Aşağı Bucaq

Aşağı BucaqAzərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.

Aşağı Bucaq
40°42′51″ şm. e. 47°12′05″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Yevlax rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 30 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.391 nəf.
Aşağı Bucaq xəritədə
Aşağı Bucaq
Aşağı Bucaq

Tarixi

Aşağı Bucaq Yevlax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Əlican çayının sahilindədir. Yerli əhalinin verdiyi məlumata görə, kənd Əlican çayının Bozdağ silsiləsi ilə bucaq əmələ gətirdiyi ərazidə yerləşdiyi üçün belə adlanır. Birinci komponent isə eyniadlı iki yaşayış məntəqəsini fərqləndirməyə xidmət edir. Bucaq, eyni zamanda monqolların (tatarların) noğay qəbiləsinə mənsub nəslin adıdır. Bölgədə bu nəslin adı və bağlı başqa obyekt adları da vardır: Bucaq (Mingəçevir), Qarabucaq (Kürdəmir).[1].

Coğrafiyası və iqlimi

Rayon mərkəzindən 18 km şimal şərqdə Yevlax—Şəki şose yolu kənarında, Əlican çayının sahilindədir.

İstinadlar

  1. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.