Aşantihene
Aşantihene — Aşanti imperiyasının, Aşantiland mədəni bölgəsinin və aşantilərin mütləq monarxı. Aşanti xanədanları olan Abohyen və Beretuo sülalələrinə qədər gedib çıxır. Osey Tutu Opemsu (I Osey Kofi Tutu) 1701-ci ildə Aşanti imperiyasını qurmuş və Aşantihene tacını almışdır.[1] Osey Tutu 1717-ci ildə döyüşdə ölənə qədər Aşanti taxtını saxlamış, Aşanti monarxiyasının tarixində altıncı kral olmuşdur.[2]
Aşanti imperiyası 1902-ci ildə Britaniyanın protektoratına çevrilmiş və aşantihene institutu ləğv edilmişdir. 1926-cı ildə ingilislər 1896-cı ildə Seyşel adalarına sürgün edilmiş I Prempeyə sürgündən qayıtmağa icazə vermişdilər.[3][4] Ona aşantihene yox, kumasehene titulunu almağa icazə verilmişdir. Bununla belə, 1935-ci ildə ingilislər Aşanti imperiyasının müstəqilliyini qismən dirçəltməyə cəhd göstərmiş və aşantihene titulu yenidən istifadə olunmağa başlamışdır.[5]
Aşantihenenin iqamətgahı Kumasidə yerləşən Manhiya Sarayıdır.
Mənbə
İstinadlar
- Shillington, History of Africa, p. 195.
- Collins and Burns (2007), p. 140.
- «The Exile of Prempeh in the Seychelles» Arxivləşdirilib 23 yanvar 2015 at the Wayback Machine. Kreol International Magazine. 2012. Retrieved 10 March 2013.
- "Asantehene to visit Seychelles" Arxivləşdirilib 2018-10-31 at the Wayback Machine, Modern Ghana, 5 July 2007. Retrieved 9 March 2013.
- Ashanti.com.au Arxivləşdirilib 13 aprel 2012 at the Wayback Machine. Retrieved 9 March 2013.
Ədəbiyyat
- Kevin Shillington, 1995 (1989), History of Africa, New York: St. Martin’s Press.
Əlavə ədəbiyyat
- Robert B. Edgerton, 1995, The Fall of the Asante Empire. The Hundred-Year War for Africa’s Gold Coast. New York: The Free Press. ISBN 0-02-908926-3
- Alan Lloyd, 1964, The Drums of Kumasi, London: Panther.
- Ernest E. Obeng, 1986, Ancient Ashanti Chieftaincy, Ghana Publishing Corporation. ISBN 9964-1-0329-8
Xarici keçidlər
- BBC News | Africa | Opoku Ware II | Rites for Ashanti king
- Ashanti Kingdom at the Wonders of the African World, at PBS
- Kingdom of Ashanti Kings And Queens Of Asante. Retrieved 8 November 2012.