Aşot Süni

Aşot Süni892909 – cu illərdə hakimiyyətdə olmuş Sünik knyazı.

Bioqrafiya

Sünik sülaləsindən olan Aşot Süni Vasak İşxanikin qardaşı və varisi olmuşdur.[1] Aşot 891-ci ildə Ermənistan hökmdarı I Smbatın tacqoymasında iştirak etmişdir.[2] 895906 – cı illərdə o, II Qriqor Supan və şahzadə Cagikin köməkliyi ilə Tatev monastırını inşa etdirmişdir.[3] Onun dörd oğlu olmuşdur[1] – Smbat, Saak, Vasak və Babgen.[4] Təxminən 909 – cu ildə[5] taxtda onu oğlu Smbat Süni[4] əvəz etmişdir. Daha sonra isə nəvəsi I Smbat Süni (Saakın oğlu) hakimiyyətə gəlmişdir. Aşot Süni Tatev monastırında dəfn edilmişdir.[4]. Erməni tarixçisi Hovanes Drasxanakertçi onun haqqında yazır:

“...İncə qəlbli və xalqın sevimlisi, bütün ömrü boyu Tanrıya yaxın olan xeyirxahlıq yolunu tutmuş Sisakan işxanı Vasakın ölməsi və əcdadlarının yanında dəfn edilməsindən sonra taxta onun qardaşı, onun kimi xalqı sevən, dindar və qəlbində Tanrı qorxusunu yaşadan Aşot gəldi və hər şey atasının hakimiyyəti dövründə olduğu kimi çox yaxşı oldu.”[6]

Aşot Süni 909 - cu ildə vəfat etmişdir. Moisey Kalankatlı bu haqda yazır:

"Sonra erməni katolikosu Qeorq və Sünik knyazı Aşot öldülər və onlar üçün ağıçə qadınlar bu sözləri deyirdilər: “Qoy insanlar nə qədər dünyada var, belə il heç vaxt yer üzünə gəlməsin!” Bütün bunlar erməni təqviminin üç yüz qırx altıncı ilində olub. Lakin bu, ermənilərin qismətinə düşən bəla və əzabların başlanğıcı idi, çünki bir azdan sonra Allah tərəfindən ermənilərin alnına yazılmış bütün bəlalar çar Smbata nəsib oldu Allah – təalanın qüvvəsi onu tərk etdi, özünün və ermənilərin həlak yolu ilə gedib vəhşiyəbənzər insan yox, it xasiyyətli bir ərəb knyazının yanına öz könlü ilə gəldi və o da Smbatı tutub çarmıxa çəkdirdi." [7]

İstinadlar

  1. A. E. Redgate. The Armenians Arxivləşdirilib 2021-01-18 at the Wayback Machine. — Wiley-Blackwell, 2000. — С. 208.::
    Vayotsc-dzor and other lands passed from Vasak Ishkhanik to his brother Ashot and then to Vasak’s son as co-heir with Ashot’s four sons
  2. Stepannos Orbeli. Sisakan tarixi. — İrəvan, 1986. — səh. 475, 177
  3. Nicholas Holding, Deirdre Holding. Armenia with Nagorno Karabagh Arxivləşdirilib 2014-03-05 at the Wayback Machine. — 3-е изд. — Bradt Travel Guides, 2011. — Т. 3. — С. 256:
    On the north facade are also representations of the founders of the church – Prince Ashot, his wife Shushan, Grigor Supan, the ruler of Gegharkunik, and Prince Dzagik.
  4. Stepannos Orbeli. Sisakan tarixi. - İrəvan, 1986 -səh 183
  5. Bax qeyd. 129 Arxivləşdirilib 2011-12-06 at the Wayback Machine
  6. Hovannes Drasxanakertçi. fəs. XXIX // Ermənistan tarixi Arxivləşdirilib 2009-09-08 at the Wayback Machine. — İrəvan, 1986.
  7. "Moisey Kalankatlı, III, XXII". 2013-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-16.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.