Aşağı Nüvədi

Aşağı NüvədiAzərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə.

Aşağı Nüvədi
38°43′10″ şm. e. 48°51′50″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Lənkəran rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü −15 m
Saat qurşağı
Əhalisi
Əhalisi 3 100 (2013) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ4211[1]
Aşağı Nüvədi xəritədə
Aşağı Nüvədi
Aşağı Nüvədi

25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kənarmeşə, Seyidəkəran və Şilim kəndləri Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kənarmeşə kəndi olmaqla Kənarmeşə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[2]

Etimologiyası

"Nüvədi" tattalış dillərində "Yeni kənd", "Təzə kənd" mənasında işlənmişdir. Oykonimin birinci komponenti isə kəndin yerləşdiyi coğrafi mövqeyi göstərir.[3]

Coğrafiyası

Rayon mərkəzindən 6 kilometr cənubda , Astaraya uzanan magistral yolunun solunda, Bakı—Astara dəmiryolu kənarında, Lənkəran ovalığında yerləşir. Şərqdən Xəzər dənizi, cənubdan Kənarmeşə, Şilim, Seydəkəran, qərbdən Viyən, Gərmətük, şimaldan VelədiSütəmurdov kəndləri ilə əhatə olunmuşdur. Ərazisi 303 hektardır. 203 hektarı əkin yeri, 88 hektarı həyətyanı sahə, 9 hektarı örüş, 3 hektarı meşə zolağıdır.[mənbə göstərin]

Tarixi

Qəsəbə XDS İcraiyyə Komitəsi 1960-cı ilin mart ayında təşkil olunmuşdur. 1971-ci ildə şəhər tipli qəsəbə statusu verilib. 1992-ci ilin fevral ayında şəhər icra hakimiyyyəti başçısının qəsəbə üzrə icra nümayəndəliyi yaradılmışdır. Rza Rzayev (1992-2006), Rasim Yalizadə, Rəşadət Mirzəyev, Bünyad Şahbazov ərazi icra nümayəndəsi işləmişlər.[mənbə göstərin]

Əhalisi

Əhalisi 3171 nəfərdir, 1618 nəfəri qadındır, 54 nəfəri "Qəhrəman ana"dır. 686 ailə təsərrüfatı vardır (2017).[mənbə göstərin]

İqtisadiyyatı

Tərəvəzçilik kənddəki təsərrüfatın əsas iqtisadiyyatını təşkil yedir. Baloğlan Abbasovun adını daşıyan təsərrüfat respublikada iri tərəvəzçilik sovxozlarından olmuş, dörd dəfə ümumittifaq yarışının qalibi çıxmış, Sovetlər dövrü üçün yüksək mükafat hesab yedilən Qırmızı bayrağa layiq görülmüşdür. Hektarlardakı məhsuldarlığa görə ən yüksək göstəricini Lənkəranda Baloğlan Abbasov adına sovxozda əldə edilmişdir (1 hektardan 600 sentner). 1970-1985-ci illərdə yüksək göstəricilərə görə 2 nəfər Sosialist əməyi Qəhrəmanı, 1 nəfər Azərbaycan SSR-ın tərəvəz ustası adına, 1 nəfər Dövlət mükafatına layiq görülmüş, 14 nəfər Lenin ordeni, 25 nəfər "Oktyabr inqilabı" ordeni, 29 nəfər müxtəlif dərəcəli "Şöhrət" ordeni, 23 nəfər Qırmızı əmək Bayrağı ordeni, 30 nəfər "Şərəf nişanı" ordeni, 150 nəfər "əmək igidliyinə görə" və "əməkdə fərqlənməyə görə" medalı ilə təltif yedilmişdir. 1992-ci ildə sovxoz ləğv yedilmiş, torpaq islahatına uyğun olaraq aqrar islahat komissiyası yaradılmış, sahələr əhali arasında paylanmışdır.[4]

Turizm

Kənd ərazisində "Palıdlı Sahil" turizm istirahət mərkəzi[5] yerləşir.

Təhsil

Aşağı Nüvədi məktəbi 1919-cu ildə Davud Sədyarovun mülkündə fəaliyyətə başlamışdır. İlk müdiri Fərəculla Daşdəmirovdur (1919-1924). 1919-1938-ci illərdə ibtidai, 1938-1964-cü illərdə yeddiillik, 1964-1968-ci illərdə əsas məktəb kimi fəaliyyət göstərmiş, 1968-ci ildə tam orta məktəbə çevrilmişdir. İndiki binası 1975-ci ildə istifadəyə verilib. 2017-ci il məlumatına əsasən məktəbdə 571 şagird təhsil alır, 91 müəllim dərs deyir.[mənbə göstərin]

İstinadlar

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. "Lənkəran rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 25 oktyabr 2011-ci il tarixli Qanunu" (az.). az.president.az. 23 dekabr 2011, 20:40. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-05.
  3. Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh. 58.
  4. "Lənkəran Ensiklopediyası: Məlumat" (PDF). 2019-04-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-04-07.
  5. Palıdlı Sahil (Turkom MMC) harada.az saytında Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine  (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.