Aşağı Tunqus
Aşağı Tunqus — Sibirdə yerləşən çay Rusiyanın İrkutsk vilayəti və Krasnoyarsk diyarı ərazisindən axaraq Yenisey çayına tökülür. Çay Orta Sibir yaylasından və Putorana platosunun cənubundan axaraq Yeniseyin sağından çaya tökülür. Çay Tura qəsəbəsinə qədər gəmiçilik üçün yararlıdır.
Aşağı Tunqus çayı | |
---|---|
Ölkə | Rusiya |
Mənbəyi | Orta Sibir yaylası |
Mənsəbi | Yenisey çayı |
Uzunluğu | 2989km |
Su sərfi | 3.680 m³/s |
Hövzəsinin sahəsi | 473000 km² |
|
|
DSR | 17010700112116100061570 |
Vikianbarda əlaqəli mediafayllar |
Qısa məlumat
Yeniseyin sağ qolunu təşkil edən Aşağı Tunqus Turuxansk şəhəri yaxınlığında çaya tökülür. Buzlanması oktyabrdan maya qədər davam edir. Çay yuxarı axarda may-iyun, aşağı axarlarda may-iyul aylarında gursululuq müşahidə edilir.
Yuxarı axarlarda çay yayladan, aşağı axarlarda isə düzənliklərdən axır[1]
Yuxarı axar
Yuxarı axarlarda çay 580 km məsafədə enli dərədən axır. Dərə əsasən gilli-qumlu suxurlardan təşkil olunmuşdur. Bu hissədə Aşağı Tunqus çayı Lena çayının ysxınlığından axır. Kirensk şəhəri yaxınlığında məsafə hətta 15–20 km-ə qədər azalır. Çayın bu hissədə sürəti 0,4–0,6 m/s təşkil edir.
Aşağı axar
Aşağı axarlarda Aşağı Tunqus çayı dərin ensiz, bəzənsə sıldırımlı sahili olan ərazilərdən axır. Bəzi hissələrdə çayın yatağı genişlənərək gölə bənzər su sahələri yaradır. Bu sahələrin eni bəzən 20 km çatır. Çayın sərt qayalıqlar arasından axan hissəsində sürət 3–5 m/s təşkil edir. Burada dərinlik 60–100 metr arasında yerləşir. Bu hissələrdə bəzən çayın ortasında diametri 0,5–1,5 metr olan astanalara rast gəlinir. Bəzən çay bərk suxurlara rast gəldikdə onu dolanaraq keçməli olur. Bu hissədə çayın sürəti 1–1,5 m/s təşkil edir.
Aşağı Tunqus çayı boyunca çoxlu sayda şəlalələr vardır. Suların hündürlükdən axdığı ərazilərdə dərinlik bəzən 100 metr təşkil edir[2] Astanalar və şəlalələr xüsusi ilə gursululuq dövründə dedikcə təhlükəli olur.
Çayın hidrologiyası
Çay illik axın sürtinə görə Rusiyanın çayları arasında onbirinci yeri tutur. İllik su sərfiyyartı 3680 m³/s təşkil edir. Minimal su sərfiyatı 1967-ci ildə 2861 m³/s, maksimal isə 1974-cü ildə — 4690 m³/s olmuşdur. Çayın qidalanması qar və yay yağışları hesabına ödənilir. Qrunt suları demək olar ki yoxdur. Səbəb isə çayın çox illik qrunt buzlaqları ərazisindən axmasıdır[3]. 52 il aparılan müşahidələr nəticəsində diaqramma aşağıdakı kimi olmuşdur:
Çay axınının 73% yay-payız aylarının payına düşür. Çayın suyunun ampiletud fərqinə görə xüsusi ilə seçilir. Daşqınlar zamanı suyun səviyəsi 30–35 m qalxır[4]
Qolları
Qolları: (sağdan): Eyka, Koçeçum, Yambukan, Vivi, Tutonçana, Eraçimo, Severnaya, (soldan) Nepa, Bolşaya, Erema, Teteya, İlimpeya, Nidım, Taymura, Uçami. Aşağı Tunqusun ən böyük qolu Koçeçun çayıdır. İllik sərfiyyatı 600 m³/s, hövzəsinin sahəsi isə 100 min km² təşkil edir[5]
Gəmiçilik
Çay gəmiçilik üçün müəyyən hissələrdə təhlükələrlə zəngindir. Burada çoxlu sayda astana və şəlalələrin ölmaşı naviqasiyaya çətinliklər törədir. Naviqasiya əsasən avqust-sentyabr ayları mümkün olur[6]. Xüsusi ilə dar astanalardan Oron seçilir. Oron 128–130 km mənsəbdən yuxarıda yerləşir. İlk dəfə 1927-ci ildə paraxod vastəsilə ilə keçilmişdir.
1911-ci ildə Aşağı Tunqus və Lena çayını Kirensk rayonu ərazisində birləşdirmək planlaşdırılırdı[7][8]. Bununla belə XX əsrin əvvəllərində tikintinin çətinliyindən və çoxlu maliyə tələb etdiyindən layihə icra olunmamış qalır.
Maraqlı faktlar
İstinadlar
- [ http://www.abratsev.narod.ru/biblio/sokolov/p1ch23b.html Arxivləşdirilib 2014-02-23 at the Wayback Machine Aşağı Tunqus çayı]
- Примечательные места Нижней Тунгуски, Осиктакан (звездочка). Эвенкия]
- Nizhnyaya Tunguska at Fakt`Bolshoy Porog Arxivləşdirilib 2016-03-24 at the Wayback Machine, UNESCO: Water resources
- ОВОС Эвенкийского гидроузла на реке Нижняя Тунгуска Arxivləşdirilib 2012-04-15 at the Wayback Machine, ОАО "Ленгидропроект"
- "Putorana Platosu". 2012-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-09.
- Нижняя Тунгуска — судоходство и грузоперевозки Arxivləşdirilib 2016-11-20 at the Wayback Machine, Енисейское пароходство
- Lena at Zmeinovo Arxivləşdirilib 2009-11-25 at the Wayback Machine, UNESCO: Water resources
- Nizhnyaya Tunguska at Podvoloshino Arxivləşdirilib 2016-01-16 at the Wayback Machine, UNESCO: Water resources
- Нижняя Тунгуска Arxivləşdirilib 2019-12-16 at the Wayback Machine Путешествия по Красноярскому краю
- "В неизведанные края. Путешествия на Север 1917–1930 гг" Arxivləşdirilib 2019-03-13 at the Wayback Machine, Владимир Афанасьевич Обручев