Əyyublu (Tovuz)
Əyyublu (əvvəlki adları: Çıraqlılar; Aşağı Ayıblı) — Azərbaycan Respublikasının Tovuz rayonunun Əyyublu kənd inzibati ərazi dairəsində kənd.[3] Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Aşağı Ayıblı kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Ayıblı kəndi Əyyublu kəndi adlandırılmış, Aşağı Ayıblı kənd inzibati ərazi dairəsi Əyyublu kənd inzibati ərazi dairəsi hesab edilmişdir.[4]
Əyyublu | |
---|---|
40°56′12″ şm. e. 45°49′33″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ6014[2] |
Toponimikası
Kənd XIX əsrin əvvəllərində keçmiş Gövhər Ayıblı kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçıların məlumatına görə, bu kənd şərti olaraq 3 hissəyə ayrılır: Aşağı Ayıblı, Yuxarı Ayıblı (və ya Qaş Ayıblı) və Qazanlar. Araşdırmalar gostərir ki, bu kəndin ilkin adı Çıraqlılardır. Zəyəmçay üzərində məskun olan çıraqlıların hakimi Eyyubxan olmuşdur. XVII–XVIII əsrlərdə kənd Eyyublu kimi də qeydə alınmışdır. Ayıblı Eyyublu adının təhrif olunmuş şəklidir. Oykonim "Eyyublu kəndinin Aşağı hissəsi" kimi başa düşülməlidir. Rayonun ərazisində Ayıblı qobusu adlı yarğan da vardır.[5]
1918-ci illərə aid edilən Rusiyanın bir hərbi xəritəsində 6 (altı) yerdə bu yaşayış məntəqələrinin adı göstərilmişdir. Dördü Yuxarı Ayplu, ikisi Aşağı Ayplu şəklində yazılan sözlərə diqqət yetirək: yalnız "y" səsini götürdükdə alplı-alflı ifadəsi alınır ki, bu da bizim fikrimizi təsdiq edir. Rus dilində "al" hecası ilə başlanan əksər alınma sözlərdə "al" hecasının "l" sammitindən sonra yumşaqlıq işarəsi işlədilir ki, bu işarə də həmin sammitin yumşaq tələffüz olunmasını göstərmək üçün artırılır. Məhz türk mənşəli "alplı" sözü də rus dili üçün alınma söz olduğundan fərqli şəkildə tələffüz edilmişdir. Zəyəm — Cırdaxan kəndi (Şəmkir rayonu) vaxtilə Yuxarı Ayıblı adlanmışdır. Həqiqətən də bu kənd Aşağı Ayıblı kəndindən yuxarıda yerləşir. Aşağı Ayıblı kəndinin qocalarından fərqli olaraq Yuxarı Ayıblı (Zəyəm Cırdaxan) kəndinin qocaları hər iki söz birləşməsinin ikinci tərəfini ayıblı deyil, aflı şəklində tələffüz edirlər. Bu fakt da sübut edir ki, bugünkü alplılar yaşayan ərazinin dəmir yoluna yaxın aşağı hissəsində "alplı" sözü rus dilinin təsiri nəticəsində aşağıdakı fonetik dəyişmələrə uğramışdır: Alplı – Al plı, Aiplı –Ayblı – Ayıblı.
Əlbəttə, "i" samitinin çevrilməsi tələffüzün asanlaşmasına, "p" samitinin "b" samitinə çevrilməsi isə "b" samitinin ondan əvvəl gələn "y" cingiltili samitinə uyğunlaşmasına xidmət etmişdir. Sonradan "y" cingiltili samiti ilə "b" cingiltili samitinin arasında "ı" saiti tələffüzün asanlaşması məqsədilə artırılımışdır. Deməli, rus dilinin əsas rolu "alplı" sözünün "i" samitini yumşaltmaq və tədricən "y" samitinə çevirmək olmuşdur.
