Aşnak
Aşnak, Əşnək[2] — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd.[3]
Kənd | |
Aşnak | |
---|---|
40°19′39″ şm. e. 43°55′00″ ş. u. | |
Ölkə | Ermənistan |
Region | Talin mahalı |
Rayon | Talin rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.420 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Digər | |
archive.is/2015060303412… | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Rayon mərkəzindən 12 km cənubda, Alagöz dağının cənub-qərbində, İrəvan-Talin avtomobil yolunun sol tərəfində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[4], Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edilmişdir. Kəndin adı həm də Eşnək formasında göstərilir[5][6][7].
Kəndin adı ilk dəfə V əsrdə xatırlanır. Burada IV-V əsrlərə aid alban kilsəsinin qalıqları, IX-X əsrlərdə tikilən qalanın xarabalıqları indi də durur. Qədim Aşnak kəndi indiki Aşnak kəndindən 5 km qərbdə yerləşmişdir[7].
Toponim aşina //aşna türk etnoniminə[8][9] cəmlik bildirən -k şəkilçisinin artırılması yolu ilə düzəlib «aşina tayfasının yaşadığı kənd» mənasını ifadə edir.
Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Əhalisi
Kənddə 1831-ci ildə 62 nəfər, 1873 - cü ildə 363 nəfər, 1886-cı ildə 469 nəfər, 1897-ci ildə 744 nəfər, 1904 - cü ildə 477 nəfər, 1914 - cü ildə 507 nəfər, 1916-cı ildə 806 nəfər yalnız azərbaycanlı yaşamışdır[10].
Kənd 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla tarixi torpaqlarından deportasiya olunmuşdur. Bura 1914-20-cı illərdə Türkiyənin Sasun vilayətindəki Pirşen, Mşkeğ, Salvorik, Mkdenk, Crdnik, Kaşrenk, Cam, Nadopa, Blrenk, Talhor, Qomk, Xablzoq, Xarver, Qoşa, Tği, Areqdem kəndlərindən köçürülən ermənilər yerləşdirilir[7].
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edən azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. 1922-ci ildə kənddə ermənilərlə yanaşı 22 nəfər azərbaycanlı yaşamışdır [11]. Onlar 1924-25-cı illərdə sıxışdırılaraq kənddən qovulmuşdur.
Lakin tarixi faktlar erməni mənbələrində saxtalaşdırılaraq təhrif edilir. «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə göstərilir ki, Aşnak kəndində 1831-ci ildə 62, 1873 - cü ildə 363 nəfər erməni yaşamışdır[7].
Halbuki bu illərdə kənddə ermənilər yox, təkcə azərbaycanlılar yaşamışdılar[12].
İndi ermənilər yaşayır.
İstinadlar
- Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- Nazir Əhmədli. "İrəvan əyalətinin kameral təsviri (1831-ci il). V cild. Bakı, "SkyE", 2022. səh.249."
- İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
- İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.85
- Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.303
- erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.34
- Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.294
- Qumilyev L.N. Qədim türklər (tərcümə edənlər: V.Quliyev, V.Həbiboğlu), Bakı, «Gənclik», 1993. s.30
- Əбдирахианов A. Kaзaкcтaн этнотопонимикасы (зерттелу тарихынан), Aлматы, «Fылым», 1979. s. 16-20
- erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.34-35, 116-117
- erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.117
- erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.116