Aşağı Xac

Aşağı XacAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd inzibati ərazi vahidində kənd.

Aşağı Xac
Ölkə

Aşağı Xac kəndi Tərtər çayının sahilində, dağətəyi ərazidədir. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi movqeyi ilə bağlıdır. İkinci komponent isə abidələrin dilində "xristianlığın rəmzi işarəsi"; "kilsə bayrağı"; "kilsə" mənalarında işlənmişdir. Ərazidəki Sınıqkilsə yer adı bu sözün məhz "kilsə" mənasını qəbul etməyə əsas verir.[1]

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.

İstinadlar

  1. Aşağı Xac // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.