Aşıqalılar
Aşıqalılar — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Aşıqalılar kəndi Əhmədli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Aşıqalılar kənd inzibati ərazi vahidi yaradılmışdır.[1]
Aşıqalılar | |
---|---|
39°42′07″ şm. e. 47°50′04″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 34 m |
Saat qurşağı | |
|
Toponimikası
1933-cü ildə Qaradonlu (İmişli) rayonunun Xələc i.ə.v.-də bu etnotoponim Aşqallar variantında qeydə alınmışdır. Aşqal "arıq, döllüyə yaramayan" deməkdir. Aşaqalılar isə XIX əsrdə Mil düzündə yaşamış xələç tayfasının bir qolunun adıdır.[2]
Əhalisi
Əhalisi 2016 nəfərdir (2009). Kənd əhalisi Türkmənlərdən ibarətdir.
Şəhidləri
- Ağayev Alim Göyçə Oğlu (11.04.1978-22.02.1999)
- Əliyev Səxavət Cəbrayıl Oğlu (1961-26.01.1994)
- Hətəmov Rasim Lazım Oğlu (1974-18.08.1993)
- İsayev Yusif Qaraca Oğlu (1969-24.01.1994)
- Qafarov Mübariz Ələm Oğlu (07.01.1975-09.01.1994)
- Nəcəfov Seyfəddin Eldar Oğlu (22.08.1966-24.07.1993)
- Səlimov Yadigar Kərim Oğlu (01.11.1970-04.01.1993)
- Quliyev Orxan Bəxtiyar oğlu (25 iyul 1997; Aşıqalılar, Beyləqan rayonu, Azərbaycan — 14 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan)
İstinadlar
- "Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı". 26 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 September 2022.
- Aşıqalılar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.