Aşıq Vüqar Mahmudoğlu
Aşıq Vüqar Mahmudoğlu (1970–2018) — Azərbaycan aşığı.
Aşıq Vüqar Mahmudoğlu | |
---|---|
Vüqar Mahmudoğlu | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı rayonu |
Vəfat tarixi | (47 yaşında) |
Vəfat yeri | Bakı |
Dəfn yeri | Şıxzahırlı, Qobustan rayonu |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Aşıq |
Musiqi aləti | Saz |
Həyatı
Vüqar Mahmudoğlu (Niftəliyev) 1970-ci il noyabrın 3-də Şamaxının Şıxzərli kəndində doğulub. Şirvan aşıq sənətinin məşhur ustadlarından olan Aşıq Mahmud Ələsgəroğlunun ilk övladıdır.[1]
Şamaxı şəhər musiqi məktəbini (qarmon sinfini) və Azərbaycan Dövlət İncənət Universitetini bitirib. Yeniyetməliyindən qarmon ifaçısı kimi tanınıb. Atasının vəfatından sonra (2002-ci il) Aşıq Mahmudun sazını yaşadıb.
Şirvan aşıq mühitinin tanınmış simalarından Açıq Vüqar Mahmudoğlu Fransa, Rusiya, Türkiyə, İsveçrə, Xorvatiya, İran və s. ölkələrdə konsertlər verib.
Onu təkcə Azərbaycanda deyil, İranda, Türkiyədə, Gürcüstanda və Orta Asiya respublikalarında da bir sənətkar kimi yüksək dəyərləndiriblər. Bir sıra Avropa ölkələrində Azərbaycan mədəniyyətini ləyaqətlə təmsil edib, sazımızın şöhrətini daha da ucaldıb.
Vüqar Mahmud oğlu Niftəliyev 2018-ci il yanvarın 10-da dünyasını dəyişib.
Ailəsi
İki övladı var.
İstinadlar
- "Ozan dünyası. №1(29)" (PDF). Bakı (az.). "Elm və təhsil". 2018.