Aşralar

AşralarAzərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd.[2]

Aşralar
40°44′18″ şm. e. 45°39′47″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 101 nəf. (2009)[1]
Aşralar xəritədə
Aşralar
Aşralar

Toponimikası

Tovuz rayonunun Alakol kənd inzibati ərazi dairəsində Aşırallar kəndi də mövcuddur. Hər iki kəndin əhalisi vaxtilə Xınna dərəsində məskən saldıqları üçün Xınnalı da adlanırdı. Onların qışlaq yeri aranda Alakol ərazisində, yaylaq yurdu isə Qəribli sahəsində olmuşdur. Sonralar həmin yaylaq və qışlaq yerləri əsasında aşıralların adını daşıyan iki müstəqil kənd yaranmışdır. Yerli əhali bu kəndləri Aran Aşıralları və Dağ Aşıralları da adlandırır. Aşrallar/Aşıralılar variantlarında da qeydə alınan bu oykonim ərəb mənşəli "aşura" sözü ilə əlaqələndirilir. Mütəxəssislərin bir qismi bu fikirdədir ki, oykonim aşur (məhərrəm ayının onuncu gunu), alı (Əli) sözlərindən və -lar şəkilçisindən ibarət olub, "məhərrəm ayının onuncu günü matəm saxlayan müsəlmanlar" deməkdir. Əslində, oykonim aşırallar nəslinin adındandır.[3]

Tarixi

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Kənd dağlıq ərazidə yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999[4] 120 59 61
2009[5] ↘101 ↘55 ↘46

Mədəniyyəti

Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Təhsil

Kənddə təhsil müəssisəsi mövcud deyil.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

Xarici keçidlər


Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.