ABŞ–Suriya münasibətləri

ABŞ—Suriya münasibətləriABŞSuriya arasında iki tərəfli diplomatik münasibətlər. 1944-cü ildə ölkələr arasında diplomatik əlaqələr qurulmuşdur. 2012-ci il ABŞ-nin Qlobal Liderlik Hesabatına görə, Suriyadakı Vətəndaş müharibəsi dövründə edilən bir sorğu nəticəsində suriyalıların 29% -i ABŞ liderliyini təsdiqləyir, 40% -i rədd edir və 31% -i qeyri-müəyyən münasibət bildirir[1].

ABŞ—Suriya münasibətləri
ABŞ və Suriya
 ABŞ  Suriya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

1967-ci ildə Suriya Ərəb-İsrail müharibəsindən sonra ABŞ ilə diplomatik əlaqələrini kəsir. Münasibətlər 1974-cü ildə bərpa edilir. 1979-cu ildə Suriya Amerikanın terrorizmə sponsorluq edən ölkələr siyahısına daxil edilir, eyni ildə ona qarşı iqtisadi sanksiyalar tətbiq edir.

1990-2001-ci illərdə ABŞ və Suriya bəzi regional mövzularda əməkdaşlıq edir, lakin 2003-cü ildə münasibətlər yenidən pisləşir. ABŞ hökumətini narahat edən Suriya məsələləri: Suriya hökumətinin İraqa gedərkən Suriyadan tranzit bazası kimi istifadə edən xarici döyüşçülərlə döyüşməkdən imtina etməsi; Suriyalıların Səddam Hüseynin keçmiş rejiminin tərəfdaşlarını ölkədən deportasiya etməkdən imtina etməsi; Suriyanın Livanın işlərinə müdaxiləsi; fələstinli xadimlərə dəstək; insan haqları ilə əlaqəli vəziyyət; kütləvi qırğın silahlarına sahib olmaq istəyi. 2009-cu ilin əvvəlində ABŞ Suriyadakı siyasətini ölkədəki və bölgədəki dəyişikliklər fonunda yenidən nəzərdən keçirməyə başlayır və bu da iki ölkənin yenidən regional məsələlərin həllində işbirliyinə başlamasına səbəb olur. 2011-ci ilin mart ayında Dəra şəhərində bir qrup suriyalı tələbə evlərin divarlarında siyasi yazılar yazdıqlarına görə həbs olunurlar. Bundan sonra şəhərdə etirazlar başlayır. Suriya hökuməti etirazçılara güc tətbiq edərək reaksiya göstərir və nəticədə ölkə daxilində üsyanlar başlayır. Bu da sonucda genişmiqyaslı vətəndaş müharibəsinə çevrilir. ABŞ hökuməti dəfələrlə prezident Bəşər Əsədi istefaya getməyə və keçid hökuməti qurma imkanı verməyə çağırir. ABŞ-nin Suriya rejiminə qarşı sərt sanksiyaları Avropa, Asiya və Ərəb dünyasındakı ölkələrlə koordinasiyalı şəkildə həyata keçirilir.

İkitərəfli iqtisadi münasibətlər

2004-cü ildə Suriya ABŞ tərəfindən iqtisadi sanksiyalara məruz qalır və Amerika məhsullarının əksəriyyətinin bu ölkəyə ixracı qadağan olunur. 2008-ci ilin avqust ayında Amerika şirkətlərinin artıq Suriya neftinin istehsalında iştirak edə bilməyəcəyi yeni sanksiyalar paketi tətbiq edilir. 2011-ci ilin aprelində ABŞ hökuməti, insan haqlarının pozulmasında və Əsəd rejiminə dəstək verən şəxslərə qarşı əlavə sanksiyalar tətbiq edir.

İstinadlar

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.