Mamırtı dağının ətəyində (çox təəssüflər olsun ki, Azərbaycanın tarixi yerlərindən olan, adı ulu Dədə Qorqud mənşəli bu dağ ACE-yə düşməmişdir) Köhnə Qala kəndinin, eləcə də Qala kəndinin adlarındakı "qala" sözü də bu gün fakt olaraq sübut edir ki, bugünkü alplıların (albanların) yalnız adı qorunub saxlanıla bilmiş qalaları olmuşdur.
Tarixi
Tarixi abidələri
Əyyublu kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
5208 | Məscid[6] | XIX | Əyyublu kəndi | Memarlıq | Yerli |
Kəndin Qazanlar adlanan sahəsində 1903–1904-cü illərə aid olan qüllə və əlavə 3 ədəd qədim tikinti çar Rusiyası tərəfindən inşa olunmuşdur. Xocahan qəbiristanlığında vaxtilə 20-yə yaxın qəbirüstü at və qoç abidələri olmuşdur. Bu abidələrin bir qismi sovet hakimiyyəti dövründə Gəncə şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyinə aparılmışdır.
Qədim dövrlərə aid olan bir neçə tarixi abidə isə YUNESKO-ya aparılmışdır. Hazırda abidələrdən ikisi Əyyublu qəbiristanlığındadır.
Coğrafiyası və iqlimi
Kənd Zəyəmçayın sol sahilində, Gəncə-Qazax düzənliyində, rayon mərkəzindən 22 km şərqdə yerləşir.
Bakı—Qazax şose yolu, BTC, Bakı-Supsa, TANAP kimi əhəmiyyətli neft-qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kəndin icərisindən keçir.
Əyyublu kəndi Azərbaycanda ərazisinə və əhalisinin sayına görə ikinci ən böyük kənddir (əhalisi 11000 nəfərə yaxındır, ərazisi 55 kv km-dir)
Tanınmış şəxsləri
- Əvəz Qocayev — "Azəravtoyol" ASC-nin sədr müavini, əməkdar mühəndis.[9]
- Bayram Qasımov — Riyaziyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti.
- İsa Cavadoğlu — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
- Xəlil Mirzəyev — Biologiya elmləri namizədi, Tibb Universitetinin dosenti.
- İbrahim Zeynalov (elm xadimi) — Tarix elmləri doktoru, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının profesoru.
- Vəsilə Əhmədova — Azərbaycan Tibb Universitetinin İctimai Fənnlər kafedrasının baş müəllimi (tarixçi).
Şəhidləri
- Məmmədov Azər Şəmşəd-27.07.1973–27.07.1992
- Bayramov Eyvaz Cəmşid-12.07.1971–16.01.1993
- İsgəndərov Sahib İsbəndiyar-07.03.1975–09.01.1994
- Həmzəyev Habil Nazim- 20.07.1974–06.02.1994
- Rzayev Firdovsi Fərhad-24.05.1974–20.01.1994
- Qasımov Ədalət Qəşəm-24.02.1975–20.01.1994
- Alıyev Rövşən Adil- 19.03.1974–29.01.1994
- Sadıqov Qabil İbrahim-01.12.1973
- Mayılov Kamran Sakit- 01.01.1996–09.09.2014
- Qurbanov Vahid Elşad oğlu (2001-2020)[10] — İkinci Qarabağ müharibəsi şəhidi.
- Mirzəyev Ceyhun Zirəddin oğlu (1996-2020)[11] — İkinci Qarabağ müharibəsi şəhidi.
İqtisadiyyatı
Kənd ərazisində müasir standartlara cavab verən 5 supermarket, 3 şadlıq sarayı, bir neçə restoran, bir neçə tikinti mağazası və digər mağazalar var. 3 ədəd yanacaqdoldurma məntəqəsi əhaliyə xidmət göstərir. Bundan başqa, kənd təsərrüfatı məhsullarının itkisiz saxlanılması üçün kənddə 2 ədəd (1-nin tutumu 1000 ton, digərininki isə 700 ton olan) soyuducu kamera var ki, bu da fermerlərin işini xeyli asanlaşdırır.
