Aşıq Umbay

Aşıq Umbay (Umbay Sadıq oğlu Axundov; 21 mart 1941, Laçın rayonu) — Azərbaycan aşığı, "Əməkdar mədəniyyət işçisi".

Aşıq Umbay
Ümumi məlumatlar
Doğum adı Umbay Sadıq oğlu Axundov
Doğum tarixi
Doğum yeri Qarakeçdi Laçın rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti Aşıqlıq
Musiqi aləti Saz
Albom şirkəti 2 qramafon val (1989)
Mükafatları "Gənc Aşıqlar Festivalı" (1971), “Əməkdar mədəniyyət işçisi” (2016)

Həyatı

Aşıq Umbay 1941-ci il mart ayının 21-də Laçın rayonunun Qarakeçdi kəndində kolxozçu ailəsində anadan olub.[1]

1946–1953-cü illərdə 7 illik Qarakeçdi kənd məktəbini, 1953–1959-cu illərdə isə Minkənd kənd orta məktəbini bitirmişdir. 1968-ci ildə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitutunun tarix fakultəsinə daxil olmuş və 1974-cü ildə həmin institutu müvəfəqiyyətlə bitirmişdir.[2]

Gənc yaşlarından aşıq sənətinə böyük maraq göstərən Umbay Gəncəli Aşıq Maisdən 2 il aşıqlıq sənətinin sirlərini mənimsəmişdir.

1971-ci ildə rayonlararası "Gənc Aşıqlar Festivalı"nda birinci yerə çıxmışdır.

1976-cı ildə ümumittifaq festivalının laureatı olub qızıl medal alan Aşıq Umbayın 1989-cu ildə 2 qramafon valı yüksək tirajla satışa buraxılmışdır.

1992-ci ildə "Laçında dillənən saz" adlı şeirlər kitabı 7 min tirajla nəşr edilmişdir.

Azərbaycan Dövlət Televiziyasında "Şah İsmayıl" və "Laçın həsrəti" dastanlarını danışmışdır.

1984-cü ildə IV aşıqlar qurultayının üzvü olan Aşıq Umbay 2008-ci ildə keçirilən V aşıqlar qurultayının idarə heyətinin üzvü seçilmişdir.[3]

Dövlət tədbirlərində mütamadi iştirak edən Aşıq Umbay hal-hazırda yazıb-yaratmaqla məşğuldur.

Mükafatları

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 15 iyul 2016-cı ildə Aşıq Umbay "Əməkdar mədəniyyət işçisi" fəxri adı ilə təltif edilib.[4]

Kitabları

  • "Laçında dillənən saz", 1992-ci il, 7 min tiraj.

İstinadlar

  1. Laçınlı Aşıq Umbayın Dədə Şəmşirlə görüşü //Ədalət.- 2015.-17 yanvar.- S.13.
  2. "Laçın yurdu" jurnalı, № 1(1), 2011, Bakı, "Elm və təhsil", 2011.
  3. Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
  4. "Azərbaycan aşıqlarına "Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2016-cı il tarixli Sərəncamı". Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı (az.). president.az. 15.07.2016. 2016-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-16.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.