Aşağı Kürdmahmudlu
Aşağı Kürdmahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd.
Aşağı Kürdmahmudlu | |
---|---|
39°35′22″ şm. e. 47°28′32″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1932[1] |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Aşağı Kürdmahmudlu kəndi Füzuli rayonundan təxminən 25 km cənub-şərqdə, Köndələnçay ətrafında yerləşir. Kəndin əsası XVIII əsrdə qoyulmuşdur. Kəngərli elinin qoludur. Əhalisi 1500 nəfərə yaxındır.
Toponimikası
Aşağı Kürdmahmudlu Füzuli rayonunun Kürdmahmudlu inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi mövqeyi, ikinci komponenti isə maldar kürdmahmudlu tayfasının adı ilə bağlıdır.[2]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1191 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
2013-cü il yanvarın 31-də Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndinə ilk dəfə olaraq təbii qaz verilib. 235 abonenti olan Aşağı Kürdmahmudlu kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 11094 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 235 sayğac və fərdi tənzimləyici quraşdırılıb.[4]
Həmçinin bax
İstinadlar
- http://www.azerpost.az/?options=content&id=188.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- "Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndinə ilk dəfə qaz verilib". 2013-02-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-04.