Aşurbəyovlar
Aşurbəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. Nəslin kökündə Avşar elindən olan Aşur xan Avşar dayanır.Aşurbəylilər nəslinin kökü qədim türk tayfalarından olan əfşarlara gedib çıxır.Nadir şah 1740-cı ildə Azərbaycana gələndə Bakıda və ətraf kəndlərdə özünə arxa yaratmaq üçün əfşar türk tayfalarından bir çoxunu indiki Subunçu,Zabrat və Keşlərin ərazilərində yerləşdirmişdi.Onun dövründə Aşur xan Təbriz şəhərinin hakimi və Azərbaycanın sərdarı olub.Aşurbəylilər nəsli öz soyadlarını Aşur xan Əfşarın adından götürmüşlərdir.
Aşurbəyovlar | |
---|---|
| |
Titul | Bəy |
Əcdadı | Aşur xan Papalı-Avşar |
Mənşəyi | Bakı |
Təbəəliyi |
Əfşarlar İmperiyası, Bakı xanlığı Rusiya imperiyası |
Vikianbarda əlaqəli mediafayllar |
Aşurbəylilərın tarixçəsi
Erkən tarixi
Nadir şah 1740-cı ildə Azərbaycana gələndə Bakıda və ətraf kəndlərdə özünə arxa yaratmaq üçün əfşar türk tayfalarından bir çoxunu Sabunçu, Zabrat və Keşlə kəndlərində yerləşdirmişdi. Məhz Nadir şahın dövründə Aşur xan Cənubi Azərbaycanın Təbriz şəhərinin hakimi və Azərbaycanın sərdarı olub. Aşur xanın beş oğlu olub – Hacı İmamverdi bəy, Allahverdi bəy, Abdullah bəy, Danyal bəy, Əliyar bəy.
Çar dövrü
Teymur bəy, Hacı Əjdər bəy, Bəşir bəy, İsa bəy, Nəsrulla bəy, Hacı Mehdiqulu bəy, Əliabbas bəy, Ağası bəy, Mehdixan bəy, Əziz bəy, Hacı Əhmədağa bəy, Hacı Nəcəfqulu bəy, Hacı Nəsir bəy, Aşurbəy, Zair bəy və Balacaxanım xanım həmin nəslin görkəmli nümayəndələridir. Onların bəziləri qardaş, bəziləri isə əmioğlu, bibioğlu və ya xalaoğlu olublar. 1828-ci ildə Rusiyanın Şimali Azərbaycanı işğal etməsindən sonra vəziyyət bir qədər dəyişir. Bəylərin və xanların hüquqları məhdudlaşdırılır. Lakin çar hakimiyyəti əhali arasında yaranan narazılığı gördükdə əhalinin ali təbəqəsi ilə bir qədər yumşaq davranmaq qərarına gəlir. Bu istiqamətdə atılan ilk və mühüm addım bəylərin iqtisadi və hüquqi vəziyyətinin tənzimlənməsi üçün müxtəlif komissiyalar yaradılması olur. Ali təbəqəyə mənsubluğun bilinməsi üçün bəylər özlərinə sonu "ov"la bitən "russayağı" soyadı qəbul etməli idilər. Həmin vaxtdan bəri bu nəslin nümayəndələri cəmiyyətdə Aşurbəyovlar soyadı ilə tanınırlar.
Sovet dövründə
1917-ci ildə və ondan sonrakı illərdə baş verən hadisələr Aşurbəyovlardan da yan keçmədi. Sovetləşmənin ilk günlərində Aşurbəyovlar öz evlərindən və sənaye müəssisələrindən məhrum olurlar. Bundan başqa, yeni hakimiyyət hər iki qardaşı(Əli bəy və Bala bəy) həbs edir. Yalnız Nəriman Nərimanovun köməyi ilə Bala bəy öz ailəsi ilə 1920-ci ildə Bakıdan İstanbula getməyə müvəffəq olur. Onun ailəsi İstanbulda 5 il yaşayır. Onun qızları Sara xanım, Sitarə, Məryəm fransız kollecində, oğlu Rəşad bəy isə Türkiyənin Qalatasaray kollecində təhsil almışdır.
Soyun tanınmış nümayəndələri
- İsa bəy Hacı Mehdiqulu bəy oğlu Aşurbəyov,(Aşurbəyli) — ictimai-siyasi xadim, publisist, pedaqoq, jurnalist, naşir, neft milyonçusu, xeyriyyəçi.
- Teymur bəy Qara bəy oğlu Aşurbəyov (Aşurbəyli) — XX əsrin əvvəllərində yaşamış Bakı milyonçusu.
- Bala bəy Aşurbəyov (Aşurbəyli)
- Əjdər bəy Qoca bəy oğlu Aşurbəyov (Aşurbəyli) — Azərbaycan xeyriyyəçisi, şəxsi vəsaiti hesabına Əjdərbəy məscidini tikdirib.
- Əli bəy Qoca bəy oğlu Aşurbəyov (Aşurbəyli) — Azərbaycan xeyriyyəçisi, şəxsi vəsaiti hesabına Cümə məscidini tikdirib.
- Nabat Qoca bəy qızı Aşurbəyova (Aşurbəyli) — Azərbaycan xeyriyyəçi-mesenat, şəxsi vəsaiti hesabına Təzəpir məscidini tikdirib.
- Sara Bala bəy qızı Aşurbəyli — Azərbaycanlı alim, tarixçi və şərqşünas, tarix elmləri doktoru (1966), əməkdar elm xadimi (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986).
- Bəşir bəy Aşurbəyli
Qalereya
- Teymur bəy və Tutu xanım Aşurbəyovlar
- Bala bəy və İsmət xanım Aşurbəyovlar
- Sara Aşurbəyova uşaqlıqda
- Orijinal mətn (az.)Bala bəy Aşurbəyovun evində yeni il şənliyi. Aşağı sırada soldan birinci Rəşad bəy, üçüncü – Sitarə xanım, dördüncü -Sara xanım, beşinci – Məryəm xanım
- Sara Aşurbəyli bacısı Sitarə ilə
- Sara Aşurbəyli bacıları ilə
- Sara Aşurbəyova yaxın qohumu ilə
- 1904 -cü il Aşurbəyovların malikanəsi
Mənbə
- Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, səh. 323–324
- R. Aşurlu, Aşur xanın nəsli, ATŞC xəbərləri,