ABŞ-nin Panamaya müdaxiləsi

Just Cause əməliyyatı — 20 dekabr 1989-cu ildə ABŞ-nin Panamaya hücümu. İşğal ərzində Panamanın de-fakto lideri Manuel Noryeqa amerikalı hərbçilər tərəfindən əsir götürülərək ABŞ-yə aparılmış, onun yerinə Guilermo Endara Qalimani vəzifəyə təyin olunmuşdur. İşğaldan sonra Milli Müdafiə Qüvvələri (Fuerzas Armadas de Panama) dağıdılıb.

Just Cause əməliyyatı
ABŞ Rencerləri.
Yeri Panama
Nəticəsi ABŞ-nin qələbəsi
Münaqişə tərəfləri

ABŞ

Panama

Komandan(lar)

Maksvell Turman

Manuel Noryeqa

Tərəflərin qüvvəsi

26 000

12 000

İtkilər

24 ölü
325 yaralı

300-400 hərbçi və vətandaşlar.

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Əmaliyyatın gedişi

    15 dekabr 1989 ildə Manuel Noryeqa Panama parlamentində çıxış edərkən ABŞ-la müharibə şəraitində olduğunu bildirdi. 17–18 dekabr 1989-cu ildə Corc Herbert Uoker Buş Doğru İş (İngiliscə: Just Cause) Əməliyyatı keçirməyi qərara aldı. 20 dekabr gecə saat 2 də Əməliyyat başladı. Səhərə Panamada yerləşən iki hərbi baza ABŞ-nin əlinə keçdi. Hərbi bazalar müqaviməti dayandırsalarda Panama hələdə müqavimət göstərirdi. 25 dekabrın səhəri müqavimət dayandırıldı və "Just Cause" əməliyyatı uğurla başa çatdı. Rəsmi məlumata görə əməliyyat zamanı Panamanın 400 vətandaşı həlak olub.

    İtkilər

    ABŞ ordusunun itkiləri 23 ölü, 324 yaralı olaraq hesablanmışdır, Panama tərəfinin itkiləri barədə isə dəqiq məlumat yoxdur. Amerikan təxminlərinə görə Noryeqaya bağlı qüvvələr bu əməliyyatda 205 nəfər itki vermişdir. Rəsmi Pentaqon açıqlamasına görə əməliyyat ərzində 510 nəfər panamalı mülki vətəndaş həlak olub.

    Reaksiyalar

    ABŞ-nin Panamanı işğal etməsi Kolumbiya xaricində qalan bütün Latın Amerikası ölkələri tərəfindən qınandı. Bu əməliyyat SSRİ və Çin tərəfindən də qınandı.

    Mənbə

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.