Aşağı Qaraçanlı
Aşağı Qaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qaraçanlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Aşağı Qaraşanlı | |
---|---|
40°02′11″ şm. e. 46°03′21″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Tarixi
Aşağı Qaraçanlı Kəlbəcər rayonunun Orta Qaraçanlı inzibati ərazi vahidində kənd. Uluxan çayının (Tərtər çayının qolu) sahilində, dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Zəngəzur qəzasının Qaraçanlı kəndindən (indiki Laçın rayonu ərazisindədir) gəlmiş iki qardaş – Uluxan və Əhmədxan salmışlar. Ona görə də kəndə el arasında Uluxan Qaraçanlı və ya Fərzalıuşağı deyirlər. Əhmədxanın oğlanlarından Fərzalı kəndin Aşağı hissəsində məskunlaşdığı üçün bura Aşağı Qaraçanlı, digər oğlu Məmmədxan kəndin orta hissəsində məskunlaşdığı üçün bura Orta Qaraçanlı, Uluxanın əmisi oğlu Bayram (Balo) isə kəndin yuxarı hissəsində məskunlaşdığı üçün həmin yer Baş Qaraçanlı adlandırılmışdır (bu kənd Balouşağı da adlanır)[2].
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı: "Şərq-Qərb", 2007.