Aşağı Ağcayazı

Aşağı AğcayazıAzərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd Sovetinin Aşağı Ağcayazı kəndi Dəhnəxəlil kənd Sovetinin tərkibinə verilmişdir.[1] Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Aşağı Ağcayazı kəndi Dəhnəxəlil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Yuxarı Ağcayazı kəndi mərkəz olmaqla, Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]

Aşağı Ağcayazı
40°41′18″ şm. e. 47°30′41″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 500 nəf. (1979)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0331
Aşağı Ağcayazı xəritədə
Aşağı Ağcayazı
Aşağı Ağcayazı

Toponimikası

Kənd XIX əsrin ortalarında Ağçayazı (indiki Yuxarı Ağçayazı) kəndindən çıxmış ərəbəbdülkərim tayfasına mənsub olan ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Birinci komponent ərazidəki eyniadlı iki yaşayış məntəqəsini fərqləndirmək məqsədilə işlənir. Oykonim "Aşağıda yerləşən Ağçayazı kəndinin aşağı hissəsi" deməkdir.[3]

Coğrafiyası və iqlimi

Kənd Şirvan düzündə yerləşir.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.