Aşağı Əbdürrəhmanlı

Aşağı ƏbdürrəhmanlıAzərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd.

Aşağı Əbdürrəhmanlı
39°31′33″ şm. e. 47°15′57″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 267 m
Saat qurşağı
Aşağı Əbdürrəhmanlı xəritədə
Aşağı Əbdürrəhmanlı
Aşağı Əbdürrəhmanlı

Etimologiyası

Kəndin adı Orta əsrlərdə Qarabağda yaşamış Hacılı tayfasının Əbdürrəhmanlı tirəsinin adındandır.[1]

Tarixi

2020-ci ilə qədər kənd cəbhə xəttinin yaxınlığında yerləşirdi. Buna görə burada tez-tez atəşkəs pozulurdu. 1999-cu ildə burada döyüş tapşırığını yerinə yetirərkən sonradan 2 dəfə Paralimpiya oyunları çempionu olmuş cüdoçu İlham Zəkiyev yaralanmışdı.[2]

3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3]

Toponimikası

Kənd Çərəkənçayın sahilindədir. Kəndi əbdürəhmanlı nəslinə mənsub ailələr salmışlar. "Əbdürəhmanlı yaşayış məntəqəsinin aşağı hissəsi" deməkdir. Oykonim yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə əlaqədar yaranmışdır.[4]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq olub.

Həmçinin bax

İstinadlar

  1. "YUXARI QARABAGIN TOPONIMLƏRI". 2013-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-18.
  2. "Vətənə xidmətin şərəfli yolu". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-17.
  3. twitter.com. "Bu gün #Azərbaycan #Ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir" (az.). İlham Əliyev. 3 oktyabr 2020. 2020-10-04 tarixində arxivləşdirilib.
  4. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.