Aşağı Bavariya hersoqluğu

Aşağı Bavariya hersoqluğu (alm. Teilherzogtum Niederbayern) 1255–1340-cı illərdə Müqəddəs Roma imperiyasında mövcud olmuş, Vittelsbax sülaləsi tərəfindən idarə edilən hersoqluq.

Tarixi dövlət
Aşağı Bavariya hersoqluğu
Gerb
Gerb
 
 
 
1255  1340

Dövlət dini katolisizm

1253-cü ildə ataları II Ottonun ölümündən sonra qardaşlar XIII HenrixII Lüdviq Bavariya və Reynland-Pfalz üzərində birlikdə hökmranlıq etdikdən sonra 28 mart 1255-ci ildə Bavariya bölünməsi müqaviləsi imzaladılar. Müqaviləyə əsasən Lüdviq Pfals kürfürstlüyüYuxarı Bavariya hersoqluğunu, Henrix isə paytaxtı Landsxut olmaqla Aşağı Bavariya hersoqu oldu. Hersoqluq sonradan müvəqqəti olaraq Henrixin davamçıları arasında bölündü, Zalsburq arxiyepiskopu isə müstəqillik qazandı.

1340-cı ildə hersoq İohannın ölümü ilə Müqəddəs Roma İmperatoru IV Lüdviq Aşağı Bavariyanı da miras aldı və beləliklə Bavariya hersoqluğunu yenidən birləşdirdi. Lüdviqin ölümündən sonra oğulları II Stefan, VilhelmI Albert arasında mübahisəyə səbəb olan hersoqluq üçün 1349-cu ildə Landsberqdə və 1353-cü ildə isə Regensburqda müqavilələr imzalanmışdı. Bu müqavilələr nəticəsində Aşağı və Yuxarı Bavariyalar Bavariya-Landsxut, Bavariya-Münhen, Bavariya-İnqolştadt, Bavariya-Ştraubinq kimi kiçik hissələrə parçalandı. Aşağı Bavariyanın əksər hissəsi Landsxut və Ştraubiqn payında idi.

Hersoqları

Bavariya hersoqları harada hökm sürdüklərindən asılı olmayaraq ümumiyyətlə nömrələnsələr də, Henrix adlı Aşağı Bavariya hersoqları üçün bir istisna var: onlar Aşağı Bavariyadakı sıralarına görə nömrələnirlər. Bavariya hersoqu XIII Henrix də belədir, o Aşağı Bavariyada I Henrix kimi hökm sürürdü.

  1. XIII Henrix (I Henrix kimi Aşağı Bavariyada 1255–1290)
  2. III Otto (1290–1312)
  3. III Lüdviq (1290–1296)
  4. I Stefan (1290–1310)
  5. XIV Henrix (II Henrix kimi — 1310–1339)
  6. IV Otto (1310–1334)
  7. XV Henrix (III Henrix kimi — 1312–1333)
  8. İohann (1339–1340)
  9. IV Lüdviq (1340–1347)
  10. II Stefan, VilhelmI Albert (1349–1353)

Mənbə

  • Max Spindler, Andreas Kraus (Hrsg.): . 2. Auflage. 2. Band. C. H. Beck, München 1988, ISBN 3-406-32320-0, S. 72–75, 82–88, 91–96, 100–103, 106–109, 120–125 u. a.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.