Aşubican Qadınəfəndi

Aşubican Qadınəfəndi (Bolqarıstan10 iyun 1870, Konstantinopol, Osmanlı imperiyası) — 30-cu Osmanlı sultanı II Mahmudun xanımlarından biri.[1][2]

Aşubican Qadınəfəndi
Şəxsi məlumatlar
Doğum yeri
Vəfat tarixi 10 iyun 1870(1870-06-10)
Vəfat yeri
Dəfn yeri
Həyat yoldaşı
Uşaqları Aişə Sultan
Salehə Sultan
Şah Sultan

Həyatı

Həyatının ilk illəri haqqında yetərli məlumat olmasa da, Sultan Mahmudun taxta çıxdığı 1808-ci ildə beşinci qadınəfəndi olaraq hərəmə alındığı məlumdur. 5 iyul 1809-cu ildə ilk övladı Aişə Sultanı, 16 iyun 1811-ci ildə Salehə Sultanı, 22 may 1812-ci ildə isə Şah Sultanı dünyaya gətirdi. Hər üç qızının doğumu səbəbilə sarayda ziyafət verilmiş, Validə Nəqşidil Sultan tərəfindən hədiyyələr almışdır. Dövrün saray şairlərindən Əndərunlu Vasif ilk qızının doğumuyla bağlı aşağıdakı şeiri yazmışdır.

Şevk'ü Şadi ü meserretle dedim tarihini
Verdi Hak Ayşe Sultanı o şah-ı emcede (H. Cəmadiyələvvəl 1224)

Ancaq qızlarından Aişə Sultan 1810-cu ilin fevralında, Şah Sultan isə 1814-cü ilin sentyabrında hələ uşaq yaşlarında vəfat etdi. Qalan illərində geridə qalan qızı Salehə Sultanın təlim-tərbiyəsi ilə məşğul olan Aşubican Qadınəfəndinin hərəmdəki rütbəsi Sultan Mahmudun özündən öncəki xanımlarının vəfatı ilə yüksəldi və 1832-ci ildə Zərnigar Qadınəfəndinin vəfatıyla ikinci qadınəfəndi oldu. 24 may 1834-cü ildə qızı Salehə Sultanı dövrün kaptan-ı dəryalarından Xəlil Rüfət Paşayla evləndirən Aşubican Qadınəfəndi mərasimin ardından qızının Fındıqlıdakı sarayını tez-tez ziyarət etdi.

Həyat yoldaşı, qızı və özünün dəfn olunduğu Sultan Mahmud türbəsi, İstanbul

2 iyul 1839-cu ildə Sultan Mahmudun vəfatının ardından onun Bəzmialəm Sultandan doğulan oğlu Əbdülməcid taxta çıxarıldı. Mərhum sultanın baş qadınəfəndisi olan Bəzmialəm Sultan isə Validə Sultan elan edildi. Bu hadisənin ardından Topqapı sarayından ayrılan Aşubican Qadınəfəndi qış aylarını Çamlıcadakı köşkdə, yay aylarını isə Beşiktaşdakı sahilsarayında keçirməyə başladı. Çox keçmədən 19 fevral 1843-cü ildə yeganə qızı Salehə Sultan gənc yaşda vəfat etdi və Aşubican Qadınəfəndi qızından geridə qalan yeganə nəvəsi Aişə Sidiqə xanım Sultanı öz himayəsinə aldı. Ögey övladları olan Sultan ƏbdülməcidSultan Əbdüləziz tərəfindən tez-tez ziyarət edilən Aşubican Qadınəfəndi bu ziyarətlərin ardından saraya təşəkkür məktubları göndərirdi.

10 iyun 1870-ci ildə vəfat edən Aşubican Qadınəfəndinin cənazəsi Sultan Mahmud türbəsinə - mərhum həyat yoldaşı və qızının yanına dəfn olundu.

Övladları

Mənbə

  • Sakaoğlu, Necdet (2008). Bu Mülkün Kadın Sultanları: Vâlide Sultanlar, Hâtunlar, Hasekiler, Kandınefendiler, Sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-6-051-71079-2
  • Aynur, Hatice (1995). Saliha Sultan'ın düğününü anlatan surnâmeler, 1834: Kısım. İnceleme ve tenkitli metin. Harvard University

İstinadlar

  1. Uluçay, M. Çağatay (2011). Padişahların kadınları ve kızları. Ötüken. ISBN 978-9-754-37840-5
  2. Peirce, Leslie (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. Oxford University Press. p. 108. ISBN 0-19-508677-5
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.