Aşağı Qarakoymaz

Aşağı Qarakoymazİrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd.[2]

Kənd
Aşağı Qarakoymaz
40°21′43″ şm. e. 43°58′58″ ş. u.
Ölkə  Ermənistan
Region Talin mahalı
Rayon Talin rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.800 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 904 nəf. (2011)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 0513
Aşağı Qarakoymaz xəritədə
Aşağı Qarakoymaz
Aşağı Qarakoymaz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Rayon mərkəzindən 9 km cənub-şərqdə, Alagöz dağının qərb tərəfində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Qarakovmaz formasında[3] qeyd edilmişdir.

Toponim türk dilində «böyük», «təpə», «dağın zirvəsi»,«zirvə» mə'nasında işlənən qara sözündən[4] və türkdilində kənd mə'nasında işlənən köy sözünün forması olan koy sözü ilə[5] «dağın cənub yamacı», «yüksəkliyin meşəsiz tərəfi», «dağın gün düşən tərəfi» mənasında işlənən mes[6] sözünün[7] birləşməsindən əmələ gəlmişdir. «Böyük dağın, təpənin gün düşən, cənub tərəfində olank ənd» mə'nasını ifadə edir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Nerkin Sasunaşen qoyulmuşdur.

Əhalisi

Kənddə 1831-ci ildə 49 nəfər, 1873 - cü ildə 265 nəfər, 1886-cı ildə 356 nəfər, 1897-ci ildə 233 nəfər, 1904 - cü ildə 394 nəfər, 1914 - cü ildə 418 nəfər, 1916-cı ildə 322 nəfər yalnız azərbaycanlı yaşamışdır[8].

1918-ci ildə kənd erməni təcavüzünə mə'ruz qalaraq sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1915-18-cı illərdə Türkiyənin Sasun, Taron və Muş vilayətlərindən köçürülən ermənilər və kürdlər burada yerləşdirilmişdir[9][10]. İndi ermənilər yaşayır.

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.117
  4. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.256
  5. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.282
  6. maz - İbrahim Bayramovun fikrincə
  7. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.369
  8. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.34-35, 118-119
  9. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.34
  10. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. s.112)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.