Aşağı Seyidlər

Aşağı Seyidlər (əvvəlki adı: Seyidlər) — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Zərdab rayonunun Şahhüseynli kənd inzibati-ərazi vahidinin tərkibindəki Seyidlər kəndi Aşağı Seyidlər kəndi adlandırılmışdır.[1] Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Zərdab rayonunun Şahhüseynli kənd inzibati ərazi vahidinin Aşağı Seyidlər kəndi Şəftəhal kənd inzibati ərazi vahidinin tabeliyinə verilmişdir.[2]

Aşağı Seyidlər
40°07′20″ şm. e. 47°50′54″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 748 nəf.
Aşağı Seyidlər xəritədə
Aşağı Seyidlər
Aşağı Seyidlər

Toponimikası

Kəndin adı ərəb sözü "seyyid" sözündən olub, "ağa, cənab, tayfa başçısı" mənasını verir. "Seyid" mənşəcə Məhəmməd peyğəmbərin nəslindən (Qureyş tayfasından) olanların fəxri titulu olmuş, Ərəbistanda qəbilə və tayfa başçıları nümayəndələrinə deyilmişdir. Seyid komponentli kəndlər də seyidlərlə bağlıdır. Seyidlər adını Azərbaycan tayfalarından biri olan, şahsevən tayfa qrupuna daxil olan Seyidlilərlə də bağlayırlar. Seyidlilər Cənubi Azərbaycanın Meşkin və Muğan ərazilərində yaşamaqla, maldarlıq və əkinçiliklə məşğuldurlar. Azərbaycanda olan Seyidlər və Seyidli kəndləri adlarının Seyidlilərlə bağlı olduğu ehtimal da var. Yerli məlumatlara əsasən, seyidlilər əvvəlcə buraya Kürün qarşı sahilindən — İmişlinin Məmmədli kəndindən ayrılıb gəlmişlər. Sonradan onlardan bəziləri çay yuxarı, vadidən aralı eyni adlı təzə kənd (Yuxarı Seyidlər) yaratmışlar.

Coğrafiyası və iqlimi

Kənd rayon mərkəzindən 22 kilometr cənub-şərqdə, Kür sahilində yerləşir.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.