Aşıq Ulduz Sönməz
Ulduz Əsgər qızı Quliyeva (Ulduz Sönməz; 16 iyun 1945, Kərimli, Gədəbəy rayonu) — Azərbaycanlı aşıq, şair, "Azərbaycanın Əməkdar mədəniyyət işçisi" (2008). Azərbaycan Yazıçılar Birliyinin və Yeni Azərbaycan Partiyasının üzvü.
Ulduz Quliyeva | |
---|---|
Ulduz Əsgər qızı Quliyeva | |
Təxəllüsü | Ulduz Sönməz |
Doğum tarixi | 16 iyun 1945 (78 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Uşağı | |
Təhsili | |
Fəaliyyəti | aşıq, şairə, musiqiçi |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
Ulduz Quliyeva 1945-ci il iyun ayının 16-da Gədəbəy rayonunun Kərimli kəndində anadan olub. Orta məktəbin 8-ci sinfindən Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olmuş, 1969-cu ildə Muğam sinfini bitirmişdir. 1964–1971-ci illərdə Sumqayıt şəhər metallurqların C.Cabbarlı adına Mədəniyyət evində xalq çalğı alətləri ansamblının bədii rəhbəri işləyib.[1] Eyni vaxtda Sumqayıt şəhər radio stansiyasında solist olub.
1971-ci ildən 1981-ci ilə kimi Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışıb. Hələ muğam sinfində oxuyarkən Azərbaycan SSR Nazirlər Soveti yanında radio verilişləri və televiziya komitəsinin solisti olub və bir çox görkəmli sənətkarlarla yanaşı fəal iştirak edib.
Aşıqlıq fəaliyyəti
Ulduz xanım saz çalmağı Aşıq Sədi Ağstafalıdan öyrənib.
Aşıq Ulduz "Aşıq Pəri" məclisinin ilk üzvü və yaradıcılarından biridir.
2000-ci ildə "Ulduz" ədəbi birliyini və "Qopuz" jurnalını yaradıb. 2000-ci il 18 martda isə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Ulduz" Birliyi onun rəhbərliyi altında fəaliyyətə başlayıb.[2] "Ulduz" birliyinin sədri, "Qopuz" jurnalının təsisçisi və baş redaktorudur.
Azərbaycan aşıqlarının IV qurultayının (19.03.1984) və V qurultayının (2008) rəyasət heyətinin üzvü olub. Bu qurultaya hədiyyə olaraq yaratdığı "Sazçı Qızlar" ansamblı cəmiyyətdə böyük hörmət qazanmışdır.
2005-ci ildə Ankarada keçirilən Dünya Azərbaycanlıları Konqresinin VIII qurultayına nümayəndə seçilmişdir.
Aşıq Ulduzun ifasında Azərbaycan Dövlət Televiziyasın və Radiosunun fonotekasında 50-dən çox folklorumuzun nadir inciləri saxlanılır.
"Melodiya", "İlkin", "Böyük şahinlər" və "Bəyaz gecələr" studiyaları tərəfində dörd diski işıq üzü görmüşdür.
Azərbaycan Yazıçılar Birliyinin və Yeni Azərbaycan Partiyasının üzvüdür.
Pedaqoji fəaliyyəti
Aşıq Ulduz ilk olaraq Sultan Hacıbəyov adına Musiqi Kollecində aşıq sənətinin tədrisinə başlamış, saz sinfi açmış və aşıq sənətinin ilk tədris proqramını yazmışdır.
Təltifləri
Aşıq Ulduz dörd dəfə Ümumittifaq festivallar laureatıdır. 1989-cu ildən Sumqayıt Musiqi Texnikumunda müəllimlik müddətində dəfələrlə texnikum və təhsil nazirliyi tərəfindən Fəxri fərman və təşəkkürlər almışdır.
1998-ci ildə Azərbaycan Dövlət Teleradio verilişləri şirkətinin "Qızıl açar-98" mahnı mətninə görə festivalın qalibi diplomuna layiq görülüb.
Ulduz Quliyeva 2008-ci ildə "Azərbaycanın Əməkdar mədəniyyət işçisi" adına layiq görülüb.
1 mart 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Kitabları
- "Aşıq sənətinin tədris proqramı", Bakı, 1992
- "Saz demirmi, bəs?", Bakı, 2001
- "Vüqarımı o dağlardan almışam", Bakı, 2006
- "Bir bahar axşamı xatırla məni", Bakı, 2012
- "Mən belə yaşadım sizi bilmirəm", Bakı, 2017
- "Sənətin parlaq ulduzu", Bakı, 2022
Yaradıcılığı
- 29 aprel 2000 — Ulduz Birliyinin açılış mərasimi
- 10 İyun 2000 — Aşıq Ələsgərin 175 illiyinə həsr olunmuş gecə
- 16 İyun 2000 — "Sözün sehri aldı məni" adlı bədii-gecə
- 28 avqust 2000 — "Gəl qovuşaq saza bu gün" ədəbi-bədii gecə
- 29 aprel 2001 — "Ulduz" Birliyinin ildönümünə həsr olunmuş görüş
- 28 aprel 2004 — Milli geyimlərimiz mövzusunda disskusiya
- 17 İyun 2004 — "Gəlin Sizə söyləyim…" adlı Dasat gecəsi
- 12 İyul 2004 — "Gəlin Sizə söyləyim…" adlı Deyişmə gecəsi
- 5 avqust 2004 — Cənubi ziyalılarla görüş
İstinadlar
- S.SOLTANLI. "AŞIQ ULDUZ QULİYEVANIN YUBİLEY GECƏSİ KEÇİRİLİB" (PDF). "Ozan dünyası" (az.). azab.az. 2015. İstifadə tarixi: 2016-02-04.
- Təranə. ""Mən yaradıcı aşığam" (müsahibə)". anl.az (azərb.). Mövqe qəzeti. 23 oktyabr 2010. səh. 13. 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2016.