Kənddə şərab emalı zavodunda müxtəlif növ şərab məhsulları istehsal edilir. Kənddaxili yolların 20 kilometri asfaltlanmışdır.
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır.
2021-ci ilin məhsulu üçün 585 hektar buğda, 200 hektar arpa, 1200 hektardan artıq sahədə kartof, 1 hektar tərəvəz məhsulları əkilmişdir. Eyni zamanda 450 hektar çoxillik bitki olan yonca, 24 hektar üzüm bağı, 72 hektar meyvə bağı mövcuddur.
Kənddə 4 böyük istilikxanada müxtəlif tərəvəz məhsulları yetişdirilərək daxili bazarda bolluq yaratmaqla yanaşı, xarici ölkələrə də rəqabətə davamlı məhsul ixrac olunur.
Əkin sahələrinin suvarma suyuna olan tələbatı əsasən Zəyəm çayından, "Ağstafaçay" və "Tovuzçay" su anbarlarından götürülən su hesabına və kənddə işlək vəziyyətdə olan 109 ədəd subartezian quyusu vasitəsilə ödənilir.
Kənddə heyvandarlığın inkişafı da yüksək təşəkkül tapmışdır. Hazırda kənddə 1909 baş iribuynuzlu, 14517 baş xırdabuynuzlu və digər ev heyvanları qeydiyyata alınmışdır.
Mədəniyyəti
Kənddə 1 №-li, 2 №-li və 3 №-li Əyyublu kənd kitabxana filialları,[12] Əyyublu kənd Mədəniyyət Evi,[13] Əyyublu poçt şöbəsi (AZ6014)[14] fəaliyyət göstərir.
Təhsil
Kənddə Eyvaz Bayramov adına Əyyublu kənd tam orta məktəbi, Sahib İskəndərov adına Əyyublu kənd tam orta məktəbi,[15] Rövşən Alıyev adına Əyyublu kənd tam orta məktəbi və Əyyublu kənd 1№-li tam orta məktəbi fəaliyyət göstərir.[16][17]
Bundan başqa kənddə Əyyublu kənd "Nərgiz" körpələr evi-uşaq bağçası, Əyyublu kənd 1 №-li körpələr evi-uşaq bağçası və Əyyublu kənd 2 №-li körpələr evi-uşaq bağçası fəaliyyətdədir.[18]
Din
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
Kənddə Əyyublu kənd xəstəxanası yerləşir.[19]
Kənddə ailə sağlamlıq mərkəzi və doğum şöbəsi, səkkiz aptek, həmçinin baytarlıq apteki var.
İstinadlar
- http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=108.
- https://www.e-gov.az/az/services/readwidenew/3544.
- "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 97" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-01.
- "Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
- Əyyublu (Tovuz) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 52-53. ISBN 978-9952-34-155-3.
- "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 131" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-06.
- Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 156.
- "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 212". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
- "Prezident İlham Əliyev Əvəz Qocayevə fəxri ad verib". Milli.Az (az.). 15 noyabr 2018. 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2018.
- "Vətən müharibəsi şəhidi Qurbanov Vahid Elşad oğlu (http://tovuz-ih.gov.az/)" (PDF). 2022-06-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-08.
- Vətən müharibəsi şəhidi Mirzəyev Ceyhun Zirəddin oğlu (http://tovuz-ih.gov.az/)
- ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 57" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
- ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 102" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
- "Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti. Poçt və Rabitə (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-25.
- "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-22.
- "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-22.
- "Tovuz rayonundakı orta məktəblər, internat məktəbi, peşə liseyi və dövlət sosial iqtisad kolleci haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
- "Tovuz rayon məktəbəqədər uşaq müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
- "Tovuz rayon səhiyyə müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
Xarici keçidlər