Aşanti ənənəvi tikililəri
Aşanti ənənəvi tikililəri — Aşanti imperiyası dövründə Qana ərazisində inşa edilən 10 ənənəvi bina və Ümumdünya irsi ərazisi.
Aşanti ənənəvi tikililəri | |
Asante Traditional Buildings [* 1] | |
| |
Ölkə | Qana |
---|---|
Tip | Mədəni |
Kriteriya | (v) |
Keçid | 35 |
Region | Afrika [* 2] |
Daxil edilməsi | 1980 (4-cü sessiya) |
|
|
Aşanti Krallığı 18-ci əsrdə qızıl dövrünə sahib olmuş, 1806-cı ildən 1901-ci ilə qədər ərazinin İngilis işğalı zamanı geriləmiş və dövrün əksər Aşanti tikililəri məhv edilmişdir. Digər binalar arasında Kral məqbərəsi də 1895-ci ildə Britaniya ordusunun zabiti Robert Baden-Pauel tərəfindən dağıdıldı.
Binalar "insanlar və tanrıların evi" kimi təsvir edilmişdir və Aşanti xalqının tarixi və mədəniyyətinin son qalıqlarıdır. Evlər gil, saman və ağacdan tikilib və təbii təsirlərə qarşı həssasdır. Buna görə binaların qorunmasına ehtiyac var.
Mənbə
- Michael Swithenbank. Ahanti fetish houses. Accra Ghana Univ Press, 1969
- About Ghana: World Heritage Sites
- conservation practice in Ghana, a case study: the fetish house at Asawasi (Ashanti)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.