Aşıqbayramlı su anbarı
Aşıqbayramlı su anbarı — İsmayıllı rayonu ərazisində İvanovka kəndi yaxınlığında yerləşir. Dəvəbatan çayının yatağında yerləşir.
Aşıqbayramlı su anbarı | |
Ölkə | Azərbaycan |
Yerləşməsi | İsmayıllı |
Sahəsi | 0,5 m² |
Həcmi | 3,6 m³ |
Dəvəbatan çayının suyunu bənd vasitəsilə saxlamaq üçün yaradılmış bu göl 1951-ci ildə istifadəyə verilmişdir. Göyçay rayonunun pambıq tarlalarını suvarmaq üçün istifadə olunur. Adını yaxınlığındakı eyniadlı kənddən almışdır. Bəzi ədəbiyyatlarda bu su qovşağının adı Aşağı Bayramlı variantında qeydə alınmışdır.[1]
İstinadlar
- Aşıqbayramlı su anbarı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.