Aşıqbayramlı
Aşıqbayramlı — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd, Dəvəbatan çayının sahilindədir. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Aşıqbayramlı kəndi Kürdmaşı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Aşıqbayramlı kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Aşıqbayramlı | |
---|---|
40°42′55″ şm. e. 48°02′49″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 447 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
|
Tarixi
Aşıqbayramlı kəndi XIX əsrin ortalarında Şamaxı qəzasında yaşamış, mənşəcə indiki Quba rayonundakı Hapıt kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Aşıq Bayram adlı bir şəxsə mənsub ailələr onun adı ilə aşıqbayramlı adlanmış, sonra bu ad kəndə verilmişdir.[2][3]
Əhali
1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyası Şamaxı qəzasının Aşıqbayramlı kəndində 37 evdə 124 nəfəri kişilər, 106 nəfəri isə qadınlar olmaqla 230 nəfər sünni təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı.[4] Əhalisi 821 nəfərdir ki onunda 382 nəfəri kişi, 439 nəfəri qadındır.
İstinadlar
- "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
- Kəndlərimiz
- Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. I cild, səh. 83.
- Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 32