında immiqrantların sayı ildə 1,3 mln. nəfər təşkil edirdi. Lakin XIX əsrin sonu – XX əsrin əvvəllərində bu göstərici kəskin surətdə artır (1900–1914-cü illərdə 13,4 mln. nəfər). Bəzi illərdə hətta əhalinin ümumi artımının 20–40 %-i immiqrasiya hesabına olur. Bu dövrdə immiqrasiyanın coğrafi tərkibində stabil vəziyyət hökm sürmüşdür. Belə ki, immiqrantlarıln 80–85 %-i Avropanı təmsil etmişdir. Lakin Avropa daxili subregionlarda ciddi fərqlər olmuşdur. "Köhnə" və "Yeni" immiqrasiya dövrləri ayırırlar. "Köhnə" dövrdə əvvəlcə ingilislər, şotlandlar, sonra almanlar, irlandlar, daha sonra skandinavlar, əsasən isveçlər immiqrantları təşkil etmişlər (İrlandiyadan immiqrasiya kartof aclığı, Almaniyadan isə siyasi-iqtisadi vəziyyətlə bağlı olmuşdur). "Yeni" dövrdə Cənubi və Şərqi Avropa ölkələri (İtaliya, Avstriya-Macarıstan, Rusiya) üstünlük əldə etdilər. 1891–1920-ci illərdə Cənubi və Şərqi Avropadan ABŞ-yə "Köhnə" immiqrasiya ölkələrindən 3 dəfə çox əhali getmişdir (əsasən İtaliyadan olanlar fərqlənmişdir). Rusiyadan immiqrantlar 1900–1910-cu illərdə çoxluq təşkil etmişdir (əsasən polyaklar, yəhudilər, litovlar). Avropadan sonra immiqrantlar əsasən Kanada və Meksikadan idilər. Asiya ölkələrindən gələnlər isə cüzi göstəricilərə malik olmuşlar.

Üçüncü dövr

III dövr – Birinci və İkinci dünya müharibələri arasını əhatə edir. Bu mərhələdə immiqrasiya axını azalmışdır, bu da dünya iqtisadiyyatı, eləcə də ABŞ-nin təsərrüfatı, həmçinin 1924-cü ildən bu ölkədə immiqrasiya kvotasının tətbiqi ilə bağlı olmuşdur. İmmiqrasiya kvotası nisbətən kasıb Şərqi və Cənubi Avropa ölkələrindən əhali axınının qabağını almışdır. Bu dövrdə ABŞ-yə əmək immiqrasiyası ilə yanaşı, siyasi axın da baş vermişdir. Belə ki, 1917-ci ildən sonra Rusiyadan Çar familiyalılar, yüksək zadəganlar, Çar ordusunun hərbi qulluqçuları ilə yanaşı, elmi-texniki bilik, kadr axını, yaradıcı mütəxəssislər ABŞ-yə immiqrasiya etmişlər. Həmçinin öz ölkələrinə qayıtmaq istəməyən müharibə əsirləri, eləcə də Stalin repressiyasından qorxanlar, həm də Kuba və Vyetnamdan olan əhali ABŞ-yə üz tutmuşlar.

Dördüncü dövr

IV dövr – XX əsrin II yarısından başlayıb indiyənə qədər davam edir. Bu dövrdə immiqrasiyanın səviyyəsi durmadan artır. Belə ki, XX əsrin 70-ci illərində ABŞ-yə 4,5; 80-ci illərində isə 6 mln. nəfər leqal əhali gəlmişdir. Həmçinin XX əsrin 60-cı illərində əhalinin ümumi artımında miqrasiyanın payı 11 % idisə, bu göstərici 70-ci illərdə 33, 80-ci illərdə isə 39 % təşkil etmişdir. Eləcə də ABŞ-yə qeyri-leqal gələnlərin sayı artmışdır. 1960–1980-ci illərdə 200–500 min "qeyri-leqal" əhali Meksikadan gəlmişdir. 1986-cı ildə ABŞ konqresi "qeyri-leqal" immiqrasiyanın aradan qaldırılması ilə bağlı xüsusi qanun qəbul etmişdir. Qanuna görə bu proses vətəndaş və cinayət hüquq tədbirləri ilə nizamlanmalıdır. "Qeyri-leqal" immiqrantlara əmək fəaliyyəti verən, iş təklif edən şəxslər külli miqdarda pul cərimələrindən tutmuş həbsxana rejiminə qədər cəzalana bilərlər. Həmçinin ABŞ-də sərhəd mühafizəsi güclənmişdir. Nəticədə isə "qeyri-leqal" əhali axını azalır.

Bu dövrün digər bir xüsusiyyəti miqrasiya axınlarının coğrafiyasında olan dəyişikliklərlə bağlıdır. XX əsrin 50-ci illərində immiqrantlar Avropa və Kanadadan gəlirdilərdisə, 80-ci illərdə bu region və ölkənin payı 13 % olmuşdur. Dominantlıq edənlər isə Latın Amerikası (50 %) və Sakit okean sahili Asiya ölkələrindən gələnlər (35 %) idilər. Bu da 1965-ci ildə immiqrasiya kvotasının (1924-cü ildə qəbul edilmiş) götürülməsi ilə əlaqədardır.

İmmiqrasiyanın sosial-mədəni tərkibinin dəyişilməsi

Başqa bir xüsusiyyət immiqrasiyanın sosial-mədəni tərkibinin (strukturunun) dəyişilməsi ilə bağlıdır. Əvvəllər immiqrantlar orta və aşağı kvalifikasiyalı və təhsilli idilərdisə, daha sonra ABŞ-yə bilik axını kütləvi xarakter alır. XX əsrin 80-ci illərində ABŞ-yə 1,5 mln. yüksək təhsilli əhali axın etmişdir. Mühəndis və kompüter, eləcə də digər sahələrin yüksək ixtisaslı mütəxəssisləri ölkə iqtisadiyyatının, səhiyyəsinin, ədəbiyyatının, həmçinin incəsənətinin inkişafını sürətləndirmişdir. XX əsrin 90-cı illərində ABŞ-yə gələnlər Latın Amerikası (Meksika, Mərkəzi Amerika, Karib hövzəsi, Cənubi Amerika), Asiya (Filippin, Vyetnam, Çin, Hindistan), Avropa regionlarındandır. Hal-hazırda Avropa regionundan gələnlər 16 %, Latın Amerikası 51 %, Asiya 27 %, digər ərazilər isə 6 % təşkil edir.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.