Aşağı Qarxun (Üçkilsə)
Aşağı Qarxun - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd, türk mənşəli toponim. Başqa adı Şərifabaddır.
kənd | |
Aşağı Qarxun (Üçkilsə) | |
---|---|
40°20′07″ şm. e. 44°10′06″ ş. u. | |
Ölkə | |
Rayon | Eçmiədzin rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 825 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
|
Haqqında
Aşağı Qarxun - Eçmiadzin rayonunda kənd adı. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1928-ci ildən sonra qovulmuş ailələrin az hissəsi geri qayıtmış və ermənilərlə qarışıq yaşamışdır. 1949-cu ildə onlar Azərbaycana köçürülmüşlər. Aşağı Qarxun adı XIX əsrin sonlarında Yuxarı Qarxun adlanan kənddən çıxmış bir qrup ailənin ayrı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Digər adı Şəfiabaddır. XIII əsrdə monqolların tərkibində gəlmiş türk mənşəli Karkın tayfasının adını əks etdirir.[2]
İstinadlar
- Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- B.Budaqov Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti I cild
Mənbə
- İbrahim Bayramov. Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Bakı,2002
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.