Aşağı Qanlıca
Aşağı Qanlıca — İrəvan quberniyasının Aleksandropol qəzasındı, indi Düzkənd (Axuryan) rayonunda kənd.[2]
Kənd | |
Aşağı Qanlıca | |
---|---|
40°51′ şm. e. 43°45′ ş. u. | |
Ölkə | Ermənistan |
Region | Şörəyel mahalı |
Rayon | Düzkənd rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.650 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Rayon mərkəzindən 17 km məsafədə, Gümrü-Amasiya yolunun 12 kilometrliyində yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Vahramabad qoyulmuşdur.[3][4][5]
Toponimi
Toponim türk mənşəli qanlı etnoniminə[6] -ca şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki "aşağı" sözü fərqləndirici əlamət bildirir.Qədim türk mənşəli Qanlı (əsli Kanqlı) tayfasının adındandır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Əhalisi
1878-ci ildə əhalisi qovulduqdan sonra kənddə ermənilər yerləşdirilmişdir. Ermənilər buraya 1828–29-cu illərdə Türkiyədən köçürülmüşdür.
İstinadlar
- Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- . Bayramov A.Ə. Qədim Oğuz еllərinin-Ağbaba, Şərəyəl və Pəmbək bölgələrinin yеr-yurd adları Bakı, 1996.
- Хан-Агов А.Е. Экономический быт государственных крестьян в Ечмиадзинском и сурмалинском уездах Ереванской губернии. "Материалы для изучения экономического быта государственных крестьян Закавказского края", "Тифлис, 1886.
- Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Ашағы Ганлыҹа // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
- Əбдирахианов A. Kaзaкcтaн этнотопонимикасы (зерттелу тарихынан), Aлматы, "Fылым", 1979. s.42–53