Aşağı Şorca

Aşağı Şorca Göyçə mahalında kənd.

Aşağı Şorca
40°06′36″ şm. e. 45°50′10″ ş. u.
Ölkə
Region Geğarkunik mərzi
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.260 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 12 nəf. (2011)[1]
Rəsmi dili
Aşağı Şorca xəritədə
Aşağı Şorca
Aşağı Şorca
Aşağı Şorca xəritədə
Aşağı Şorca
Aşağı Şorca

Təbii şəraiti

Əsrarəngiz təbiətə malik olan Şorca kəndi Şərqi göyçə silsiləsinin suayrıclarında, dəniz səviyyəsindən 2250-2400 m yüksəklikdə, orta və dik meyilli yamacda yerləşmişdir. Kəndin ərazisindən iki çay( Yellidərə çayı və Keyti çayları) axırdı. Kəndin ərazisində çoxlu sayda bulaqlar var ki, suyunun mineral tərkibinə görə dünyanın ən yaxşı içməli suları sırasına daxildir.Kəndin ərazisində tektonik və vulkanik mənşəli çoxlu sayda qayalıqlar mövcuddur ki, bunlar da təbiətə xüsusi gözəllik verir. Bu qayaların bəzilərinin nisb hündürlüyü 50 m dən çoxdur (Buğauçan qaya, Qalaçan qayası, Qara qaya, Atuçan qaya və s.). Kəndin yuxarı hissələrindən Göyçə gölünə füsunkar bir mənzərə açılır.

Bitki örtüyü

Kəndin ərazisi əsasən alp çəmənliklərindən ibarətdir. Buna görə də kəndin ərazisində 3000 dən artıq növ çəmən bitkiləri yayılmışdır ki, bunların 200 dən çoxu qiymətli dərman bitkiləridir. Ot bitkilərindən Qafqaz bənövşəsi, Nərgiz çiçəyi, Lalə, bat-bat, kəklikotu, bağyarpağı, Boymadərən, pişikotu, xoruzgülü, xanımotu, alp dişəsi, qantəpər, əvəlik, lilpar, zəncirotu, zəngçiçəyi, çobanyastığı, şırımlı topal, ağbığ, qırtıc, çəmənlik üçyarpaq yonca, dəvəqanqalı, alaqanqal və s. göstərmək olar. Kol bitkilərindən İtburnu, qoyungözu, gəvən və s. Bundan başqa yellidərədə qarağatlı quzey adlanan dik yamacda endemik qarağat bitkisi yayılmışdır.

Tarixi

Aşağı Şorca toponiminin yaranması haqqında müxtəlif fərziyyələr mövcuddur. Bəzi tarixçilər Şorca toponiminin şoran yer mənasını bildirdiyini söyləyir. Ancaq Göyçədə yaşayanlar bilirlər ki, Göyçədə mövcud olmuş Şorca kəndlərindən heç birində şoran torpaqlar olmamışdır. Ona görə də bu fərziyyə inandırıcı görsənmir. Şorca etno-toponiminin Şor türkləri (https://tr.wikipedia.org/wiki/%C5%9Eorlar) ilə əlaqəli olması daha məntiqli görsənir. Aşağı Şorcanın qədim tarixi haqqında dəqiq məlumatlar olmasa da kəndin ərazisində tapılan qədim qəbiristanlıqlar, Türk-Alban mədəniyyətinə aid kilsə, kənddən 6 km şərqdə mövcud olmuş gözətçi qülləsi (Yelli dərə Yonma daşları) və s. kəndin tarinin iki min ildən artıq olmasına dəlalət edir. Füsunkar landşaftı ilə göz oxşayan Qalaçanda Orta təpə adlanan Yerdə mövcud olmuş yaşayış yerinin xarabalıqları son dövrə qədər qalırdı.

Uzunlar sahəsində qazıntı zamanı albanlara məxsus küp qəbirləri tapılıb. Aşağı Şorca rayon mərkəzindən 12 km şərqdə yerləşir. Yuxarı Şorca, Daşkənd kəndi, Sarıyaqub, |Qaraqoyunlu]] kəndləri ve Kəlbəcər rayonu ilə həmsərhəd olub.

İqtisadiyyatı

Kəndin 3221 ha torpaq sahəsi olub ki, bunun 570 ha Yellidərə dövlət sapalaq torpağı, 950 ha biçənək sahəsi, 1210 haəkin sahəsi qalanları isə örüş ərazilərindən ibarət olmuşdur. Əkinlərdə əsasən payızlıq buğda, arpa, vələmir, gülül, çuğundur və s. bitkilərdən istifadə edilirdi.

1988-ci ildə əhalinin sayı 1732 nəfər olmuşdur.

1988-ci ilə qədər sovxozda 22 yük maşını, 1 avtobus, 3 “UAZ”, 1 “Moskviç”, 1 ekskvator, 4 kombayn, 2 K800, 6 tırtıllı traktor, 4 Belarus və müxtəlif k/t texnikaları, 9500 xırdabuynuzlu heyvan, 750 baş iribuynuzlu mal, əhalidə isə 8 minə yaxın xırdabuynuzlu, 1400-dən artıq iribuynuzlu heyvan olub.


İrəvan quberniyasının Nоvоbаyаzid qəzаsındа kənd. ХIХ əsrin 40-cı illərində Аşаğı Quylаsаr kəndindən qоvulmuş azərbаycаnlı аilələrin «Şоrcа» аdlı yеrdə məskunlаşmаsı nəticəsində yаrаnmışdır. Digər аdları Keyti və Sаlmаnkənd оlmuşdur. Kənd rаyоn mərkəzi Basarkeçərdən 13 km məsаfədə yerləşir.

Əhalisi

Tanınmış sakinləri

  • Tofiq Abbasov Şorca və Şorcalılar kitabının müəllifi
  • Nəsib Quliyev- tibb elmləri doktoru
  • Vaqif Abdullayev (II) - siyasi elmlər doktoru
  • Xanlar Həmzəyev Riyaziyyat elmləri doktoru
  • Mübariz Vəliyev K/t elmləri doktoru
  • Əli Ələkbərov Tibb elmləri doktoru
  • Musa Ələkbərov Tibb elmləri doktoru
  • Bəhlul Həmzəyev Tibb elmləri fəlsəfə doktoru
  • Sadiq Həmzəyev Tibb elmləri fəlsəfə doktoru
  • Lətif Hünbətov Tibb elmləri fəlsəfə doktoruru
  • Sahib Alıyev Millət Vəkili
  • Ramin Məmmədov Millət Vəkili
  • Zakir Abdullayev Polis Polkovniki
  • Şıxəliyev Aydın Hərbi Polkovnik
  • Həsənov Pərvaz Hərbi Polkovnik leytenant

Aşıq və Şairləri

Şəhidləri

  • Sakin Abbasov
  • Qiyas Rzayev
  • Maksim Məmmədov
  • Xəqani İbrahimli Milli qəhrəman
  • Azad Hümbətov Vətən müharibəsi qəhrəmanı
  • Zabit Həsənov
  • Ağamalı Ağamalıyev

Qaziləri

  • Kazımov Məhəmməd
  • Əmiraslanov Emin

Xarici keçidlər

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.