Aşağı Qarxun (Yevlax)
Aşağı Qarxun — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Aşağı Qarxun | |
---|---|
40°35′09″ şm. e. 47°12′48″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Yevlax rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 12 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
|
Tarixi
Aşağı Qarxun Yevlax rayonunun Yuxarı Qarxun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Kəndi XIX əsrdə İrəvan quberniyasındakı Qarxun kəndindən köçüb gəlmiş ailələr salmışlar. Yaşayış məntəqəsi Qarxun Korpukənd və ya Qıraqlı Qarxun da adlanır. Bu da onun Körpükəndin yaxınlığında və Kür çayı sahilində olması ilə əlaqədardır. XIX əsrin sonlarında kənd böyüyərək Aşağı və Yuxarı Qarxun kəndlərinə bölünmüşdür. Ermənistanın Eçmiədzin rayonundakı Araks kəndinin adı da 1946-cı ilədək Aşağı Qarxun adlanmışdır.[1].
İstinadlar
- "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.